Ana səhifə » Haqqımızda

Haqqımızda

Peşəkar ustaların fəaliyyət göstərdiyi təmir briqadamız ən müasir üslubda, istənilən dizaynda sizin zövqünüzlə çalışırlar.
Briqadamız 2005-ci ildən fəaliyyət göstərməkdədir. Fəaliyyətimiz müddətində yüzlərlə mənzil, obyekt işləyib təhvil vermişik. Bizimlə hər kəsin mənzilini təmir etdirmək imkanı vardır. Çünki qiymətlərimiz münasib, işimiz daha keyfiyyətlidir. Briqadamızdakı müxtəlif ixtisaslı ustalar təmir işlərini mükəmməl səviyyədə yerinə yetirmək üçün kifayət qədər təcrübə və biliyə malikdirlər. İllər boyu təcrübə qazanaraq ugurlu nəticələr əldə etdik.

Briqadamızda yüksək təcrübə və biliyə malik mütəxəssislər, gözəl əl qabiliyyətilə seçilən və yüksək peşəkarlıqla çalışan ustalar, dizaynerlər və digər işçilər kollektiv şəkildə çalışırlar.
Bizimlə iş ucuz, keyfiyyətli, zəmanətli və tez başa gəlir. Bu necə olur? sualına belə cavab veririk: — biz inşaat materiallarını topdan qiymətlərlə əldə edirik. Tanınmış firmaların, zavod və fabriklərin keyfiyyətli məhsullarından istifadə edirik. Yüksək bacarıqla çalışır, işimizə diqqətlə yanaşırıq. Bax buna görə də istənilən növ təmir işlərinə zəmanət veririk!

Briqadirdən…
     Təmir işləri mənim sevdiyim, həvəslə çalışdıgım bir işdir. Təmir işlərinə böyük həvəs göstərərək yüksək bacarıqla çalışıram. İşlərin çoxlugundan və həcmindən asili olmayaraq çalışıram ki, öhdəmə götürdüyüm mənzili və ya obyekti yüksək keyfiyyətlə işləyib təhvil verim. Nə qədər agır və fiziki iş olsada bu mənim işimdir, öz seçimimdir. Təmir işləri böyük zəhmətlər bahasına başa gələn bir işdir.

    İş zamanı diqqətsizlik və  xırda bir nöqsan  sonradan ciddi fəsadlar törədə bilər. İşə ciddi yanaşmaq lazımdır.  İş əyləncə deyil ki həvəskarı olasan, gərək işın peşəkarı olasan.  Peşəkar olmaq üçün  əzmlə, səbrlə çalışmaq lazımdır.  O işə ki, can yandırmadın ugur qazanmaq şansın minimum olacaq. Təmir işləri haramı sevmir, bu işlərdə düzgünlük əsas amildir.  Ev sahibi, ustalar və s. bütövlükdə zəhməti keçən hər kəs arasında halallıq olmalıdır. Hər bir usta yaradıcı olmalı, təmir işlərini inkişaf etdirməlidir. Usta hər bir üslubda işləməyi bacarmalıdır.

   Təmir işləri bir nəfərin rəhbərliyi altında fəaliyyət göstərən peşəkar ustalar  tərəfindən həyata keçirildikdə iş öz axarında gedir və bu da təmir işlərinin vaxtında başa çatmasına  və yüksək nəticə əldə etməyə kömək edir. Müxtəlif ixtisaslı ustalar hərəsi öz işlərini layiqincə yerinə yetirdiyi zaman işlər qaydasında və problemsiz başa çatır. Bunun üçün  İşinizi peşəkarlara tapşrın, arxayın yaşayın!