Ana səhifə » Mənzil təmiri

Mənzil təmiri

Mənzil təmiri — bu fəaliyyətə başladığımız zaman ilkin istiqamətimiz olub. Məhz tikinti xidmətləri bazarının bu sahəsi üzrə biz, illər boyu təcrübə toplayaraq ən yüksək nəticələr əldə etdik. Bizim mütəxəssislər tərəfindən yüzlərlə yeni tikililər və köhnə mənzillər təmir olunub təhvil verilib. Təmir işləri bir neçə mərhələdə həyata keçirilir və hər bir mərhələyə iş icraçısı və istəyindən asılı olaraq sifarişçi nəzarət edə bilər.
Mənzillərin kompleks təmirinə daxildir: demontaj işlər  (dagıtma-sökmə),  materialin daşınması, divarların səviyyə altında hamarlanması, divarların boyanması və ya divar kağızları ilə yapışdırılması, döşəmə-parket, laminat, santexnik və elektrotexniki işləri, kafel metlax işləri, hörgü, suvaq, alçipan, asma tavan və digər xırda işlər, həmçinin tikinti tullantılarının daşınması.
Mənzillərin təmiri zamanı tikinti avadanlıqları sahəsində əldə olunmuş ən son yeniliklərdən və alətlərdən istifadə olunur ki, bütün bunlar təmir müddətini minimuma endirməyə və işdə yüksək nəticə əldə etməyə  imkan verir. Müştərilərə təqdim etdiyimiz materialların dəyəri -tikinti bazarında təqdim olunan analoqlar içərisində ən ucuzu ve sərfəlisi olduğu üçün təmir işlərinin yekun məbləğinə öz müsbət  təsirini göstərir. Bizimlə, hamının öz mənzillərini təmir etmək imkanı var.