Ana səhifə » Mənzillərin bərpası

Mənzillərin bərpası

Mənzillərin bərpası işləri təmir işlərindən fərqlənir, beləki bərpa işləri zamanı köhnə konstruksiyaların və örtüklərin yenidən təmirinə ehtiyac qalmır. Bərpa işləri əsasən yeni evlərdə həyata keçirilir və daha az vaxt ve maliyyə  xərcləri tələb edir. Mənzillərin bərpası yenidən planlaşdırma işlərini nəzərdə tutmur ki, bu da işin yekun dəyərində öz əksini tapır.

Bizim müxtəlif planlı mənzillərin bərpası işində böyük təcrübəmiz var. Biz bu sahə üzrə artıq uzun illərdir ki, uğurla çalışırıq. Bizim ustalar yuzlərlə mənzil, ofis və s. obyekt  təmir edib təhvil veriblər. Bizim ustalar istənilən təmir-bərpa işlərini yüksək səviyyədə həyata keçirmək üçün kifayət qədər təcrübə və biliyə malikdirlər. Bizim qiymətlər demokratik olduğuna görə xidmətlərimizdən hər kəs istifadə edə bilər.

İş zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunur ki, bu da istənilən növ bərpa işlərinə zəmanət verir. Bütün işlər smeta vasitəsilə reqlamentləşdirilir, maliyyə münasibətləri isə bizim şirkətin  hər bir müştərisi ilə bağlanan müqavilələr əsasında nizamlanır. Mənzillərin təmiri- bərpası zamanı bütün təşkilati məsələlərin həllini işin icrasında məsul olan şəxs öz üzərinə götürür. Həmçinin onun üzərinə qonşular və MİS-lə danışıqlar aparmaq öhdəliyi düşür. Mənzillərin bərpası bizim şirkətlə — asan, tez və ucuzdur!