Ana səhifə » Məqalələr » Общие » Daş işləri

Daş işləri

Daş hörgüsü - İnşaat məhlulu üzərində müəyyənqayda ilə düzülmüş daşlardan ibarət konstruksiyadır. Bunun sayəsində hörgü öz çəkisindən düşən yükü, başqa konstruktiv elementlərin agırlıgından  və onlara tətbiq olunmuş qüvvələrdən düşən yükü daşıyır, eləcə də istiliyi və səsi izolyasiya edir, başqa funksiyaları yerinə yetirir.Bina və tikililəri tikdikdə aşagıda göstərilən növ  hörgülər tətbiq olunur. Kərpicdən, süni beton,  müəyyən forması olmayan yonulmamış təbii daşlardan (butdaşı), müəyyən formalı (mişarlanmış və ya yonulmuş) təbii daşlardan, qarışıq (götürdaş-betondan).
    Göstərilən növ daş hörgülərdən sənaye və mülki bina və tikililərin bünövrə, divar, sütun, arakəsmə  və başqa konstruksiyalarını tikmək üçün istifadə olunur.  Həmin hörgülərdən  hər birinin öz spesifik xüsusiyyətləri və xassələri (möhkəmliyi, istilikkeçirməsi, suyadavamlılıgı, şaxtayadavamlılıgı və s.) vardır; bunlar hörgünün inşaatda tətbiq olunma sahəsini müəyyən edir.
    Plastik presləməklə adi gildən hazırlanmış kərpicdən olan kərpic hörgüsü nəmliyin təsirinə yaxşı müqavimət göstərməsi, yüksək möhkəmliyi, şaxtayadavamlılıgı və həcm çəkisinin nisbətən az olmasına görə yaşayış və istehsalat binalarının divar və sütunlarını, istinad divarlarını, tüstü boruları  və başqa yerüstü konstruksiyalarını tikdikdə, bünövrələr və müxtəlif yeraltı tikililəri qurduqda tətbiq olunur.
     Silikat, bütöv yaxud boşluqlu  gil kərpicini rütubətli quruntlarda yeraltı konstruksiyaları,  havası çox rütubətli olan şəraitdə bina divarlarını tikmək, eləcə də peç, boru, tüstü kanalları və sorucu kanallar düzəltmək  üçün tətbiq etmirlər.
      Yüngülçəkili və boşluqlu kərpic hörgüsünü əsasən binanın xarici divarları üçün tətbiq edirlər ki, burada onun istilik texnikası  və möhkəmlik  xassələrindən daha səmərəli istifadə olunur. Bu növ hörgülərin az istilikkeçirməsi  divarların qalınlıgını 20-25 % azaltmaga və bütöv kərpiclərdən hörülən divarlara nisbətən çəkisini 20-30%şagı salmaga imkan verir.
       Kərpic hörgüsünün ardıcıllıgı və qaydası
       Hörgünü bu və ya başqa baglama sistemi ilə hördükdə kərpic cərgələrinin müvafiq ardıcıllıgına, tuşluq və ortalgın nəvbə ilə qoyulma qaydasına  riayət etmək lazımdır.
       Divar, artırma, çıxıntı, konstruksiyaların dayaq hissələri altında olan divar sahələri bə i.a. hörgüsü, habelə aradivarların və sütunların hörgüsü baglama sistemindən asılı olmayaraq  kəllə cərgələri ilə başlanmalı və qurtarmalıdır;  kərpiclərin hörgüsü xarici tuşluqdan başlanmalıdır.
       Hörgünün hündürlüyü təxminən 0,6 - 0,8 m olduqda, xüsusilə cərgəvi üsulla xarici tuşluqları hördükdə (çünki burada əlləri uzadıb çox böyük diqqət tələb edən əməliyyatı yerinə yetirmək lazım gəlir) işləmək çətin olur. Buna görə də on birinci cərgədən başlayaraq kərpicin pilləli üsulla qoyulmasını tətbiq etmək məsləhət görülür, Bu halda bənna xarici tuşluqların üst cərgələrini qoyduqda hörgünün aşagı pillələrinə söykənə bilər ki, Bu, onun zəhmətini xeyli yüngülləşdirir.
      Qarışıq hörgülər
      İki müxtəlif daş materialdan, məsələn, götürdaş və kərpicdən, kərpic və süni daşlardan, kərpic və təbii yonulmuş yaxud cilalanmış daşlardan və s. olan hörgüyə qarışıq hörgü deyilir.
      Qarişıq hörgünü, bir  qayda olaraq, gözəl üzlüklü divar almaq üçün və divarın möhkəmliyini, yaxud istilikkeçirməsini artırmaq üçün yerinə yetirirlər. Mahiyyət etibarı ilə  qarışıq hörgü eyni zamanda üzləməklə aparılan hörgünün bir növüdür,
      Qarışıq hörgüdə əsas və üzlük qatların materilı arasında etibarlı baglama təmın edilməlidir.  Bunun  üçün, adətən, üzlüyön lay cərgələrini divar  hörgüsünü kəllə cərgələri ilə baglayırlar.