Ana səhifə » Məqalələr » Общие » Suvaq işləri

Suvaq işləri

Hər hansı bir bina hissəsinin və ya konstruksiyanın üzərində əmələ gətirilən daşa oxşar bəzək təbəqəsinə SUVAQ deyilir.

Suvaq çəkməkdə əsas məqsəd bina hisələrinin  üzərində  mühafizə təbəqəsi yaratmaqdır. Bu təbəqə konstruksiyaları yagışdan, qardan və s. atmosfer  təsirindən qoruyur, onların istilik  və səs keçirməsini azaldır. Bəzən suvagı xüsusi məqsədlər üçün çəkirlər, məs: hidroizolyasiya suvagı, rentgendən mühafizə suvagı və s.

Adi suvaq

Suvaq çəkməklə binaların fasadlarında istənilən formada hamar və ya qabarıq səth yaratmaq mümkündür ki, bu da binaya müəyyən gözəllik verir. Suvagın keyfiyyətindən, işlədilən məhlulların tərkibindən asılı olaraq adi, dekorativ və xüsusi suvaqlar vardır.

Adi suvaq, işin yerinə yetirilməsinə görə sadə, yaxşı və yüksək keyfiyyətli olur. Sadə  suvaq işlətdikdə  səthə çəkilən məhlul ancaq sokolla hamarlanır.  Yaxşilaşdırılmış suvaq məhlulu mastarla  hamarlanır.  Yüksək keyfiyyətli suvaq mayaklara əsasən məhlulu yaymaq və hamarlamaq yolu ilə çəkilir. 

Adi suvaq üşün əhəng, sement və gips kimi yapışdırıcı maddələrdən və təbii qumdan istifadə olur.

    Ümumiyyətlə suvaq üç təbəqədən ibarət olur.

    Bilavasitə suvanacaq səthə çəkilən birinci məhlul təbəqəsinə sıçratma deyilir.    Bu təbəqə duru məhluldan çəkilir və suvagın səthə möhkəm yapışmasını təmin edir. 

    Suvaq təbəqəsinin əsas qalınlıgını təşkil edən ikinci təbəqəyə  astar  deyilir. Astar orta və ya qatı plastiklikl  iməhluldan bir dəfə vəya bir neçə dəfə çəkilir.

    Astarın səthini hamarlamaq və beləliklə, hamar səthli suvaq yaratmaq üçün üz suvaq  adlananüçüncü təbəqə vardır. Üz suvaq yarımduru plastiklikli məhluldan çəkilir.

Səthlərin təmizlənməsi

İşin həcmi az olduqda səthlərdə olan tozu, agaca baglanmış süpürgə və ya yaş əski ilə təmizləyirlər. İşin həcmi çox olduqda səthi, 8-12 diametrli rezin şlanqla kompressordan gələn sıxılmış hava ilə üfürərək təmizləyirlər. Bərkimiş beton yıgıntılarını, habelə daş və beton səthlərdə olan ayrı-ayrı çıxıntıları, Səthdə olan his, bitum və yag ləkələrini, həmçinin səthə çıxmış duz ləkələrini təmizləmək lazımdır.

Beton və daş səthlərin hazırlanması

Adətən suvanacaq kərpic divarlar "boştikişli" hörülür, beləliklə suvaq məhlulu həmin boşluqlara dolaraq səthlə yaxşı yapışır.  Kərpic hörgüsündə tikişlər məhlul ilə dolmuş olduqda, onun üzünü və veton səthləri müxtəlif növlü əl  və ya mexanikləşdirilmiş alətlərlə çərtirlər. Çərtildikdən sonra səthdə 3-5 mm dərinliyində, bir- birindən 5-7 sm aralı şırımlar əmələ gətirilməlidir. Çərtilmiş səthləri tozdan təmizləmək üçün mütləq yumaq lazımdır.

Səthlərin tarazlanması və mayakların düzəldilməsi

    Səthlərin  tarazlanması  suvanacaq səthdə müəyyən qayda üzrə mıxlar  və ya xüsusi  markalar vurmaqdan ibarətdir. Mıxların və ya markaların başları divarda, arakəsmədə, tavanda  və fasadda  bir vertikal yaxud horizontal müstəvidə olmalıdır. Sonra bu mıxlar və ya markalar üzrə mayaklar düzəldilir və suvagın səthi bu mayaklara əsasən hamarlanır.

   Divarın yuxarı hissəsində, hər küncdən təxminən 30 sm məsafədə birər mıx  elə  vurulur ki, onun başı divarın səthindən suvagın qalınlıgı qədər bayırda qalsın.  Həmin mıxın başından Şaqulun ipi asılır və döşəmədən 30 sm məsafədə ikinci mıx vurulur.  İkinci yuxarı mıxdan da divarı belə tarazlayırlar. Mayakların  suvaq məhlulundan düzəldilməsi daha çox məsləhət görülür, çünki belə mayaklar sonra suvaq  təbəqəsində qalır.

   Mayakları düzəldilməsini sürətləndirmək məqsədi ilə bəzən onları gips məhlulundan qayırırlar.  Lakın gips mayaklarını suvaq təbəqəsində saxlamaq olmaz, çünki mayakın əsas suvaq təbəqəsi ilə görüşdüyü yerlərdə çatdaqlar əmələ gəlir.  Buna  görə suvaq çəkilib qurtardıqdan sonra  gips mayakları sındırılır  və suvaq məhlulu ilə doldurulur.