Ana səhifə » Məqalələr » Великие люди » Santexnika işləri

Santexnika işləri

Santexnika işləri

Qaz suqızdırıcıları

Yaşayış evlərində iki tip qaz suqızdırıcıları qoyulur: axar tipli və tutum tipli. Axar tipli suqızdırıcılar cəldişləyən cihazdır Bunlar qismən ya da tam avtomatlaşdırılmış olur Su qızdırıcılar mənzildə bir necə nöqtəni, məsələn vannanı, əlüzyuyanı və mətbəxi isti su ilə təchiz etmək ücündür.

Elektrik su qızdırıcıları

Elektrik enerjisi vasitəsilə suyun qızdırılması gigiyena cəhətdən çox əlverişlidir. Bu halda qızdırılmış su təmiz, qızdırıcıya qulluq isə çox asan olur. Elektrik su qızdırıcısı içərisində xromlanmış və ya nikellənmiş polad lövhə geydirilmiş su çənindən ibarətdir. Su çəninin içərisində elektrik qızdırıcısı (spiral) yerləşdirilir. Elektrik su qızdırıcısında qızdırılan suyun temperaturna temperatur tenzimleyici nəzarət edir. Suyun temperaturu nəzərdə tutulan temperaturdan artıq olduqda, avtomat elektrik dövrəsini açır, əksinə, suyun temperaturu nəzərdə tutulan temperaturdan az olduqda isə avtomat elektrik dövrəsini baglayır.

Elektrik su qızdırıcıları əsasən axınlı və həcimli hazırlanır. Axınlı elektrik su qızdırıcılarının tutumu 30–100 l. Olub bərbərxanalarda, həkim və vanna otaqlarında qurulur. Onların gücü 0,3-1kvt, məhsuldarlıgı 8–25 L/saat olub soyuq suyu t=35 °C- yə qədər qızdırır. Elektrik su qızdırıcıları xalq təsərrufatında geniş tətbiq edilmir. Çünki 1 kvt elektrik enerjisinin qiyməti qaz yanacagına nisbətən bahadir.

Qızdırıcı cıhazların yerləşdirilməsi — KOMBİ

Qizdırıcı cihazlar texniki normalara əsasən quraşdırılmalıdır. Çalışmaq lazımdır ki, qızdırıcı cıhazlar pəncərə altında yerləşdirilsin. Əgər qızdırıcı cihaz pəncərə altından hündürdürsə, qızdırıcı cihaz daxili divarda və ya iki pəncərə arasında olan divarda yerləşdirilir. Binanın küncündə yerləşən otaqda pəncərə bir divaardadırsa, pəncərə olmayan divarda da qızdırıcı cihazın yerləşdirilməsi məqsədəuygundur. Qızdırıcı cihazların bir cərgədə yerləşdirilməsi daha məqsədəuygundur. Bu halda cihazın istilikötürmə əmsalı maksimal olur. Hamar səthli ilanvari qızdırıcı borular döşəmə kanstruksiyalarında yerləşdirilir. Texniki-iqtisadi nöqteyi -nəzərdən qızdırıcı cihazların açıq şəkildə yerləşdirilməsi əlverişlidir. Bəzən otagın daxili arxitekturasına uygun olaraq qızdırıcı cihazları qapalı şəkildə yerləşdirmək lazım gəlir. Cihazların qapalı şəkildə yerləşdirilməsi istilik itkisinə səbəb olur.
Qızdırıcı cihazların istilik verməsinin tənzim edilməsi üçün hər cihazdan əvvəl tənzimedici kran qoyulur. Bu kranın köməyi ilə cihaza daxil olan istilikdaşıyıcısının miqdarını azaldıb-çoxaltmaq mümkündür. İstilikdaşıyıcısının keyfiyyətinin, yəni onun temperatur və təzyiqinin dəyişməsi bilavasitə istilik mərkəzində baş verə bilər (kombi, qazanxana və s.).
Sistem işə salınmamişdan əvvəl şəhər su şəbəkəsindən soyuq su ilə doldurulur. Şəhər su şəbəkəsindəki təzyiq sistemin tam doldurulması üçün kifayət etməzsə, əl nasoslarından istifadə edilir. Sistemdəki suyun dövr etdirilməsi üçün isə boruya birləşdirilən mərkəzdənqaçma nasosundan istifadə edilir. Dövretdirici nasosun məhsuldarlıgı sistemdə dövr edən suyun miqdarına bərabər olmalıdır.

QAZ KƏMƏRİNİN İSTİSMAR OLUNMASI VƏ TƏMİRİ

Qaz kəmərində əsas nasazlıq qazın sızması və cihazlardakı qorelkaların düzgün işləməməsidir. Qazın sızması təhlükəlidir-partlayışa və zəhərlənməyə səbəb ola bilər. Qazın sızma yerini tapmaq üçün boru kəmərini diqqətlə müayinə edirlər. Birləşmə yerlərini və kranları sabunlu su ilə isladırlar. Qazın sızdıgı yerdə sabun qovuqları əmələ gələcəkdir. Qazın sızma yerini yandırılmış şam və ya kibrit ilə axtarmaq qəti qadagandır — partlayışa səbəb ola bilər.
Qaz birləşmə yerindən sızarsa, birləşməni söküb yenidən yıgmaq lazımdır. Qaz kəmərinin zədələnmiş sahələrini dəyişdirmək lazımdır. Qaz krandan sızarsa, kəmərin həmin sahəsini baglamaq, kranı söküb yenidən yıgıbərkitmək və ya yenisi ilə əvəz etmək lazımdır. Qaz kəmərinin qızdırılmayan binada çəkilmiş sahələri donmuşdursa, qaynar su ilə isitmək lazımdır. Qaz kəmərini lehimləmə lampası ilə qizdırmaq qəti qadagandır — partlayış baş verə bilər. Qaz pilətələrini təmiz saxlamaq və kranlarının saz olmasına diqqət yetirmək lazımdır.

TƏHLÜKƏSİZLİK TEXNİKASI VƏ YANGINDAN MÜHAFİZƏ TƏDBİRLƏRİ

Yeni, daha mükəmməl texnikadan istifadə olunması, agır və əziyyətli işlərin mexanikləşdirilməsi, iş yerinin yaxşı işıqlandırılması əməyin məhsuldarlıgının artmasına imkan yaradır. Təhlükəsizlik texnikası qaydalarına əməl olunması əmək məhsuldarlıgına daha çox təsir göstərir. Təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edildikdə bədbəxt hadisələr baş vermir. Zədələnmələr, təhlükəsizlik texnikası və daxili intizam qaydalarına əməl etmədikdə, alət və avadanlıqla davranışa dair iş təcrübəsi olmadıqda daha tez-tez baş verir. Bədbəxt hadisələr, nasaz avadanlıqla işlədikdə, avadanlıga düzgün xidmət etmədikdə, alətlər saz olmadıqda və alətlərdən düzgün istifadə etmədikdə, iş yeri pis işıqlandirildıqda baş verə bilər.
Bir çox hallarda bədbəxt hadisələr iş yerində lazımisəliqə olmadıqda və iş yeri təmiz saxlanmadıqda baş verir. Materialları, məmulatı, inşaat tullantılarını ora-bura atdıqda və lazımi yerə yıgmadıqda işə mane olur və bədbəxt hadisəyə səbəb ola bilir. İşə başlamazdan əvvəl əl alətləri və elektrikli alətlərin saz olmasını yoxlamaq lazımdır. Ancaq saz alət və avadanlıqla işləmək olar.