Ana səhifə » Məqalələr » Общие » Təmir-bərpa işləri

Təmir-bərpa işləri

Təmir-bərpa işləri necə həyata keçirilir?

Korroziyadan dagılmış betonun təmiri: Əvvəlcə problemin nədən yarandıgını öyrənmək lazımdır. Yəni mənbəyi tapmaq lazımdır.
Çöldən yagışa, qara, içəridən isə suya, nəmə məruz qalan betonun içərisinə nüfuz edən su, tədricən betonun içərisində olan armatura keçərək onun paslanmasına- korroziyaya ugramasına səbəb olur.  Və nəticədə beton həmin yerdən qabararaq qopur.
 
Bərpa işlərinin mərhələli gedişatı: Əvvəlcə qabarmış yerlər qoparılmalıdır. Daha sonra qopma təhlükəsi olan yerləri müəyyən etmək üçün çəkiclə xəfifcə döyəcləyib yoxlamaq lazımdır.  Zəif bölgələr çıxarılmalı, armaturun ətrafı tamamən açılmalıdır.  Armatur pasdan təmizləndikdən sonra ətrafın tozu quru fırça ilə təmizlənib antipas çəkilməlidir.

Antipas quruduqdan sonra (bir neçə saat sonra) beton nəmləndirilməli və binder məhlulu ilə astarlanmalıdır. ( Çox isti və küləkli havalarda beton suya doyurulmalıdır). Daha sonra müxtəlif firmaların hazir  ("Beton səthlərin bərpası və təmiri üçün qarışıq") məhsullarından yaxud da qum sement qarışıgından hazırlanmış məhlul istifadə edilməlidir.  Qum sement qarışıgının hazırlanma normaları  "SUVAQ İŞLƏRİ" bölməsində verilmişdir.