Ana səhifə » Məqalələr » Общие » Damlar

Damlar

DAMLAR HAQQINDA

Damlar öz agırlıgından başqa müvəqqəti yükləri (qarı, küləyi və s) qəbul edən yükdaşıyan konstruksiyadan, sunüfuzetməyən, dammayan laydan ibarətdir.
Damlara aşagidaki əsas tələblər verilir: Sunüfuzetməzlik, kifayət qədər möhkəmlik və uzunömürlülük, industriallıq, iqtisadi əlverişlilik.
Damlar yamaclı (mailliyi 10 dərəcədən çox), yatıq yamaclı (mailliyi 3–10 dərəcəyə qədər) və dam-səki halında yastı (mailliyi 3 dərəcəyə qədər) olur. Yamaclı damlar adətən, çoxlu miqdarda atmosfer çöküntüləri olan rayonlarda əlverişlidir. Yatıq yamaclı damlar əksər hallarda çardaqsız(yəni, çardaqla örtmə qovuşdurularaq) icra edilir və hazırda geniş yayılmışdır. Yastı dam- səkilər, əsasın, quru və isti iqlimi olan cənub rayonlarında tətbiq edilir və çox vaxt onlardan istirahət, oyun və başqa məqsədlərlə də istifadı olunur.

YAMACLI DAMLAR
Yamaclı damların formaları binanın planının həndəsi formasından asılı olaraq və memarlıq mülahizələrinə əsaslanaraq müəyyən edilir. Bir, iki, üç-, dörd yamaclı (kumlu, valımlı və yarımvalmlı) və çox yamaclı, ehramvarı (piramidaşəkilli), konusvarı, künbəz və tagbənd formalıdamlardan istifadə edilir.
Damların maili müstəvilərinə yamac, üçbucaqlı yamaclarına isə valm və ya qıyqacı yamac deyilir. Yamacların kəsişmələrindən əmələ gələn mailİ tillər qabarıq olduqda sırt, batıq olduqda şırma və ya yamac novu, üfüqi qabarıq tillər isə bel tili və ya dam beli adlanır. Yamacın aşagı hissəsinə damətəyi, damın aşagı qiragına isə dam çıxıntısı deyilir.