Ana səhifə » Məqalələr » Общие » Divarların boyanması

Divarların boyanması

Rənglər haqqında


Bizi əhatə edən maddi varlıq və onu əmələ gətirən əşyalar öz rəngləri vasitəsilə gözümüz tərəfindən qavranılır. Təbiətcə gözəl və füsunkar olan rənglər dünyasının bir anlıga yoxlugunu və ətrafi bir rəngdə təsəvvür etsək rəngin insanlar ücünə dərəcədə lazimlı oldugunu başa düşə bilərik. Rəngin insanın saglamlıgına, şüuruna və pisixalogiyasına təsiri hələ qədim zamanlardan məlum olmuşdur. Bundan mistikada bədii obrazların emosional təsir qüvvəsinin artırılmasında mühüm vasitə kimi istifadə edilmişdir.
Rəngin təbiəti XIX əsrdən başlayaraq elmi əsaslar üzrə öyrənilir. Memarlar rəngsazlar və dizaynerlərəngin mənşəyini emosional və psixoloji təsirini bununla birlikdə rəngin köməyi ilə təbii və süni işıq mənbələrindən düzgün istifadə etməyi bacarmalıdırlar.


Binaların fasad və interyerlərində rəngdən düzgün istifadə edilməsi onların gözəlliyini kompozisiya baxımından və funksional cəhətdən tamlıgını bir daha qeyd etməlidir Başqa sözlə desək, hər bir binanın rəngi-onun təyinatı funksional tələbatı ilə harmoniya, vəhdət yaratmalıdır.

Rəng gündəlik həyat fəaliyyətimizdə əsas yer tutaraq, ətraf mühiti, onun gözəlliyini və obyektivliyini qavramaqda bizə kömək edir Rəngin qavranılma və praktiki tətbiqi problemləri ilə fizioloqlar, oftalmoloqlar, fiziklər, psixoloqlar, memarlar, rəssamlar və digər mütəxəssislər məşgul olurlar Rəng problemlərini texniki estetikanın müxtəlif sahələrində və xüsusən dizayn sahəsində çalışan sənətkarlar tədqiq edirlər.


Rəngdən funksional vasitə kimi düzgün və yerində istifadə edilməsi binaların interyer və fasadlarının estetik baxımdan gözoxşayan həllinə gətirib çıxarırəngi incəsənətin, rəngkarlıgın və memarlıgın tələblərinə uygun secmək və ondan istifadə etmək, rəngləri adlandırmaq və eyni bir rəngin müxtəlif tonlarını fərqləndirmək əsas məsələlərdən biridir
Rəngin məişətdə və əmək fəaliyyətindəki rolu onu hələ qədimdən cəmiyyət üçün lazımlı vasitələrdən etmişdir Mürəkkəb rəngin əlverişli seçilməsi və insana müsbətəsiri memarlıqda gözəllık problemlərinin həllındə estetik baxımdan əsas götürülməlidir. Rəngin psixoloji baxımdan insanın normal tarazlıq vəziyyətində olmasına təsiri böyükdür. Rəng harmoniyalarını bir- biri ilə ardıcıl şəkildə uygunlaşdırmaqla, rəngin dinamik və statik qüvvələrinin köməyi ilə layihədə və naturada effektiv rəng obrazları yaradılmalıdır.

Rəng seçimi zamanı rəng qammalarına diqqət yetirilməsi pis olmazdı. Bütün rəngləri üç qrupa bölmək lazımdır. Əsas (baza) rənglər sarı, qırmızı və mavidir. Ona görə əsas ki, onları başqa rənglərinn qarışıgından almaq mümkün deyil. İkinci dərəcəli rənglər bənövşəyi, yaşıl və narıncıdır. Bu rənglər əsas rənglərin qarışıgından alınır. Üçüncü dərəcəli rənglər isə əsas və qarışıq rənglərin ahəngindən yaranır. Bundan başqa isti, soyuq və neytral rənglər mövcuddur. Misal üçün narıncı, sarı, qırmızı, çəhrayı rənglər isti, açıq boz, mavı, solgun yaşıl, firuzə rəngli soyuq, ag və qara rənglər isə neytral rənglər hesab edilir. Hər bir rəngin ayrı-ayrılıqda mənası və təsiri barədə məlumatlı olmanız sizə rəng seçimində kömək edə bilər.