Ana səhifə » Məqalələr » Общие » İnteryerin dizaynı

İnteryerin dizaynı

Müasir dünyamızda — yaşadıgımız şəhərdə, gündəlik həyatımızda, işdə, küçədə və s. Stres və diskomfortla rastlaşırıq. Səhər evdən çıxarkən şəhərin səs-küyündən, toz-dumanından yaxa qurtarmaq üçün işə tez çatmaga can atırıq. İşdəki problemlər, yorgunluq, iş qaygıları dincəlməyə imkan vermir. Nəticədə arzuladıgımız rahatlıgı, komfortu öz evimizdə tapırıq. Buna görə insan öz evinin rahatlıgına, komfortuna diqqət yetirir. Hər bir sahədə oldugu kimi interyerin dizayninda da mütəxəssis rəyinə ehtiyyac duyulur. Necə demişlər: " məsləhətli don geniş olar».
İnteryer dizaynı hazırlayarkən, mənzil, ofis və s. Olmasına baxmayaraq burada ilk növbədə funksionallıq və estetik cəhətlər əsas götürülür. Vacib olan amil insanların tələblərinə cavab verəcək bir mühitin yaradılmasıdır. Ümumiyyətlə interyer dizaynı hansısa qanunauygunluq prinsipləri əsasında qurulmur. Dizaynda əsas rolu insanın zövqü oynayir.
İnteryeri lazımı qaydada qurmaq üçün evin layihəsini, tipininəzərə almaq lazımdır. Hər bir istənilən mənzili və ya ofisi layihəyə uygun olaraq dəyişmək və əlavələr etmək mümkündür. Əsas insanda uzaqgörənlik və yüksək fantaziya olmalıdır ki, estetik gözəlliklə yanaşı, rahat və funksional şərait yarada bilsin!
Mənzildəki əşyaları müəyyən vaxtdan bir yerlərini dəyişdirmək, zövqlə yerləşdirmək insana müsbət enerji bəxş edir.

Mənzil interyerində rənglərin seçimi çox mühüm əhəmiyyət kəsb edir. Rəng məsəsləsi insan psixologiyasına təsir etdiyindən evlərin bəzisində insanların özlərini daim yorgun və ya gümrah hiss etməsində, bəzisində gərgin və ya sakit olmalarında, digərində isti və ya soyuqluq hisslərinin yaşanmasında rolu az deyil. Həmçinin otagın geniş və ya darısqal hiss edilməsində də rəng öz sözünü deyə bilir. Buna görə də mənzilin təmiri zamanə rəng seçimini zövqünüzlə yanaşı, xarakterinizə də uygunlaşdırmaga çalışın. Ümumiyyətlə rəng seçimi zamanı interyerin tələblərinə uygun olaraq bir neçə məqama diqqət yetirmək lazımdır. Əgər seçiminiz bir rəng üzərindədirsə, otaq həmin rəngin müxtəlif çalarlarından istifadə edilərək bəzədilməlidir. Yox, əgər xoşunuza gələn bir neçə rəng seçilibsə, burada mütləq rənglərin tonu eyni olaraq bir-birini tamamlamalıdır. Bu zaman gözlər yorulmadıgından rənglər insana mənfi təsir göstərmir.