Təsvir
AĞDAĞ Direk – mala ilə vurulan, sement-qum suvağı ilə gips astar qatını birlikdə əvəz edən universal gips suvağıdır. Üzərinə birbaşa üzlük şpaklyovka çəkilir; 25 kq-lıq kisədə.
AĞDAĞ Direk gips suvağı natural gips əsasında hazırlanmış, qatqılarla zənginləşdirilmiş universal astar suvağıdır. O, klassik sement-qum suvağını və gips əsaslı astar qatını eyni anda əvəz edir, bu səbəbdən təmirdə əlavə mərhələyə ehtiyac azalır. Məhsul AZS 052 (TS 6433) standartına uyğundur və mala ilə vurulur, üzərinə isə üzlük şpaklyovka çəkilir.
Harada istifadə olunur?
Suvaq sənaye və mülki tikililərdə kərpic, mişar daşı, briket, beton və qazbetondan hörülmüş divarların, eləcə də tavanların əl ilə – suvaq malası vasitəsilə – keyfiyyətli suvanması üçün nəzərdə tutulub. Xüsusən geniş sahəli obyektlərdə vaxta və büdcəyə qənaət etmək istəyənlər üçün uyğundur. Künclərə künc profili, müxtəlif materialların birləşdiyi yerlərə isə suvaq toru vurulması tövsiyə edilir.
Üstünlükləri
- Böyük səthlərdə təmiri daha ucuz və sürətli edir
- Ustanın işini yüngülləşdirir, vaxta qənaət olunur
- Rahat işlənir, çatlamır, otaqlar nəfəs alır
- İstilik və səs izolyasiyasını gücləndirir
- PVA qatılmır, ekoloji baxımdan faydalıdır
- Sement-qum suvağı ilə müqayisədə binaya düşən yükü azaldır
Texniki göstəricilər
- Əsas: natural gips
- Standart: AZS 052 (TS 6433)
- Tətbiq üsulu: mala ilə, əl işi
- Növbəti qat: üzlük şpaklyovka
Qablaşdırma və qiymət
AĞDAĞ Direk 25 kq-lıq kisələrdə satılır, bir kisənin qiyməti 5,36 AZN-dir. Qiyməti və xüsusiyyətləri ilə tanış olun, Temir.az üzərindən onlayn sifariş edin.
Xüsusiyyətlər
- Seriya
- Direk
Texniki məlumat
Məhsul haqqında
MƏHSUL HAQQINDA
Gips əsaslı Direk astar suvağı istifadə imkanlarını artıran qatqılarla zəngin, istilik və səs izolyasiyasını gücləndirən, sement və qum əsaslı suvağı və gips əsaslı astar suvaq qatını əvəz edən qənaətcil, universal suvaq qarışığıdır. AZS 052 (TS 6433) standartına uyğundur. Mala ilə vurulur.
İSTİFADƏ SAHƏLƏRİ
Bu məhsuldan:
- sənaye və mülki tikililərdə kərpic, mişar daşı, briket (kərpic şəklində preslənmiş kömür, torf, filiz ), beton və qazbetonla hörülmüş divarların və tavanların suvaq malası vasitəsilə yüksək keyfiyyətlə suvanmasında istifadə olunur.
ÜSTÜNLÜKLƏRİ
- böyük həcmli səthlərdə istifadə zamanı təmir daha ucuz və tez başa gəlir;
- eyni zamanda ustanın işini yüngülləşdirir və vaxta qənaət olunur;
- rahat işlənir, çatlamır, otaqlar nəfəs alır;
- işləmə zamanı ustaya xüsusi zövq verir;
- ekoloji cəhətdən faydalıdır;
- PVA qatılmır;
- sement və qum əsaslı suvaqlarla müqayisədə tikililərin yükünü azaldır.
İSTİFADƏ QAYDALARI
Səthin hazırlanması. Səthin möhkəm olmasına diqqət etməli və səth yapışmağa mane olan qarışıqlardan (toz, yağ və s.) təmizlənməlidir. AĞDAĞ DİREK astar suvağının hazırlanacağı qablar təmiz olmalıdır. İsti havada künclərdə qırılmaların olmaması və künclərin düz və dəqiq olmasından ötrü divar künclərinə xüsusi "künc profilləri" (köşe profili) yerləşdirilməlidir. Müxtəlif materialların birləşdiyi və hərəkətə məruz qala biləcək yerlərə plastik "suvaq toru" (suvaq filesi) vurulur. Əgər səth qəlibdən çıxan beton kimi hamardırsa, onu nahamar etməkdən ötrü səthi baltalamaq və s. kimi köhnə və kustar metodlardan istifadə etməyə ehtiyac yoxdur. Gələcəkdə qopma hallarının olmaması üçün belə səthləri girintili-çıxıntılı etməkdən ötrü təbii səth ilə suvaq arasında ikitərəfli kontakt yaradan PARAKONTAKT və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir məhsulunu suvaq vurulmazdan ən azı 24 saat əvvəl səthə çəkmək lazımdır. Metal səthlərə DİREK astar vurulmamışdan öncə səth antipas və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhlul ilə paslanmadan qorunmalıdır.
Qarışığın hazırlanması. 10 kq-lıq toz şəklindəki AĞDAĞ DİREK astarı 6,0-6,5 litr suya səpin və 3-4 dəqiqə gözlədikdən sonra su ilə tam həll olunana qədər qarışdırıcı və ya əl aləti ilə qarışdırın. DİREK astar suvağı hazır olduqdan sonra ona yenidən DİREK astar və ya su əlavə etməyin. AĞDAĞ DİREK astar suvağına sudan başqa heç bir əlavə material və ya maddə qatılmamalıdır.
Tətbiqi. Hazır astar suvağını hörülmüş divara və tavana (yəni qum-sement qarışığı ilə suvanmamış) birbaşa vurun (adi qum-sement ilə suvanmış divar və ya tavanın üzərinə AĞDAĞ DİREK astar suvağını vurmaq olar, ancaq qum-sement suvağı sağlamlığa zərərli və təmir xərcləri yüksək olduğundan onun üzərinə vurulması tövsiyə edilmir). Adətən DİREK astar suvağı səthə ən azı 0,8-1,0 sm qalınlığında çəkilir. Səthin tipindən asılı olaraq AĞDAĞ DİREK astar suvağının vurulma mərhələsi bitəndən 24 saat sonra əgər ehtiyac yaranarsa, DİREK astar və AĞDAĞ üzlük alçı qarışığından hazırlanmış qarışıq səthə çəkilə bilər. Bu qarışığı hazırlayarkən qarışığın tərkibində 85% DİREK astar suvağı, 15 % isə AĞDAĞ üzlük alçının olması məsləhət görülür. Əvvəlki mərhələdən təxminən 24 saat sonra AĞDAĞ üzlük hazırlanıb səthə çəkilir. 10 kq-lıq toz şəklindəki AĞDAĞ üzlük qarışığı səthə 0,5 – 1,0 mm qalıqlığında çəkilərək qüsursuz səth əldə edilir. Hazırlanmış AĞDAĞ DİREK astar qarışığı 100-120 dəqiqə, üzlük qarışığı isə 130-150 dəqiqə ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışıq atılmalıdır.
Tövsiyələr. AĞDAĞ DİREK astar suvağınınistifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə edilməməlidir. Qarışdırma işində istifadə olunacaq bidon və avadanlıq hər zaman təmiz olmalıdır. Çirklənmiş qablar və alətlər qarışığın işləmə müddətini qısaldır. Avadanlıq və alətləri istifadədən dərhal sonra su ilə yuyub təmizləmək lazımdır.
TEXNİKİ GÖSTƏRİCİLƏR
| Rəngi | ağ |
| İstifadə temperaturu | +50C÷+300C |
| Tətbiq qalınlığı:
| 8-10 mm 35 mm |
| İstifadə müddəti | 130-150 dəqiqə |
| Donma (bərkimə) müddəti | 280 dəqiqə |
| Su/gips nisbəti | 6,0-6.5 litr su/10 kq |
| Quruma müddəti | təqribən 3-4 gün |
| Möhkəmlik həddi:
| 2,0 MPa 4,1 MPa |
| 0,73 kq/litr 1,60 kq/ litr |
| Səthin müqaviməti | 54 Shore D |
| Qablaşdırma | 30 kq-lıq laminasiyalı polipropilen kisələrdə, 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə |
SƏRFİYYAT
AĞDAĞ DİREK astar suvağından istifadə zamanı minimum 8-10 mm qalınlıq üçün sərfiyyat 9 kq/m2-dır. 1 kisə AĞDAĞ DİREK suvağı (30 kq-lıq) təxminən 3 m2 səth almaq üçün kifayət edir.
SAXLANMA MÜDDƏTİ VƏ QAYDASI
Paketlənmiş kisələr döşəməyə toxunmamaq şərti ilə qapalı yerlərdə, taxta altlıqlar üzərində, bir-birinin üstündə maksimum 10 ədəd olmaqla quru anbarlarda 6 ay saxlanıla bilər.
XƏBƏRDARLIQLAR
- istifadə olunan suyun və qabların təmiz olmasına xüsusi diqqət edin;
- astara sudan başqa heç bir maddə qatmayın;
- yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK
- texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
- “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
- şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
Tez-tez verilən suallar
AĞDAĞ Direk hansı suvaqları əvəz edir?
O, sement-qum əsaslı suvağı və gips əsaslı astar suvaq qatını əvəz edən universal qarışıqdır.
Direk suvağı necə tətbiq olunur?
Məhsul suvaq malası ilə əl üsulu ilə vurulur, üzərinə isə üzlük şpaklyovka çəkilir.
Bu suvaq hansı standarta uyğundur?
AĞDAĞ Direk AZS 052 (TS 6433) standartına uyğun istehsal olunur.
