
Təsvir
AĞDAĞ FugaPlaster gipskarton (alçıpan) lövhələrin birləşmə aralıqlarını doldurmaq üçün gips əsaslı qarışıqdır. Büzülmə və çat yaratmır, hamar səth verir; 10 kq və 25 kq-lıq kisələrdə satılır.
AĞDAĞ FugaPlaster alçıpan fuqası gipskarton lövhələrin tikişlərini möhkəm və səliqəli bağlamaq üçün hazırlanmış gips əsaslı qarışıqdır. Tərkibindəki qatqılar materialın elastikliyini, çatlamaya qarşı müqavimətini və səthin hamarlığını artırır. Məhsul AZS 046 (TS 370) və DIN 18180 standartlarına uyğundur.
Harada istifadə olunur?
- Daxili məkanlarda gipskarton (alçıpan) lövhələrin birləşmə aralıqlarının doldurulmasında;
- gips əsaslı lövhə və plitələrin yapışdırılmasında;
- səthdəki çat və qopuqların bərpasında.
Üstünlükləri
- Lövhələrin suyu vaxtından əvvəl sormasının qarşısını alır, buna görə elastik qalır;
- büzülmə və çat yaratmır;
- yanğına davamlı lent və liflərlə birlikdə istifadə edildikdə tikişin möhkəmliyi artır;
- yüngül çəkilir, hamar və parlaq səth yaradır;
- istilik və səs izolyasiyasına töhfə verir, solmaya qarşı davamlıdır.
İşə başlamazdan əvvəl tikişlər tozdan, yağ və parafin qalıqlarından təmizlənməlidir. Qarışıq suya səpilir, 3 dəqiqə gözlənilir və topa qalmayana qədər zəif dövrlü qarışdırıcı ilə qarışdırılır.
Texniki göstəricilər
- Əsas: gips
- Standartlar: AZS 046 (TS 370), DIN 18180
- Su nisbəti: 10 kq quru qarışığa 6,0–6,5 litr su
- Tətbiq: iki mərhələdə
Qablaşdırma və qiymət
FugaPlaster 10 kq və 25 kq-lıq kisələrdə təqdim olunur: kiçik təmir üçün 10 kq, geniş gipskarton işləri üçün 25 kq əlverişlidir. Temir.az saytında qiymət 4,22 AZN-dən başlayır. Qiyməti və xüsusiyyətləri ilə tanış olun və alçıpan fuqasını onlayn sifariş edin.
Xüsusiyyətlər
- Seriya
- FUGAPLASTER
Texniki məlumat
Məhsul haqqında
MƏHSUL HAQQINDA
Materialın keyfiyyətini, istifadə imkanlarını, çatlamaya qarşı müqavimətini, səthin hamarlığını və elastikliyini artıran qatqılarla zəngin gips əsaslı qarışıqdır. AZS 046 (TS 370), DİN 18180 standartlarına uyğundur. Gips lövhələri üçün.
İSTİFADƏ SAHƏLƏRİ
Bu aralıq doldurma qarışığından:
- daxili məkanlarda gips-karton lövhələrin (alçıpan) birləşmə aralıqlarının doldurulmasında;
- gips əsaslı lövhə və plitələrin yapışdırılmasında;
- səthlərdəki çatların və qopuqların doldurulmasında istifadə olunur.
ÜSTÜNLÜKLƏRİ
- tərkibindəki xüsusi kimyəvi qatqılar gips-karton lövhələr və digər gips əsaslı səthlər tərəfindən suyun vaxtından əvvəl sorulmasının qarşısını almaqla elastiklik yaradır;
- səthdə büzülmələr və çatlar yaratmır;
- yüksək səviyyədə istiliyi və səsi izolyasiya edir;
- aralıqların doldurulmasında yanğına davamlı lent və liflərdən istifadə edildiyindən aralıq doldurma qarışığının müqaviməti və yanğına dözümlülüyü daha da artır;
- rahat çəkildiyi üçün ustanı yormur;
- solmaya qarşı davamlıdır, elastikdir;
- hamar və parlaq səth yaradır.
İSTİFADƏ QAYDALARI
Səthin hazırlanması.İstifadə olunan səthlərin aralıqlarının sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir.
Qarışığın hazırlanması. 10 kq quru qarışığı 6,0 – 6,5 litr suyun üzərinə ehmalca səpib 3 dəqiqə gözlədikdən sonra kürəciklər yox olana qədər (homogen qarışıq alınana qədər) qarışdırın. Qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür. İstifadəyə başlamazdan əvvəl qarışığı yenidən qarışdırın.
Tətbiqi. Qarışıq səthə iki mərhələdə tətbiq olunur. I mərhələdə hazır qarışıq gips lövhələrin birləşmə aralıqlarına tətbiq olunur və son bərkimə baş verdikdən sonra həmin aralığın üzərinə gips lövhə bantı yapışdırılır. II mərhələdə isə hazır FugaPlaster qarışığı vurulmuş gips lövhə bantının üzərinə 10 sm enində tətbiq olunur. II mərhələdə aralığa çəkilmiş qarışıq bərkidikdən sonra ümumi səthə alçıpan malası vasitəsilə gips əsaslı üzlük suvaq qarışığı tətbiq olunur.
Quru qarışığa əlavə ediləcək su nisbətinə diqqət edin, duru şəkildə istifadə etməyin. Əgər duru şəkildə istifadə etsəniz, bu, çatlara, çökmələrə, asan aşınmalara və tozlanmaya səbəb ola bilər.
Tövsiyələr. AĞDAĞ FugaPlasteraralıq doldurma qarışığının istifadə olunduğu mühütin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı, yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığıa su və ya quru qarışıq qətiyyən əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
TEXNİKİ XÜSUSİYYƏTLƏRİ
| Rəngi | ağ |
| İstifadə temperaturu | +50 C ÷ +300 C |
| İstifadə müddəti | 80-100 dəqiqə |
| Su/quru qarışıq nisbəti | 6,0-6,5 litr su/10 kq quru qarışıq |
| Möhkəmlik həddi:
| 2,7-3,2 MPa |
| Aralıq doldurma işinə başlama vaxtı | 30 dəqiqədən sonra |
| Quruma müddəti | 2-3 gün |
| Səthin möhkəmliyi | 90 Shore D |
| Qablaşdırma | 30 kq- lıq laminasıyalı polipropilen paketlərdə, 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət olan 10 və 20 kq-lıq kisələrdə |
SƏRFİYYAT
1m2 səthə sərf olunan AĞDAĞ FugaPlasterqarışığının miqdarı aşağıdakı kimidir:
- alçıpanların birləşmə aralıqlarının doldurulmasında 0,2 - 0,5 kq;
- arakəsmə gips tavalarının birləşmə aralıqlarının doldurulmasında 1,2- 1,5 kq;
- divarlara elektrik avadanlıqlarının, vint və şurupların birləşmə yerlərinin bərkidilməsində 0,2- 0,3 kq;
- divar və tavandakı gips səthlərdə yaranan çatların və qopuqların təmirində 0,3- 0,4 kq.
SAXLAMA MÜDDƏTİ VƏ QAYDASI
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.
XƏBƏRDARLIQLAR
- aralıq doldurmaqarışığının qatqılarla zəngin olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
- AĞDAĞ FugaPlaster aralıq doldurmaqarışığı hazırlanarkən istifadə olunan suyun və qabların təmiz olmasına xüsusi diqqət edin;
- aralıq doldurma qarışığınasudan başqa heç bir əlavə maddə qatmayın;
- yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK
- texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
- “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
- şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
Tez-tez verilən suallar
AĞDAĞ FugaPlaster nə üçün istifadə olunur?
Daxili məkanlarda gipskarton lövhələrin birləşmə aralıqlarını doldurmaq, gips lövhələri yapışdırmaq və səthdəki çatları bərpa etmək üçün.
10 kq FugaPlaster-ə nə qədər su lazımdır?
10 kq quru qarışıq 6,0–6,5 litr suyun üzərinə səpilir və homogen kütlə alınana qədər qarışdırılır.
Hansı qablaşdırmalar mövcuddur?
FugaPlaster 10 kq və 25 kq-lıq kisələrdə satılır.