
Təsvir
AĞDAĞ Üzlük – divar və tavanda düz, hamar və parlaq səth yaradan ağ gips əsaslı son qat şpaklyovkadır. 25 kq-lıq kisə 30 m²-ə qədər sahəni əhatə edir.
AĞDAĞ üzlük alçı incə dənəli, ağ rəngli, gips əsaslı son qat şpaklyovkadır. Yüksək yapışma qabiliyyətinə malik qarışıq AZS 046 (TS 370) standartına uyğundur və boyadan və ya divar kağızından əvvəl hamar, qüsursuz səth əldə etmək üçün tətbiq olunur.
Harada istifadə olunur?
Üzlük şpaklyovka bina daxilində divar və tavanların son qatı kimi çəkilir. Beton, qazbeton, kərpic, briket, mişar daşı və gips arakəsmələrdən tikilib AĞDAĞ Astar ilə suvanmış səthlərdə, həmçinin gipskarton lövhələrin üzərində nazik qat kimi işlədilir.
Üstünlükləri
- Düz, hamar və parlaq səth əmələ gətirir
- Tozlanmır, çatlamır, möhkəm və elastikdir
- Ekoloji təmiz, insan orqanizmi üçün zərərsiz
- PVA və əlavə qatqı tələb etmir, rahat hazırlanır
- Tətbiq zamanı yerə tökülmür
Texniki göstəricilər
- Rəngi: ağ
- İstifadə temperaturu: +5°C ÷ +30°C
- Minimum qat qalınlığı: 1 mm
- İşləmə müddəti: 130–150 dəqiqə; bərkimə: 300–320 dəqiqə
- Su nisbəti: 10 kq-a 6,5–7,0 litr
- Quruma: təqribən 2 gün
- Möhkəmlik: əyilmədə 2,4 MPa, sıxılmada 4,7 MPa; səth sərtliyi 57 Shore D
- Sərfiyyat: 1 mm qat üçün 1 kq/m²; 1 kisə təxminən 30 m²
Qablaşdırma və qiymət
AĞDAĞ Üzlük 25 kq-lıq kisədə satılır, qiyməti 7,21 AZN-dir. Kisələri quru və qapalı yerdə 6 ay saxlamaq olar. Qiyməti və xüsusiyyətləri ilə tanış olun, Temir.az üzərindən onlayn sifariş edin.
Texniki məlumat
Məhsul haqqında
Gips əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək yapışma qabiliyyətinə malik, incə, ağ rəngli, son qat üzlük suvaq qarışığıdır. AZS 046 (TS 370) standartına uyğundur.
İstifadə sahələri
Bu məhsuldan:
- binaların daxilində tavan və divarların suvanmasında son qat üzlük suvağı kimi;
- beton, qazbeton, kərpic, briket (kərpic şəklidə preslənmiş kömür, torf, filiz), mişar daşı, arakəsmə gips tavaları və digər hörgü materiallarından tikilmiş, AĞDAĞ astar suvağı ilə suvanmış, yaxud gips lövhələrin (tavan və divar) üzərində incə suvaq kimi istifadə olunur.
Üstünlükləri
- AĞDAĞ üzlük düz, hamar, qüsursuz və parlaq səth əmələ gətirir;
- tozlanma ehtimalı yoxdur;
- ekoloji cəhətdən təmizdir;
- insan orqanizmi üçün zərərsizdir;
- rahat hazırlanır və tətbiq olunur;
- PVA yapışqanları və digər əlavələr qatılmır;
- istifadə zamanı yerə tökülmür, ustaya estetik zövq verir;
- çatlamır;
- möhkəm və elastikdir.
İstifadə qaydaları
Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Üzlük çəkilməzdən əvvəl səth AĞDAĞ astarvə ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə suvanmalıdır. Eyni zamanda istifadə olunacaq səth əvvəlcədən su və ya Binmader astarla və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla nəmləndirilməlidir.
Qarışığın hazırlanması. 10 kq-lıq AĞDAĞ üzlüyünü 6,5-7,0 litr suya səpin və 3-4 dəqiqə gözlədikdən sonra, suda tam qarışana kimi qarışdırıcı və ya əl aləti ilə qarışdırın. Üzlük qarışıq suda tam qarışdıqdan sonra ona yenidən əlavə olaraq quru qarışıq və su qatmayın.
Tətbiqi. Hazır AĞDAĞ üzlük qarışığını AĞDAĞ astarla suvanmış divar səthinə və ya tavana mala ilə çəkin. Hazırlanmış qarışığı 130-150 dəqiqə ərzində işlədin. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışıq istifadəyə yararsızdır.
Tövsiyələr. Üzlük qarışıq istifadə olunarkən mühitin və səthin temperaturu minimum +50C olmalıdır. İstifadə olunan mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin edilməlidir. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Qarışığın hazırlandığı bidon və avadanlıqlar təmiz olmalıdır. Çirklənmiş qab və alətlər qarışığın istifadə müddətini qısaldaraq məhsulun keyfiyyətinə mənfi təsir göstərə bilər. Avadanlıq və alətləri istifadədən sonra dərhal su ilə yuyub təmizləmək tövsiyə olunur. Tətbiq zamanı polad malanın yaratdığı izlərin qalmamasına diqqət yetirilməlidir.
Texniki göstəricilər
| Rəngi | ağ |
| İstifadə temperaturu | +50C ÷ +300C |
| Minimum tətbiq qalınlığı | 1 mm |
| İstifadə müddəti | 130-150 dəqiqə |
| Donma (bərkimə) müddəti | 300-320 dəqiqə |
| Su/gips nisbəti | 6,5 -7,0 litr su /10 kq gips |
| Quruma müddəti | təqribən 2 gün |
| Möhkəmlik həddi:
| 2,4 MPa 4,7 MPa |
| 0,72 kq/ litr 1,5 kq/ litr |
| Səthin müqaviməti | 57 Shore D |
| Qablaşdırma | 30 kq-lıq laminasiyalı polipropilen kisələrdə, 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə |
Sərfiyyat
AĞDAĞüzlük qarışığından istifadə zamanı 1 mm qalınlığında hamar və düzgün səth əldə etmək üçün 1 kq məhsul sərf olunur. 1 kisə AĞDAĞüzlük gips qarışığı 30 m2 hamar səth almaq üçün kifayət edir.
Saxlama müddəti və qaydası
Paketlənmiş kisələr döşəməyə toxunmamaq şərti ilə qapalı yerlərdə, taxta altlıqlar üzərində, bir-birinin üzərində maksimum 10 ədəd olmaqla, quru anbarlarda 6 ay saxlanıla bilər.
Xəbərdarlıqlar
- istifadə olunan suyun və qabların təmiz olmasına xüsusi diqqət edin;
- məhsula sudan başqa heç bir maddə qatmayın;
- PVA qatmayın;
- yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
Zəmanət və texniki dəstək
- texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
- “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
- şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
Tez-tez verilən suallar
AĞDAĞ Üzlük alçının sərfiyyatı nə qədərdir?
1 mm qalınlıqda 1 m²-ə təxminən 1 kq məhsul gedir, bir kisə isə 30 m² hamar səth üçün kifayətdir.
Üzlük şpaklyovkanı gipskarton üzərinə çəkmək olarmı?
Bəli, məhsul gips lövhələrin (divar və tavan) üzərində nazik suvaq kimi istifadə edilə bilər.
Qarışığa PVA əlavə etmək lazımdırmı?
Xeyr, AĞDAĞ Üzlük-ə sudan başqa heç bir maddə, o cümlədən PVA qatılmamalıdır.