Təsvir
Ak Deniz Kartonpiyer – təbii gips daşından alınan ağ rəngli, incə dənəli alçıdır. Lepka, paduqa, gips lövhə və arakəsmə tavalarının hazırlanması üçün uyğundur.
Kartonpiyer alçı Ak Deniz markası altında təbii gips daşının lazımi temperaturda bişirilməsi ilə istehsal olunan ağ, incə və ekoloji təmiz gipsdir. Dekorativ gips məmulatları üçün nəzərdə tutulan məhsul AZS 046 (TS 370) standartına uyğundur.
Harada istifadə olunur?
- lepka və paduqaların tökülməsində;
- gips lövhələrin hazırlanmasında;
- arakəsmə gips tavalarının istehsalında.
Üstünlükləri
- asan hazırlanır, çatlamır və möhkəm məmulat verir;
- istilik və səs izolyasiya xüsusiyyətinə malikdir;
- insan sağlamlığı üçün zərərsizdir;
- təbii gips parlaqlığı ilə hamar səth yaradır;
- quru halda yüngül olduğundan eyni çəkidə daha çox məmulat almağa imkan verir.
Texniki göstəricilər
- Rəngi: ağ
- Tətbiq temperaturu: +5°C – +30°C
- Bərkimə müddəti: başlanğıc 8–12 dəqiqə, son 17–22 dəqiqə
- Su/gips nisbəti: 6,5–7,0 l / 10 kq
- Yayılma: 140–180 mm
- Möhkəmlik: əyilmədə 4,5–5,5 MPa, sıxılmada 10,5 MPa
- Quruma müddəti: təqribən 1 gün
- Saxlama müddəti: 6 ay
Qablaşdırma və qiymət
Ak Deniz Kartonpiyer 30 kq-lıq kisələrdə satılır, qiyməti 5,25 AZN-dir. Hazırlanmış qarışıq 8–12 dəqiqə ərzində işlədilməli, qab və alətlər istifadədən dərhal sonra yuyulmalıdır. Məmulatların qırılma riskini azaltmaq üçün gipsin içinə kəndir və ya süni liflər qoymaq tövsiyə olunur. Qiyməti və xüsusiyyətləri ilə tanış olun, Temir.az saytında onlayn sifariş edin.
Xüsusiyyətlər
- Seriya
- AK DENİZ
Texniki məlumat
Məhsul haqqında
Təbii gips daşının lazımi temperaturda bişirilməsindən alınan yüksək keyfiyyətli, ekoloji təmiz, ağ rəngli incə gipsdir. AZS 046 (TS 370) standartına uyğundur.
İstifadə sahələri
Bu məhsuldan:
- lepka və paduqaların hazırlanılmasında;
- gips lövhələrin və arakəsmə gips tavaların hazırlanmasında istifadə olunur.
Üstünlükləri
- rahat hazırlanır və tətbiq olunur;
- çatlamır;
- möhkəmdir;
- istiliyi və səsi izolyasiya edir;
- temperatura davamlıdır və ekoloji cəhətdən təmizdir;
- insan orqanizmi üçün zərərsizdir;
- təbii gips parlaqlığına malikdir.
İstifadə qaydaları
Səthin hazırlanması. Lepka (dekorativ gips məmulatı) və paduqaları yapışdırmazdan əvvəl divar və tavan səthlərin yoxlanılmış və möhkəm olmasına diqqət etməli, səth yapışmağa mane olan qalıqlardan təmizlənməlidir. Bundan sonra hamar və düzgün səth almaq üçün astar və üzlük şpaklyovkalardan divar və tavanın suvanmasında istifadə edilməlidir.
Qarışığın hazırlanması. 10 kq-lıq Kartonpiyer məhsulunu 30 saniyə ərzində 6,5-7,0 litr suya hissə-hissə səpin və 2-3 dəqiqə ərzində xüsusi qarışdırıcı və ya əl aləti ilə qarışdırın.
Tətbiqi. Hazırlanmış Kartonpiyer qarışığını dekorativ gips məmulatların (lepka və paduqa), arakəsmə gips tavaların və gips lövhələrin hazırlanmasında istifadə edin. Hazırlanmış qarışığı 8-12 dəqiqə ərzində işlədin. İstifadə müddəti keçmiş Kartonpyer qarışığından istifadə etməyin.
Tövsiyələr. Məhsulun istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə edilməməlidir. Qarışığın hazırlandığı bidon və avadanlıqlar hər zaman təmiz olmalıdır. Çirkli qab və alətlər qarışığın işləmə müddətini qısaldır. Avadanlıq və alətləri istifadədən dərhal sonra su ilə yuyub təmizləmək lazımdır. Dekorativ məmulatlar hazırlanarkən kəndir və ya süni liflərdən istifadə edilməsi tövsiyə olunur. Gipsin daxilinə kəndir və ya xüsusi liflər yerləşdirməklə məmulatların sınma və qırılma riskini azaltmaq mümkündür.
Texniki göstəricilər
| Rəngi | ağ |
| İstifadə temperaturu | +50 C÷+30 0C |
| Bərkimə müddəti:
| 8-12 dəqiqə 17-22 dəqiqə |
| Yayılma miqyası | 140-180 mm |
| Su udma qabiliyyəti | 34-38% |
| Su/gips nisbəti | 6,5-7,0 litr su/10 kq gips |
| Quruma müddəti | təqribən 1 gün |
| Möhkəmlik həddi:
| 4,5-5,5 MPa 10,5 MPa |
| 0,64 kq/ lit 1,48 kq/ litr |
| Səthin möhkəmliyi | 125-130 Shore D |
| Qablaşdırma | 30 kq-lıq laminasiyalı polipropilen kisələrdə, 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 30 kq-lıq kisələrdə |
Sərfiyyat
Sərfiyyatı dəyişkəndir. İtkinin olmamasına görə istifadə zamanı eyni çəkili digər gipslərlə müqayisədə quru litrə ağırlığı az olduğundan AKDENİZ Kartonpiyer daha məhsuldar olub, 5% daha artıq lepka və paduqa hazırlamağa imkan verir. Bu da 100 kisə 30 kq-lıq AKDENİZ Kartonpiyer üçün 150 kq qənaət deməkdir.
Saxlama müddəti və qaydası
Paketlənmiş kisələr döşəməyə toxunmamaq şərti ilə qapalı yerlərdə, taxta altlıqlar üzərində, bir-birinin üstündə maksimum 10 ədəd olmaqla, quru anbarlarda 6 ay saxlanıla bilər.
Xəbərdarlıqlar
- AKDENİZ Kartonpiyer istifadə olunan zaman suyun və qabların təmiz olmasına xüsusi diqqət edin;
- məhsula sudan başqa heç bir əlavə maddə qatmayın;
- yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan sınaqlar nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
Zəmanət və texniki dəstək
- texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
- “Mətanət A" şirkəti yalnız məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyır;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
- şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
Tez-tez verilən suallar
Kartonpiyer alçını necə qarışdırmaq lazımdır?
10 kq gipsi 6,5–7,0 litr suya hissə-hissə səpib 2–3 dəqiqə qarışdırmaq lazımdır.
Hazırlanmış Kartonpiyer nə qədər müddətə işlədilməlidir?
Qarışıq 8–12 dəqiqə ərzində istifadə olunmalıdır, vaxtı keçmiş məhluldan istifadə etmək olmaz.
Ak Deniz Kartonpiyer nə üçün istifadə olunur?
Lepka, paduqa, gips lövhə və arakəsmə gips tavalarının hazırlanması üçün.
