
Təsvir
Ak Deniz Saten – divar, tavan və gipskarton üzərində hamar son qat yaradan ağ gips əsaslı üzlük şpaklyovkadır. 25 kq-lıq kisədə, 6,59 AZN.
Ak Deniz saten alçı gips əsaslı, incə və ağ rəngli son qat üzlük şpaklyovkasıdır. Yüksək yapışma qabiliyyəti olan bu qarışıq AZS 046 (TS 370) standartına uyğundur və boya altında düzgün, hamar səth hazırlamaq üçün istifadə olunur.
Harada istifadə olunur?
Saten bina daxilində divar və tavanların son qatı kimi çəkilir. Beton, qazbeton, kərpic, briket, mişar daşı və gips arakəsmələrdən tikilib astar suvaqla suvanmış səthlərdə, eləcə də divar və tavan gipskarton lövhələrinin üzərində nazik qat kimi işlədilir.
Üstünlükləri
- İncə dənəli tərkib – hamar son qat
- Uzun işləmə müddəti: 130–150 dəqiqə
- Minimum 1 mm qatla tətbiq – qənaətli sərfiyyat
- Gipskarton üzərində də istifadə imkanı
- Yalnız su ilə hazırlanır
Texniki göstəricilər
- Rəngi: ağ
- İstifadə temperaturu: +5°C ÷ +30°C
- Bərkimə müddəti: 300–320 dəqiqə
- Su nisbəti: 10 kq-a 6,5–7,0 litr
- Quruma: təqribən 2 gün
- Möhkəmlik: əyilmədə 2,4 MPa, sıxılmada 4,7 MPa; səth möhkəmliyi 57 Shore D
- Sərfiyyat: 1 mm qalınlıq üçün 1 kq/m²
- Saxlama müddəti: 6 ay
Qablaşdırma və qiymət
Ak Deniz Saten 25 kq-lıq kisədə satılır, qiyməti 6,59 AZN-dir. Saten alçının qiyməti və xüsusiyyətləri ilə tanış olun, lazımi miqdarı Temir.az üzərindən onlayn sifariş edin.
Xüsusiyyətlər
- Seriya
- AK DENİZ
Texniki məlumat
Məhsul haqqında
Gips əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək yapışma qabiliyyətinə malik, incə, ağ rəngli, son qat üzlük suvaq qarışığıdır.
AZS 046 (TS 370) standartına uyğundur.
İstifadə sahələri
- binaların daxilində tavan və divarların suvanmasında son qat üzlük suvağı kimi;
- beton, qazbeton, kərpic, briket (kərpic şəklidə preslənmiş kömür, torf, filiz), mişar daşı, arakəsmə gips tavaları və digər hörgü materiallarından tikilmiş, astar suvaq ilə suvanmış səthlərdə, yaxud gips lövhələrin (tavan və divar) üzərində incə suvaq kimi istifadə olunur.
İstifadə qaydaları
Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərinin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Üzlük çəkilməzdən əvvəl səth astar suvaq ilə suvanmalıdır. Eyni zamanda istifadə olunacaq səth əvvəlcədən su və ya ROKOL astarla və ya standartlara uyğun digər məhsulla nəmləndirilməlidir.
Qarışığın hazırlanması. 10 kq-lıq AKDENİZ SATEN-məhsulunu 6,5-7,0 litr suya səpin və 3-4 dəqiqə gözlədikdən sonra, suda tam qarışana kimi xüsusi qarışdırıcı və ya əl aləti ilə qarışdırın. Üzlük qarışıq suda tam qarışdıqdan sonra ona yenidən əlavə olaraq quru qarışıq və su qatmayın.
Tətbiqi.Hazır AKDENİZ SATEN qarışığını astar suvaq ilə suvanmış divar səthinə,tavana və gips lövhələrinin üzərinə mala ilə çəkin. Hazırlanmış qarışığı 130-150 dəqiqə ərzində işlədin. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışıq istifadəyə yararsızdır.
Tövsiyələr. Üzlük qarışıq istifadə olunarkən mühitin və səthin temperaturu minimum +50C olmalıdır. İstifadə olunan mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin edilməlidir. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Qarışığın hazırlandığı bidon və avadanlıqlar təmiz olmalıdır. Çirklənmiş qab və alətlər qarışığın istifadə müddətini qısaldaraq məhsulun keyfiyyətinə mənfi təsir göstərə bilər. Avadanlıq və alətləri istifadədən sonra dərhal su ilə yuyub təmizləmək tövsiyə olunur. Tətbiq zamanı polad malanın yaratdığı izlərin qalmamasına diqqət yetirilməlidir.
Texniki göstəricilər
| Rəngi | ağ |
| İstifadə temperaturu | +50C ÷ +300C |
| Minimum tətbiq qalınlığı | 1 mm |
| İstifadə müddəti | 130-150 dəqiqə |
| Donma (bərkimə) müddəti | 300-320 dəqiqə |
| Su/gips nisbəti | 6,5 -7,0 litr su /10 kq gips |
| Quruma müddəti | təqribən 2 gün |
| Möhkəmlik həddi:
| 2,4 MPa 4,7 MPa |
| 0,72 kq/ litr 1,5 kq/ litr |
| Səthin möhkəmliyi | 57 Shore D |
| Sərfiyyat | 1 kq/m2 (1 mm qalınlıq üçün) |
| Saxlanma müddəti | 6 ay |
| Qablaşdırma | 30 kq-lıq laminasiyalı polipropilen kisələrdə, 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə |
Xəbərdarlıqlar
- istifadə olunan suyun və qabların təmiz olmasına xüsusi diqqət edin;
- məhsula sudan başqa heç bir maddə qatmayın;
- yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
Zəmanət və texniki dəstək
- Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır.
Tez-tez verilən suallar
Ak Deniz Saten nə qədər sərf olunur?
1 mm qalınlıqda qat üçün 1 m²-ə təxminən 1 kq məhsul gedir.
Saten alçını gipskarton üzərinə çəkmək olarmı?
Bəli, məhsul divar və tavan gips lövhələrinin üzərində nazik suvaq kimi istifadə edilə bilər.
Hazırlanmış saten nə qədər vaxt işlədilə bilər?
Su ilə qarışdırılmış Ak Deniz Saten 130–150 dəqiqə ərzində istifadə olunmalıdır.