
Təsvir
Ak Deniz Sıva – gips və perlit əsaslı, daxili divarlar üçün astar suvaq qarışığıdır. 25 və 30 kq-lıq kisələrdə, 5,77 AZN-dən.
Ak Deniz sıva alçı gips və perlit əsasında hazırlanmış, qatqılarla zənginləşdirilmiş keyfiyyətli astar suvaqdır. AZS 052 (TS 6433) standartına cavab verən qarışıq, üzlük şpaklyovkadan əvvəl divarın düzləndirilməsi üçün əsas qat rolunu oynayır.
Harada istifadə olunur?
Sıva bina daxilində beton, qazbeton, mişar daşı, kərpic və briketdən hörülmüş, əvvəlcədən sement-qum qarışığı ilə suvanmış divarlarda işlədilir. Mənzil və villalardan tutmuş mehmanxana, xəstəxana və sənaye binalarına qədər müxtəlif obyektlərin daxili divarlarının suvanmasında tətbiq edilir.
Üstünlükləri
- Perlitli tərkib – yüngül və rahat işlənən qarışıq
- Yalnız su ilə hazırlanır, əlavə maddə tələb etmir
- Üzərinə 24 saat sonra üzlük çəkmək mümkündür
- Uzun işləmə müddəti – 90–120 dəqiqə
Texniki göstəricilər
- Rəngi: ağ
- İstifadə temperaturu: +5°C ÷ +30°C
- Minimum qat qalınlığı: 3 mm
- Bərkimə müddəti: 200–220 dəqiqə
- Su nisbəti: 10 kq-a 5,5–6,0 litr
- Quruma: təqribən 2–3 gün
- Möhkəmlik: əyilmədə 1,7 MPa, sıxılmada 3,8 MPa; səth möhkəmliyi 50 Shore D
- Sərfiyyat: 4–5 kq/m²
- Saxlama müddəti: 6 ay
Qablaşdırma və qiymət
Ak Deniz Sıva 25 kq (5,77 AZN) və 30 kq (6,28 AZN) kisələrdə təqdim olunur – qiymət 5,77 AZN-dən başlayır. Astar alçının qiyməti və xüsusiyyətləri ilə tanış olun, Temir.az üzərindən onlayn sifariş edin.
Xüsusiyyətlər
- Seriya
- AK DENİZ
Texniki məlumat
Məhsul haqqında
Gips əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, perlitli astar suvağıdır.
AZS 052 (TS 6433) standartına uyğundur.
İstifadə sahələri
- binaların daxilində beton, qazbeton, mişar daşı, kərpic, briket (preslənmiş kömur, torf və s.) və digər materiallardan hörülmüş divarların sement və qum qarışığı ilə suvanmış səthlərində;
- sənaye və mülki tikililərin, mehmanxanaların, xəstəxanaların və villaların daxili divarlarının suvanmasında istifadə olunur.
İstifadə qaydaları
Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərinin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Filkret 300 və ya 400 təmir qarışığı ilə və ya standartlara uyğun digər məhsulla doldurulmalıdır. Eyni zamanda istifadə olunacaq səth əvvəlcədən nəmləndirilməli və ya ROKOL astarla və ya standartlara uyğun digər məhsulla astarlanmalıdır.
Qarışığın hazırlanması.10 kq-lıq quru qarışığı 5,5-6,0 litr suya səpin və 3-4 dəqiqə gözlədikdən sonra, suda hissəciklər tam qarışana kimi qarışdırıcı və ya əl aləti ilə qarışdırın. Astar hazır olduqdan sonra ona yenidən quru qarışıq və su əlavə etməyin.
Tətbiqi. Hazır AKDENİZ sıva məhsulunu sement və qum əsaslı suvaqla suvanmış səthə vurun. Astar suvağı səthə ən azı 3-5 mm qalınlığında çəkin. Səthin tipindən asılı olaraq AKDENİZ sıva məhsulunun sərfi dəyişə bilər. Astar suvağın vurulma mərhələsi bitəndən 24 saat sonra üzlük şpatklyovkadan hazırlanmış qarışıq səthə çəkilə bilər. AKDENİZ sıva məhsulu 90-120 dəqiqə ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışıq istifadəyə yararsızdır.
Tövsiyələr. Astar suvaq istifadə olunarkən mühitin və səthin temperaturu minimum +50C olmalıdır. İstifadə olunan mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin edilməlidir. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Qarışığın hazırlanmasında istifadə olunan bidon və avadanlıqlar hər zaman təmiz olmalıdır. Avadanlıq və alətləri istifadədən sonra dərhal su ilə yuyub təmizləmək lazımdır. Çirklənmiş qablar və alətlər qarışığın işləmə müddətini qısaldır.
Texniki göstəricilər
| Rəngi | ağ |
| İstifadə temperaturu | +50C ÷+300C |
| Minimum tətbiq qalınlığı | 3 mm |
| İstifadə müddəti | 90 - 120 dəqiqə |
| Bərkimə müddəti | 200 - 220 dəqiqə |
| Su/gips nisbəti | 5,5-6,0 litr su /10 kq gips |
| Quruma müddəti | təqribən 2-3 gün |
| Möhkəmlik həddi:
| 1,7 MPa 3,8 MPa |
| 0,7 kq/ litr 1,5 kq/ litr |
| Səthin möhkəmliyi | 50 Shore D |
| Sərfiyyat | 4-5 kq/m2 |
| Saxlanma müddəti | 6 ay |
| Qablaşdırma | 30 kq-lıq laminasiyalı polipropilen kisələrdə, 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 30 kq-lıq kisələrdə |
Xəbərdarlıqlar
- istifadə olunan suyun və qabların təmiz olmasına xüsusi diqqət edin;
- astar alçıya sudan başqa heç bir əlavə maddə qatmayın;
- yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
Zəmanət və texniki dəstək
- Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır.
Tez-tez verilən suallar
Ak Deniz Sıva alçının 1 m² üçün sərfiyyatı nə qədərdir?
Sərfiyyat 1 m²-ə təxminən 4–5 kq təşkil edir, səthin növündən asılı olaraq dəyişə bilər.
Sıva alçını hansı qalınlıqda çəkmək lazımdır?
Astar qatı ən azı 3–5 mm qalınlığında vurulmalıdır.
Qarışıq üçün nə qədər su lazımdır?
Hər 10 kq quru qarışığa 5,5–6,0 litr su götürülür.