Temir.az
Azerlime suvaq üçün əhəng (hidratlı əhəng), 18 kq
Matanat A

Azerlime suvaq üçün əhəng (hidratlı əhəng), 18 kq

Satıcı: Matanat A

4,64 ₼ / kisə

✓ Mövcuddur

1

Təsvir

Azerlime suvaq üçün əhəng – qum-sement qarışığına qatılaraq əhəngli suvaq almaq üçün istifadə olunan yüksək aktivli hidratlı əhəngdir. Hörgü, suvaq və şap işləri üçün uyğundur.

Suvaq üçün əhəng Azerlime təbii əhəng daşından xüsusi texnologiya ilə hazırlanan, yüksək aktivliyə malik hidratlı (söndürülmüş) əhəngdir. Qum və sementə əlavə olunaraq işlənməsi rahat əhəngli suvaq məhlulu yaradır. Məhsul ГОСТ 9179-77 və TS EN 459-1 standartlarının tələblərinə uyğundur.

Harada istifadə olunur?

  • kərpic, mişar daşı və digər daşlardan hörülmüş divarların suvanmasında;
  • hörgü işlərində;
  • döşəmələrdə hamar səth (şap) yaradılmasında;
  • binaların daxili və xarici səthlərində.

Üstünlükləri

  • yüksək aktivli hidratlı əhəngdir;
  • hazır məhlul uzun müddət işlək qalır;
  • mərhələli tətbiqlə qalın qatlar çəkməyə imkan verir;
  • həm suvaq, həm də hörgü məhlulu üçün yararlıdır.

Texniki göstəricilər

  • Rəngi: açıq boz
  • Tətbiq temperaturu: +5°C – +30°C
  • Su: 15–18 l / 100 kq quru qarışıq
  • İstifadə müddəti: 120 dəqiqə
  • Tətbiq qalınlığı: minimum 8 mm, mərhələli tətbiqlə maksimum 100 mm
  • Sıxlıq: hazır məhlul 2100 kq/m³, quruduqdan sonra 1800 kq/m³
  • Möhkəmlik: əyilmədə 2 N/mm², sıxılmada 5 N/mm²
  • Tövsiyə olunan nisbət (çalovla): 1 əhəng : 1 sement M300 : 6 suvaq qumu

Qablaşdırma və qiymət

Azerlime suvaq üçün əhəng 18 kq-lıq kisədə satılır, qiyməti 4,64 AZN-dir. Açılmamış kisələrdə, quru şəraitdə 1 il saxlanıla bilər. Qiyməti və xüsusiyyətləri ilə tanış olun, Temir.az saytında onlayn sifariş edin.

Xüsusiyyətlər

Seriya
Azərlime

Texniki məlumat

Məhsul haqqında

AZERLIME Suvaq üçün əhəng məhsulu xüsusi texnologiya ilə təbii əhəng daşından hazırlanan yüksək aktivliyə malik hidrotasiyalı (söndürülmüş) əhəngdir. Bu məhsul qum-sement məhsuluna qatılır və əhəngli suvaq əldə edilir.

ГОСТ 9179-77 və TS EN 459-1 saylı standartların tələblərinə uyğundur.

İstifadə sahələri

İnşaat sektorunun müxtəlif sahələrində, binaların daxili və xarici səthlərində kərpic, mişardaşı və digər növ daşlardan hörülmüş divarların suvanmasında, hörülməsində və döşəmələrdə hamar səthin (стяжка) yaradılmasında istifadə olunur.

İstifadə qaydaları

Hazır quru qarışığa (qum, sement və əhəng qarışıqlı) qarışıq miqdarının 15-18%-i qədər su əlavə edib 3-5 dəqiqə ərzində gözləmək, sonra isə qarışdırmaq lazımdır. İstifadəyə hazır suvaq məhsulundan qırmızı kərpiç, mişar daşı və digər növ daşlardan hörülmüş divarların suvanmasında, hörgü işlərində və səthlərin hamarlaşdırılmasında istifadə edin. İstifadə olunacaq məhsulun hazırlanması üçün tələb olunan quru inşaat qarışıqlarının və suyun miqdarı aşağıdakı cədvəldə göstərilmişdir.

Hazır quru qarışığın

tərkibi

Qarışıqların miqdarı

(çəki ilə)

Qarışıqların miqdarı

(çalov ilə)

Suvaq üçün əhəng

5,7 kq

1 çalov

Sement M300

13 kq

1 çalov

Suvaq qumu

81,3 kq

6 çalov

Tələb olunan suyun

miqdarı

15-18 l

15-18%

Texniki göstəricilər

Rəngi Açıq boz

İstifadə temperaturu +50C - +300C

Su /Əhəngli suvaq 15-18 l su/100 kq quru qatışığı

İstifadə müddəti 120 dəqiqə

Tətbiq qalınlığı

minimum 8 mm

maksimum

(mərhələli tətbiq olunmaqla) 100 mm

İstifadəyə hazır məhsulun sıxlığı 2100 kq/m3

Quruyandan sonra məhsulun

sıxlığı 1800 kq/m3

Möhkəmlik həddi:

əyilmədə 2 N/mm2

sıxılmada 5 N/mm2

AZERLIME suvaq üçün əhəng məhsulu 20 kq-lıq polietilen və ya kağız kisələr, 500 və 1000 kq-lıq, polietilen Biq Bəg kisələrdə qablaşdırılır.

Saxlama müddəti və qaydası

AZERLIME suvaq üçün əhəng məhsulu açılmamış kisələrdə, quru şəraitdə, bir-birinin üstündə maksimum 10 ədəd olmaqla 1 il saxlanıla bilər.

Xəbərdarlıqlar

AZERLIME məhsulundan istifadə olunmaqla suvaq hazırlanılan zaman istifadə olunan suyun, qabların və döşəmənin təmiz olmasına xüsusi diqqət edin;

Suvaq üçün hazırlanmış quru qarışığa sudan başqa heç nə əlavə etməyin.

Zəmanət və texniki dəstək

Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;

“Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir.

Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;

Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;

Texniki dəstək, və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!

Tez-tez verilən suallar

Əhəngli suvaq üçün qum, sement və əhəng nisbəti necədir?

İstehsalçı çalovla 1 hissə əhəng, 1 hissə M300 sement və 6 hissə suvaq qumu götürməyi tövsiyə edir.

Əhəngli suvaq qarışığına nə qədər su əlavə olunur?

Quru qarışığın kütləsinin 15–18%-i qədər, yəni 100 kq qarışığa 15–18 litr su əlavə edilir.

Hazır əhəngli suvaq nə qədər müddət işlək qalır?

Hazır məhlulun istifadə müddəti 120 dəqiqədir.