
Təsvir
F-PAS Dry fasadda teksturalı dekorativ səth yaradan, əhəngdaşı əsaslı ağ toz məcundur. Püskürtmə tapançası ilə vurulur, sonra vərdənə ilə naxış verilir; 20 kq-lıq kisədə satılır.
F-PAS Dry teksturalı fasad məcunu binanın xarici divarlarında relyefli, dekorativ görünüş yaratmaq üçün hazırlanmış əhəngdaşı əsaslı, birkomponentli ağ tozdur. Məhsul püskürtmə tapançası ilə vurulur, bu da böyük sahələrdə işi sürətləndirir.
Harada istifadə olunur?
- Xarici və daxili şaquli səthlərdə;
- sement əsaslı suvaqla suvanmış divarlarda;
- XPS, EPS, daş yunu və poliuretan lövhələrlə üzlənmiş fasadlarda.
Məcun tapança ilə səthə çilənir, 10-15 dəqiqə sonra xüsusi tinerə salınmış dəmir və ya plastik vərdənə ilə əzilərək dekorativ faktura alınır. Tətbiqdən əvvəl səth nəmləndirilməli və ya BİNMADER kimi astarla astarlanmalıdır. 3 mm-dən dərin çat və qüsurlar isə ən azı 72 saat əvvəl MATON və ya oxşar təmir qarışığı ilə bərpa edilir.
Üstünlükləri
- güclü yapışma qabiliyyəti;
- elastik olduğu üçün çat vermir;
- UV şüalarına, şaxtaya, yağışa və rütubətə davamlıdır;
- boyanın görünüşünü uzun müddət qoruyur;
- ekoloji cəhətdən təmizdir.
Texniki göstəricilər
- Rəngi: ağ;
- istifadə temperaturu: +5 °C – +30 °C;
- su nisbəti: 20 kq toza 7,5-8,0 litr su;
- hazır qarışığın istifadə müddəti: 3 saat;
- tökmə sıxlığı: 0,974 kq/l, hazır məhlulun sıxlığı: 1,72 kq/l;
- tam quruma: 24 saatdan sonra;
- sərfiyyat: 0,8-1,0 kq/m².
Qablaşdırma və qiymət
F-PAS Dry 20 kq-lıq kisədə təqdim olunur, qiyməti 17,89 AZN-dir. Quru şəraitdə 12 ay saxlanıla bilər. Qiyməti və xüsusiyyətləri ilə tanış olun, Temir.az saytında onlayn sifariş edin.
Xüsusiyyətlər
- Seriya
- F-PAS Dry
Texniki məlumat
Məhsul haqqında
Əhəngdaşı əsaslı, birkomponentli, fasad üçün nəzərdə tutulmuş teksturalı səthlər yaradan bəyaz rəngli, toz halında məhsuldur.
İstifadə sahələri
Bu məhsuldan:
- xarici və daxili məkanlarda şaquli səthlərdə;
- sement əsaslı suvaq ilə suvanmış səthlərdə;
- XPS (sıxlaşdırılmış polistren köpüyü), EPS (genişləndirilmiş polistren köpüyü), daş yunu (preslənmiş mineral pambıq tavalar) və poliuretan tavalarla üzlənmiş səthlərdə istifadə olunur.
Üstünlükləri
- yüksək bağlayıcılıq xüsusiyyətinə malikdir;
- ultrabənövşəyi şualara və şaxtaya qarşı dayanıqlıdır;
- elastik olduğundan divarda çatlar yaranmır;
- yağışa, rütubətə və nəmə qarşı son dərəcə dayanıqlıdır;
- boya görünüşünü uzun müddət qoruyub saxlayır;
- ekoloji cəhətdən təmizdir.
İstifadə qaydaları
Səthin hazırlanması. Səth təmiz, sağlam və nəmli olmalıdır. Səthdə3 mm-dən dərin çatlar və qusurlar olduqda F-pas Dry tətbiq olunmazdan ən azı 72 saat əvvəl MATON və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə təmir edilməlidir.İstifadədən əvvəl səth mütləq nəmləndirilməli və ya BİNMADER və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli astarla astarlanmalıdır.
Qarışığın hazırlanması. Bir kisə 20 kq-lıq F-pas Dry məhsulunu yavaş-yavaş 7,5-8,0 l təmiz suyun üzərinə əlavə edin. Qarışığı mala və ya zəif dövriyyəli əl mikseri ilə homogen qarışıq əmələ gələnə kimi qarışdırın. Qarışdırdıqdan sonra 3dəqiqə gözləyin və istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
Tətbiqi. Hazır məcunu fasada çiləyici əl tapancası ilə tətbiq edin. 10-15 dəqiqədən sonra səthə tətbiq olunmuş məcunu xüsusi tinerə (məcunun vərdənəyə yapışmaması üçün) salınmış dəmir və ya plastik vərdənə ilə əzməklə dekorativ görünüş yaradın. Hazırlanmış qarışıq maksimum 3 saat ərzində istifadə olunmalıdır. İstifadə müddəti keçmiş qarışıqdan istifadə edilməməlidir. Fpas Dry su ilə qarışdırıldıqdan sonra gözləmə müddətinə mütləq riayət edilməli, istifadədən əvvəl təkrar qarışdırılmalıdır.Hazırlanan qarışığın içərisinə heç bir əlavə maddə (əhəng, sement, gips və s.) qatılmamalıdır.
Tövsiyələr. F-pas Dry istifadə olunarkən mühitin temperaturu +5°C-dən aşağı və +30°C-dən yuxarı olarsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+30°C-dən yuxarı) və güclü küləkli havalarda və 24 saat ərzində donma təhlükəsi olan səthlərdə istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş məhsuldan istifadə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Texniki göstəricilər
| Rəngi | bəyaz |
| İstifadə temperaturu | +50C ÷+300C |
| Su/toz nisbəti | 7,5-8,0 litr su/20 kq toz |
| İstifadə müddəti | 3 saat |
| 0,974 kq/l |
| Tam quruma müddəti | 24 saatdan sonra |
| Qablaşdırma | 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 20 kq-lıq kisələr |
Bu göstəricilər +30°C istilik mühiti üçün qəbul olunur. Aşağı istilikdə müddət uzana, yuxarı istilikdə isə qısala bilər.
Sərfiyyat
Səthdən asılı olaraq 1 m2 səthdə 0,8-1,0 kq qarışıq sərf olunur.
Saxlama müddəti və qaydası
Rütubətsiz və quru şəraitdə, taxta altlıqlar üzərində 10 cərgə olmaqla istehsal tarixindən etibarən 12 ay saxlanıla bilər.
Xəbərdarlıqlar
- F-pas Dry qarışığının hazırlanmasında istifadə olunan suyun, qabların təmiz olmasına xüsusi diqqət edin;
- qarışığa heç bir əlavə kimyəvi maddə qatmayın;
- yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
Zəmanət və texniki dəstək
- texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
- “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
- şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
Tez-tez verilən suallar
F-PAS Dry necə vurulur?
Məcun çiləyici əl tapançası ilə səthə vurulur, 10-15 dəqiqə sonra vərdənə ilə əzilərək dekorativ faktura yaradılır.
Sərfiyyatı nə qədərdir?
Səthdən asılı olaraq 1 m²-ə 0,8-1,0 kq qarışıq sərf olunur.
Hazır qarışığı nə qədər müddətdə istifadə etmək lazımdır?
Su ilə qarışdırıldıqdan sonra ən çoxu 3 saat ərzində istifadə olunmalıdır.