Temir.az
FASMATİK 1 – sement və əhəng əsaslı fasad əl suvağı, 30 kq
Matanat A

FASMATİK 1 – sement və əhəng əsaslı fasad əl suvağı, 30 kq

Satıcı: Matanat A

5,19 ₼ / kisə

✓ Mövcuddur

1

Təsvir

FASMATİK 1 xarici və daxili divarlar üçün sement, qum və əhəng əsaslı yüngül əl suvağıdır. Şaxtaya və suya davamlıdır, quruduqdan sonra çat vermir, 30 kq-lıq kisədə satılır.

FASMATİK 1 fasad suvağı sement və əhəng əsaslı, yüksək hidravlikli, birkomponentli yüngül qarışıqdır. Binaların xarici və daxili divarlarını suvamaq, daş hörgüsü aparmaq və döşəmədə hamar səth (styajka) yaratmaq üçün istifadə olunur.

Harada istifadə olunur?

  • Kərpic, mişar daşı, beton, yığma beton və qazbetondan hörülmüş divarların suvanmasında;
  • daş hörgüsündə (qazbeton istisna olmaqla);
  • döşəmələrdə hamar səth yaradılmasında.

Səth əvvəlcədən nəmləndirilir və ya ROKOL Binder astarla astarlanır. Hazır qarışıq polad mala ilə vurulur, mastarla düzləndirilir; 35 mm-dən qalın suvaq 2 mərhələdə çəkilir.

Üstünlükləri

  • adi qara suvaqla müqayisədə tikilinin yükünü 15%-ə qədər azaldır;
  • çatlamır, duzlaşma əmələ gəlmir;
  • antibakterialdır, yerə tökülmür;
  • UV şüalarına, şaxtaya, yağışa və rütubətə davamlıdır;
  • daşınması rahatdır və xərclərə qənaət edir.

Texniki göstəricilər

  • Rəngi: boz;
  • istifadə temperaturu: +5 °C – +30 °C;
  • su nisbəti: 100 kq suvağa 19-20 litr su;
  • istifadə müddəti: 120 dəqiqə;
  • tam quruma: 48 saatdan sonra;
  • tətbiq qalınlığı: 8-100 mm;
  • sıxlıq: hazır məhlul 2100 kq/m³, quruduqdan sonra 1800 kq/m³;
  • möhkəmlik: əyilmədə ≥ 2 N/mm², sıxılmada ≥ 5 N/mm²;
  • sərfiyyat: 8-10 mm qalınlıqda 14-18 kq/m²;
  • ГОСТ 28013-98 tələblərinə uyğundur.

Qablaşdırma və qiymət

FASMATİK 1 30 kq-lıq kisədə satılır, qiyməti 5,19 AZN-dir. Qiyməti və xüsusiyyətləri ilə tanış olun, Temir.az saytında onlayn sifariş edin.

Xüsusiyyətlər

Seriya
FASMATİK 1

Texniki məlumat

Məhsul haqqında

Bu məhsul sement və əhəng əsaslı, yüksək hidravlikli, birkomponentli, şaxtaya, suya və xarici təsirlərə qarşı davamlı, möhkəm, quruduqdan sonra çat verməyən xarici və daxili məkanlarda rahat istifadə oluna bilən yüngül qarışıqdır. ГОСТ 28013-98 standartın tələblərinə uyğundur.

İstifadə sahələri

Bu məhsuldan:

  • inşaat sektorunun müxtəlif sahələrində, binaların daxili və xarici səthlərində kərpic, mişar daşı, beton, yığma beton, qaz-beton və digər növ daşlardan hörülmüş divarların suvanmasında, hörülməsində (qaz-beton istisnadır) və döşəmələrdə hamar səthin (cтя́жка) yaradılmasında istifadə olunur.

Üstünlükləri

  • İstifadəyə hazırdır;
  • İstifadəsi rahatdır;
  • Tikililərin yükünü adi qara suvaqla müqayisədə 15%-ə kimi azaldır;
  • Yerə tökülmür;
  • Antibakterialdır;
  • Səth çatlamır və duzlaşma olmur;
  • Suvağın müqaviməti stabil olur;
  • Rahat daşınır və xərclərə qənaət edir;
  • Yüksək bağlayıcılıq xüsusiyyətinə malikdir;
  • Ultrabənövşəyi şualara və şaxtaya qarşı dayanıqlıdır;
  • Yağışa, rütubətə və nəmə qarşı son dərəcə dayanıqlıdır.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərinin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. İstifadə olunacaq səth əvvəlcədən mütləq nəmləndirilməli və ya ROKOL Binder Astarla və ya standartlara uyğun istehsal edilmiş digər məhsulla astarlanmalıdır.

Qarışığın hazırlanması Birinci üsul: Bir kisə 40 kq-lıq FASMATİK əhəngli suvaq məhsulunu yavaş-yavaş 5,7-6 litr təmiz suyun üzərinə əlavə edin. Qarışığı mala və ya zəif dövriyyəli qarışdırıcı ilə homogen qarışıq əmələ gələnə kimi qarışdırın. Qarışdırdıqdan sonra 3 dəqiqə gözləyin və istifadədən əvvəl yenidən qarışdırın. İkinci üsul: Tələb olunan miqdarda Fasmatik əhəngli suvaq məhsulunu yerə boşaldın. Üzərinə təyinata uyğun miqdarda su əlavə edin. Yerə boşaldılmış məhsul suyu özünə çəkdikdən sonra çalo ilə eynicinsli qarışıq olana kimi qarışdırın.

Tətbiqi: Hazır qarışıq səthə 8-100 mm qalınlığında polad mala ilə vurulur, xüsusi mastarla (alüminium profil aləti) mastarlanır və qarışığın artıq hissəsi sıyrılıb götürülür. Tətbiq olunmuş suvaqda ilkin bərkimə yaranandan sonra səth su ilə nəmləndirilməklə mala sürtgəc vasitəsilə hamarlanır. Əgər səth 35 mm-dən çox qalınlıqda suvaq tələb edirsə, onda həmin səthə suvaq qarışığını 2 mərhələdə çəkmək lazımdır. Hazırlanan qarışıq 120 dəqiqə ərzində işlədilməlidir.

Tövsiyələr: Fasmatik əhəngli suvaq məhsulu istifadə olunarkən mühitin temperaturu +5°C-dən aşağı və +30°C-dən yuxarı olarsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+30°C-dən yuxarı) və güclü küləkli havalarda və 24 saat ərzində donma təhlükəsi olan səthlərdə istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş məhsuldan istifadə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir

Texniki göstəricilər

Rəngi boz
İstifadə temperaturu +5°C ÷ +30°C
Su/ quru qarışıq 19-20 litr su/100 kq suvaq
İstifadə müddəti 120 dəqiqə
Tam quruma müddəti 48 saatdan sonra
Səthə çəkilmə qalınlığı
  • minimum
  • maksimum
8 mm
100 mm
İstifadəyə hazır məhlulun sıxlığı 2100 kq/m3
Quruyandan sonra məhlulun sıxlığı 1800 kq/m3
Möhkəmlik həddi:
  • əyilmədə
  • sıxılmada
≥ 2 N/mm2
≥ 5 N/mm2
Qablaşdırma 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietiləndən ibarət 40 kq-lıq kisələrdə

Qeyd: yuxarıdakı göstəricilər +23°C±2°C temperatur və 50% ±5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə edilib. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Sərfiyyat

8-10 mm qalınlığında, 1 m2 səthin suvanmasına 14-18 kq Fasmatik əhəngli suvaq məhsulu sərf olunur. 40 kq-lıq Fasmatik əhəngli suvaq məhsulu təxminən 3 m2 səthin suvanmasına kifayət edir.

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində bir-birinin üstündə maksimum 5 ədəd olmaqla istehsal tarixindən etibarən 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

Açılmamış kisələrdə, quru şəraitdə, bir-birinin üstündə maksimum 11 ədəd olmaqla 12 ay saxlanıla bilər. Ağzı açılmış kisələrdəki məhsul müvafiq saxlanma şəraitində bir həftə ərzində istifadə edilməlidir.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!

Tez-tez verilən suallar

FASMATİK 1 suvağının sərfiyyatı nə qədərdir?

8-10 mm qalınlıqda 1 m² səthin suvanmasına 14-18 kq qarışıq sərf olunur.

Suvağı hansı qalınlıqda vurmaq olar?

Tətbiq qalınlığı 8-100 mm-dir; 35 mm-dən qalın qat 2 mərhələdə çəkilməlidir.

Hazır qarışıq nə qədər istifadəyə yararlıdır?

Su ilə qarışdırılmış suvaq 120 dəqiqə ərzində istifadə olunmalıdır.