Temir.az
FASMATİK 100 sement və perlit əsaslı fasad əl suvağı, 40 kq
Matanat A

FASMATİK 100 sement və perlit əsaslı fasad əl suvağı, 40 kq

Satıcı: Matanat A

6,95 ₼ / kisə

✓ Mövcuddur

1

Təsvir

FASMATİK 100 sement və perlit əsaslı, yüngül dolduruculu fasad suvağıdır və şaxtaya, suya, xarici təsirlərə davamlıdır. 40 kq kisədə təqdim olunur, səthə 8–35 mm qalınlığında çəkilir.

FASMATİK 100 fasad suvağı sement və perlit əsasında hazırlanmış, polimer qatqılarla zənginləşdirilmiş birkomponentli quru qarışıqdır. Yüngül doldurucusu sayəsində divara əlavə yük salmır, quruduqdan sonra çat vermir və binanın xarici səthini uzun müddət qoruyur. Məhsul ГОСТ 28013-98 standartına uyğundur.

Harada istifadə olunur?

Bu fasad suvağı xarici və daxili divarlarda müxtəlif əsasların düzləndirilməsi üçün uyğundur:

  • beton və yüngül betondan hörülmüş divar və tavanlar;
  • kərpic, mişar daşı və digər təbii daşdan tikililər;
  • yığma beton və qaz-beton divarlar.

Üstünlükləri

  • şaxtaya, suya və atmosfer təsirlərinə qarşı davamlılıq;
  • yüksək möhkəmlik və elastiklik, quruduqdan sonra çatlamır;
  • perlit doldurucu divarın istilik saxlama qabiliyyətinə müsbət təsir edir – qışda isti, yayda sərin;
  • suvanmış səthə birbaşa üzlük şpaklyovka çəkmək olar, bu da astar alçıya qənaət deməkdir.

Texniki göstəricilər

  • Rəngi: boz
  • Tətbiq temperaturu: +5°C ÷ +30°C
  • Su nisbəti: 40 kq quru qarışığa 9,4–10,4 litr su
  • Hazır qarışığın istifadə müddəti: 120 dəqiqə
  • Qat qalınlığı: 8–35 mm (35 mm-dən qalın qat 2 mərhələdə çəkilir)
  • Möhkəmlik: əyilmədə 2 N/mm², sıxılmada 5 N/mm²
  • Sərfiyyat: 8–10 mm qalınlıqda 12–14 kq/m² (40 kq təxminən 3 m² üçün)
  • Saxlama müddəti: 12 ay

Qablaşdırma və qiymət

FASMATİK 100 fasad suvağı 40 kq-lıq çoxqatlı kraft kağız kisələrdə satılır. Bir kisənin qiyməti 6,95 AZN-dir. Qiyməti və xüsusiyyətləri ilə tanış olun, Temir.az üzərindən onlayn sifariş edin.

Xüsusiyyətlər

Seriya
FASMATİK 100

Texniki məlumat

Məhsul haqqında

Sement və perlit əsaslı, yüngül dolduruculu, yüksək hidravlikli polimerləşdirilmiş, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, birkomponentli, şaxtaya, suya və xarici təsirlərə davamlı, yüksək möhkəmliyə və elastikliyə malik, quruduqdan sonra çat verməyən fasad makina suvağıdır. ГОСТ 28013-98 standartına uyğundur

İstifadə sahələri

Bu məhsuldan:

  • beton səthlərin, yüngül betondan hörülmüş divar və tavanların suvanmasında;
  • kərpic, mişar daşı və digər növ daşlardan hörülmüş divarların suvanmasında;
  • beton, yığma beton, qaz-betondan tikilmiş divar və tavanların suvanmasında istifadə olunur.

Üstünlükləri

  • FASMATİK fasad makina suvağı ilə suvanmış səth möhkəm olur;
  • Qarışıqdan hazırlanmış suvaq materialının çəkildiyi divarda birbaşa və üzlük şpatklyovka istifadə etməklə üzlük tamamlama işləri görmək olur (yəni astar alçıya qənaət olunur);
  • FASMATİK fasad makina suvağı ilə suvanmış divarlar qışda isti, yayda sərin olur;
  • Makina ilə tətbiq olunduğu üçün böyük sahəni qısa zamanda suvamaq mümkündür.

İstifadə qaydaları

Səthin hazırlanması. Səth suvanmazdan əvvəl yapışmağa mane olan qalıqlardan təmizlənməli və səthin möhkəm olmasına diqqət yetirilməlidir. İstifadə etməmişdən əvvəl səth nəmləndirilməli və ya daha yaxşı nəticə əldə etmək üçün ROKOL Binder Astar və ya digər oxşar məhsulla astarlanmalıdır. Suvaq vurulacaq səthin düz olması üçün padmayak profillər (ano profillər) bir müstəvidə yerləşdirilməli, divarların künclərinin düz və dəqiqliyindən ötrü ano profillərlə bir müstəvidə künc profilləri (köşe profilləri) də quraşdırılmalıdır. Profillər səthə suvaq vurmamışdan 24 saat öncə quraşdırılmalıdır ki, qarışıq profilləri tutsun

Qarışığın hazırlanması Suvaq maşınının bunkerinə tələb olunan miqdarda FASMATİK fasad makina suvağını tökün və həmin bunkerə fasiləsiz su axını qoşun. Quru qarışığın su ilə qarışma nisbətini makinanın proqramına daxil edin və makinanı işə salaraq avtomatik olaraq məhsulu homogen şəkildə qarışdırın.

Tətbiqi: Hazır qarışıq makinanın üstündəki hava kompressorunun köməyi ilə səthə 8-35 mm- qalınlığında püskürdülür. Səthə püskürdülən suvaq xüsusi mastar ilə mastarlanır və qarışığın artıq hissəsi sıyrılaraq götürülür. Tətbiq olunmuş suvaqda ilkin bərkimə yaranandan sonra səth su ilə nəmləndirilməklə mala sürtgəc vasitəsilə hamarlanır. Əgər suvaq 35 mm-dən çox qalınlıq tələb edirsə, onda həmin səthə suvaq qarışığını 2 mərhələdə tətbiq etmək lazımdır.

Tövsiyələr: FASMATİK fasad makina suvağı istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi boz
İstifadə temperaturu +5°C ÷ +30°C
Su/ quru qarışıq 9,4 -10,4 litr su /40kq quru qarışıq
İstifadə müddəti 120 dəqiqə
Səthə çəkilmə qalınlığı
  • minimum
  • maksimum
8 mm
35 mm
İstifadəyə hazır məhsulun sıxlığı 1200 kq/m3
Quruyandan sonra məhsulun sıxlığı 1550 kq/m3
Möhkəmlik həddi:
  • əyilmədə
  • sıxılmada
2 N/mm2
5 N/mm2
Qablaşdırma 2 və ya 3 qatı kraft kağızı, 1 qatı polietiləndən ibarət olan 40 kq-lıq kisələrdə

Sərfiyyat

8-10 mm qalınlığında, 1m2 səthin suvanmasına 12-14 kq FASMATİK fasad makina suvağı sərf olunur. 40 kq-lıq FASMATİK fasad makina suvağı təxminən 3 m2 səthin suvanmasına kifayət edir.

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində bir-birinin üstündə maksimum 5 ədəd olmaqla istehsal tarixindən etibarən 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

Açılmamış kisələrdə, quru şəraitdə, bir-birinin üstündə maksimum 11 ədəd olmaqla 12 ay saxlanıla bilər. Ağzı açılmış kisələrdəki məhsul müvafiq saxlanma şəraitində bir həftə ərzində istifadə edilməlidir.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!

Tez-tez verilən suallar

FASMATİK 100 fasad suvağının sərfiyyatı nə qədərdir?

8–10 mm qalınlıqda 1 m² səthə 12–14 kq qarışıq sərf olunur; 40 kq-lıq kisə təxminən 3 m² üçün kifayət edir.

Suvağı hansı qalınlıqda çəkmək olar?

Tövsiyə olunan qat qalınlığı 8–35 mm-dir. 35 mm-dən qalın qat lazım olduqda suvaq 2 mərhələdə tətbiq edilir.

Hansı temperaturda işləmək olar?

Qarışıq +5°C ilə +30°C arasında tətbiq olunur; isti, yağışlı və küləkli havada işləmək tövsiyə edilmir.