
Təsvir
FASNATURAL 100 izolyasiya lövhələrinin üzərində təbii ağlay daşına bənzər fasad üzlüyü yaratmaq üçün əhəngdaşı əsaslı quru qarışıqdır. Su hopdurmur, şaxtada çatlamır və 25 kq-lıq kisədə təqdim olunur.
FASNATURAL 100 fasad üzlük qarışığı XPS, EPS, daş yunu və poliüretan lövhələrin üzərində ağlay daşı görünüşlü dekorativ üzlük plitələri formalaşdırmaq üçün hazırlanıb. Əhəngdaşı əsaslı, birkomponentli bu material təbii daşla üzləmənin daha yüngül və sərfəli alternatividir.
Harada istifadə olunur?
- İstilik izolyasiyası olunmuş fasadlarda – XPS, EPS, daş yunu və poliüretan lövhələrin üzərində;
- daxili məkanlarda dekorativ daş effekti yaratmaq üçün.
Lövhələr əvvəlcə PENOFLEX 5 və ya analoji yapışdırıcı ilə səthə bərkidilir, sonra qarışıq iki qatda, aralarına sıva filesi qoyulmaqla polad mala ilə çəkilir.
Üstünlükləri
- ağlay daşını əvəz edir, binaya təbii daş görkəmi verir;
- suyu özünə çəkmir və şaxtada çatlamır;
- fasadın yükünü 11 dəfəyə qədər azaltmağa imkan verir;
- möhkəmliyinə görə təbii daşdan geri qalmır;
- iş daha tez və rahat başa çatır, xərclər azalır.
Texniki göstəricilər
- Rəngi: bej (təbii əhəngdaşı tonunda);
- istifadə temperaturu: +5 °C – +30 °C;
- su nisbəti: 25 kq quru qarışığa 6,0-6,5 litr su;
- hazır qarışığın istifadə müddəti: 80 dəqiqə;
- örtüyün qalınlığı: 3-10 mm;
- sıxılmada möhkəmlik: quru halda ən azı 10,0 MPa, su hopdurulmuş halda ən azı 7,0 MPa;
- şaxtaya davamlılıq markası: F 25-dən az olmayaraq;
- sərfiyyat: 1 mm qalınlıq üçün 1,2-1,4 kq/m²;
- TŞ AZ 3143489-006-2016 və ГОСТ 9479-84 tələblərinə uyğundur.
Qablaşdırma və qiymət
Məhsul 25 kq-lıq çoxqatlı kisədə satılır, qiyməti 19,65 AZN-dir. Açılmamış kisədə, quru yerdə 12 ay saxlanıla bilər. FASNATURAL 100-ün qiyməti və xüsusiyyətləri ilə tanış olun və Temir.az saytında onlayn sifariş edin.
Xüsusiyyətlər
- Seriya
- FASNATURAL 100
Texniki məlumat
Məhsul haqqında
Əhəngdaşı əsaslı, birkomponentli, şaxtaya, istiyə, suya və xarici təsirlərə qarşı davamlı yüksək möhkəmliyə malik, fasadda üzlük plitələrin yaradılması üçün istifadə olunan quru qarışıqdır. TŞ AZ 3143489-006-2016 saylı texniki şərtin və ГОСТ 9479-84 saylı dövlət standartının tələblərinə uyğundur.
İstifadə sahələri
Bu məhsuldan:
- XPS (sıxlaşdırılmış polistiren köpüyü), EPS (genişləndirilmiş polistiren köpüyü), daş yunu (preslənmiş mineral pambıq tavalar) və poliüretan lövhələr üzərinə çəkməklə üzlük plitələrin hazırlanmasında;
- həmçinin daxili məkanlarda da istifadə edilə bilər.
Üstünlükləri
- ağlay daşını əvəz edir;
- su hopmur;
- şaxtada çatlamır;
- binalarda fasadın yükünü 11 dəfəyə kimi azaldır;
- daha ucuz başa gəlir;
- məhsulun müqaviməti təbii daşa nisbətən daha yüksəkdir;
- bu məhsulla yerinə yetirilən işlər daha tez və rahat başa gəlir.
İstifadə qaydaları
Səthin hazırlanması. Səth yapışmağa mane olan qalıqlardan təmizlənməli, səthin düz səviyyədə və möhkəm olmasına diqqət edilməlidir. FASNATURAL 100 tətbiq olunmazdan əvvəl XPS (sıxlaşdırılmış polistiren köpüyü), EPS (genişləndirilmiş polistiren köpüyü), daş yunu (preslənmiş mineral pambıq tavalar) və poliüretan lövhələr PENOFLEX 5 yapışdırıcısı və ya digər oxşar məhsul ilə səthə yapışdırılmalıdır.
Qarışığın hazırlanması. 25 kq-lıq FASNATURAL 100 məhsulu içərisində 6,0-6,5 litr təmiz su olan qaba yavaş-yavaş boşaldılır və 3 dəqiqə saxlanılır, sonra mikser və ya əl aləti ilə homogen qarışıq əmələ gələnə kimi qarışdırılır. Hazırlanan qarışıq 80 dəqiqə ərzində istifadə olunmalıdır.
Tətbiqi. Hazır FASNATURAL 100 qarışığı səthə yapışdırılmış izolyasiya lövhələrinin üzərinə polad mala ilə təxminən 3 mm qalınlığında çəkilir. Birinci qat qabıq bağlayana qədər üzərinə sıva filesi oturdulur. Sonra sıva filesinin üzərinə 3-4 mm qalınlığında ikinci qat FASNATURAL 100 məhsulu polad mala ilə çəkilir. FASNATURAL 100 məhsulu çəkilmiş səth ilk 24 saat ərzində yağışdan, günəş şüalarından, küləkdən qorunmalıdır. FASNATURAL 100 tam möhkəmlik aldıqdan sonra (təxminən 7 gün sonra) səth cilalanır.
QEYD: Əgər binaların fasadı FASNATURAL 100 qarışığı ilə üzlənmişsə, ehtiyac yarandığı halda 20 ildən sonra yenidən 1 mm qalınlığında cilalana bilər.
Tövsiyələr. FASNATURAL 100 məhsulunun istifadə olunduğu mühitin temperaturu +5 °C-dən aşağı və +30 °C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+30 °C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Texniki göstəricilər
| Rəngi | bej (sarıya çalan açıq-qəhvəyi, təbii əhəngdaşı rəngində) |
| İstifadə temperaturu | +5 °C – +30 °C |
| Su / quru qarışıq | 6,0-6,5 litr su / 25 kq quru qarışıq |
| İstifadə müddəti | 80 dəqiqə |
| Örtüyün qalınlığı | 3-10 mm |
| Sıxılmada möhkəmlik həddi | havada quru halda — 10,0 MPa, az olmamalı su hopdurulmuş halda — 7,0 MPa, az olmamalı |
| Şaxtaya davamlılıq markası | F 25-dən az olmamalı |
| Qablaşdırma | 3 qatı kraft kağızı, 1 qatı polietilendən ibarət olan 25 kq-lıq kisə |
Sərfiyyat
1 m² səthdə 1 mm qalınlığa 1,2-1,4 kq FASNATURAL 100 quru qarışığı sərf olunur.
Saxlama müddəti və qaydası
Açılmamış kisədə, quru şəraitdə, taxta altlıqlar üzərində bir-birinin üstündə maksimum 10 ədəd kisə olmaqla 12 ay saxlanıla bilər.
Xəbərdarlıqlar
- FASNATURAL 100 qarışığının qatqılarla zəngin olduğunu nəzərə alaraq dəriyə və gözə düşdükdə dərhal su ilə yuyun;
- istifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
- yuxarıdakı göstəricilər +23 °C±2 °C temperatur və 50% ±5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
Zəmanət və texniki dəstək
- texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
- “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
- şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
Tez-tez verilən suallar
FASNATURAL 100 hansı səthlərə vurulur?
Qarışıq XPS, EPS, daş yunu və poliüretan izolyasiya lövhələrinin üzərinə çəkilir, daxili məkanlarda da istifadə oluna bilər.
1 m² üçün nə qədər FASNATURAL 100 lazımdır?
Hər 1 mm qalınlıq üçün 1 m² səthə 1,2-1,4 kq quru qarışıq sərf olunur.
Qarışığı necə hazırlamaq lazımdır?
25 kq quru qarışıq 6,0-6,5 litr təmiz suya tədricən əlavə edilir və bircins kütlə alınana qədər qarışdırılır; hazır qarışıq 80 dəqiqə ərzində istifadə olunmalıdır.