
Təsvir
FASNATURAL 200 qara suvaqla suvanmış fasadlarda ağlay daşına bənzər üzlük plitələri yaratmaq üçün əhəngdaşı əsaslı quru qarışıqdır. Su hopdurmur, şaxtada çatlamır, 25 kq-lıq kisədə satılır.
FASNATURAL 200 ağlay daşı qarışığı qara suvaqla suvanmış divarlarda təbii daş üzlüyünü təqlid edən dekorativ plitələr yaratmaq üçün nəzərdə tutulub. Əhəngdaşı əsaslı, birkomponentli qarışıq istiyə, suya və şaxtaya qarşı davamlıdır.
Harada istifadə olunur?
- Mişar daşı (əhəngdaşı), penobeton və digər daşlardan hörülmüş, qara suvaqla suvanmış fasadlarda;
- daxili məkanlarda dekorativ daş üzlüyü üçün.
Əvvəlcə qara suvaqda istənilən dizayna uyğun aralıqlar açılır, səth ROKOL Binder və ya analoji astarla astarlanır. Qarışıq mala ilə maksimum 0,5 sm qalınlıqda çəkilir, aralıqlar isə bir gün sonra xüsusi alətlə formalaşdırılır.
Üstünlükləri
- ağlay daşına sərfəli alternativdir;
- suyu hopdurmur, şaxtada çat vermir;
- müqaviməti təbii daşdan yüksəkdir;
- üzləmə işləri daha qısa müddətdə tamamlanır.
Texniki göstəricilər
- Rəngi: bej, təbii əhəngdaşı tonunda;
- istifadə temperaturu: +5 °C – +30 °C;
- su nisbəti: 25 kq-a 6,0-6,5 litr su;
- istifadə müddəti: 80 dəqiqə;
- örtüyün qalınlığı: 3-10 mm;
- sıxılmada möhkəmlik: quru halda ≥ 10,0 MPa, su hopdurulmuş halda ≥ 7,0 MPa;
- şaxtaya davamlılıq: F 25-dən az olmayaraq;
- sərfiyyat: 1 mm qalınlıq üçün 1,3-1,5 kq/m²;
- TŞ AZ 3143489-006-2016 və ГОСТ 9479-84 tələblərinə uyğundur.
Qablaşdırma və qiymət
25 kq-lıq kisənin qiyməti 19,65 AZN-dir. Təxminən 7 gündən sonra, tam möhkəmlik qazanmış səth cilalanır. Qiyməti və xüsusiyyətləri ilə tanış olun, Temir.az üzərindən onlayn sifariş edin.
Xüsusiyyətlər
- Seriya
- FASNATURAL 200
Texniki məlumat
Məhsul haqqında
Əhəngdaşı əsaslı, birkomponentli, şaxtaya, istiyə, suya və xarici təsirlərə qarşı davamlı yüksək möhkəmliyə malik, fasadda üzlük plitələrin yaradılması üçün istifadə olunan quru qarışıqdır. TŞ AZ 3143489-006-2016 saylı texniki şərtin və ГОСТ 9479-84 saylı dövlət standartının tələblərinə uyğundur.
İstifadə sahələri
Bu məhsuldan:
- qara suvaq ilə suvanmış səthlərin üzərinə vurmaqla səthdə üzlük plitələrin yaradılmasında;
- həmçinin daxili məkanlarda istifadə edilə bilər.
Üstünlükləri
- ağlay daşını əvəz edir;
- su hopmur;
- şaxtada çatlamır;
- daha ucuz başa gəlir;
- məhsulun müqaviməti təbii daşa nisbətən daha yüksəkdir;
- bu məhsulla yerinə yetirilən işlər daha tez başa gəlir.
İstifadə qaydaları
Səthin hazırlanması. FASNATURAL 200 məhsulu əhəngdaşı (mişar daşı), penobeton (köpüklü beton) və digər növ daşlardan hörülmüş divarların fasadına tətbiq olunmazdan öncə səthə qara suvaq çəkilməli və tələb olunan dizaynda aralıqlar açılmalıdır. FASNATURAL 200 tətbiq olunmazdan əvvəl səth yapışmağa mane olan qalıqlardan təmizlənməli, səthin yoxlanılmış və möhkəm olmasına diqqət edilməli və ROKOL Binder astar və ya digər oxşar məhsul ilə astarlanmalıdır.
Qarışdırılması. 25 kq-lıq FASNATURAL 200 məhsulu içərisində 6,0-6,5 litr təmiz su olan qaba yavaş-yavaş boşaldılır və 3 dəqiqə saxlanılır, sonra mikser və ya əl aləti ilə homogen qarışıq əmələ gələnə kimi qarışdırılır. Hazırlanan qarışıq 80 dəqiqə ərzində istifadə olunmalıdır.
Tətbiqi. Hazırlanmış FASNATURAL 200 qarışığı mala ilə binanın qara suvaqla suvanmış fasadına vurulur. FASNATURAL 200 qarışığı səthə qara suvaq üzərində öncədən açılmış aralıqları doldurmamaq şərti ilə maksimum 0,5 sm qalınlığında çəkilir. Qara suvaqda açılmış aralıqlara bir gündən sonra mala ilə FASNATURAL 200 məhsulu doldurulur və dekorasiyaya uyğun dərinlikdə aralıqlar saxlamaq şərtilə xüsusi aləti doldurulmuş aralıqların üzərində hərəkət etdirməklə tələb olunan aralıqlar alınır. FASNATURAL 200 tam möhkəmlik aldıqdan sonra (təxminən 7 gündən sonra) səth cilalanır.
QEYD: Əgər binaların fasadı FASNATURAL 200 qarışığı ilə üzlənmişsə, ehtiyac yarandığı halda 20 ildən sonra yenidən 1 mm qalınlığında cilalana bilər.
Tövsiyələr. FASNATURAL 200 məhsulunun istifadə olunduğu mühitin temperaturu +5 °C-dən aşağı və +30 °C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+30 °C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Texniki göstəricilər
| Rəngi | bej (sarıya çalan açıq-qəhvəyi, təbii əhəngdaşı rəngində) |
| İstifadə temperaturu | +5 °C – +30 °C |
| Su / quru qarışıq | 6,0-6,5 litr su / 25 kq quru qarışıq |
| İstifadə müddəti | 80 dəqiqə |
| Örtüyün qalınlığı | 3-10 mm |
| Sıxılmada möhkəmlik həddi | havada quru halda — 10,0 MPa, az olmamalı su hopdurulmuş halda — 7,0 MPa, az olmamalı |
| Şaxtaya davamlılıq markası | F 25-dən az olmamalı |
| Qablaşdırma | 3 qatı kraft kağızı, 1 qatı polietilendən ibarət olan 25 kq-lıq kisə |
Sərfiyyat
1 m² səthdə 1 mm qalınlığa 1,3-1,5 kq FASNATURAL 200 quru qarışığı sərf olunur.
Saxlama müddəti və qaydası
Açılmamış kisədə, quru şəraitdə, taxta altlıqlar üzərində bir-birinin üstündə maksimum 10 ədəd kisə olmaqla 12 ay saxlanıla bilər.
Xəbərdarlıqlar
- FASNATURAL 200 qarışığının qatqılarla zəngin olduğunu nəzərə alaraq dəriyə və gözə düşdükdə dərhal su ilə yuyun;
- istifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
- yuxarıdakı göstəricilər +23 °C±2 °C temperatur və 50% ±5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
Zəmanət və texniki dəstək
- texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
- “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
- şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
Tez-tez verilən suallar
FASNATURAL 200 ilə FASNATURAL 100-ün fərqi nədir?
FASNATURAL 200 qara suvaqla suvanmış fasada vurulur, FASNATURAL 100 isə XPS, EPS və daş yunu kimi izolyasiya lövhələrinin üzərinə çəkilir.
Sərfiyyatı nə qədərdir?
1 mm qalınlıq üçün 1 m² səthə 1,3-1,5 kq quru qarışıq sərf olunur.
Səthi nə vaxt cilalamaq olar?
Qarışıq tam möhkəmlik qazandıqdan sonra, təxminən 7 gün keçdikdə səth cilalanır.