
Təsvir
FASNATURAL 300 F izolyasiya bloklarından fasad üzlük lövhələri və paduqalar hazırlamaq üçün əhəngdaşı əsaslı ikikomponentli materialdır. Yanmır, su hopdurmur və ağlay daşını əvəz edir.
FASNATURAL 300 F paduqa qarışığı pəncərə kənarları, altlıqları və digər memarlıq detalları üçün paduqaların, eləcə də fasad üzlük plitələrinin hazırlanmasında istifadə olunur. Material iki komponentdən ibarətdir: əhəngdaşı əsaslı toz (komponent A) və akrilik əsaslı maye polimer (komponent B).
Harada istifadə olunur?
- İzolyasiya bloklarından kəsilmiş üzlük lövhələrin örtülməsində;
- pəncərə paduqaları və bəzək elementlərinin hazırlanmasında;
- hazır daş yunu lövhələrinin üzərinin işlənməsində.
Qarışıq xüsusi avadanlıqla avtomatik üsulla çəkilir. Örtülmüş lövhələr ən azı 7 gün qurudulur, sonra PENOFLEX 5 və ya analoji yapışdırıcı ilə fasada bərkidilir, birləşmə yerləri yenə FASNATURAL 300 F ilə doldurulur.
Üstünlükləri
- ağlay daşını əvəz edir;
- yanmır, odadavamlıdır;
- suyu hopdurmur, şaxtada çatlamır;
- fasadın yükünü 11 dəfəyə qədər azalda bilir;
- təbii daşla müqayisədə daha ucuz başa gəlir.
Texniki göstəricilər
- Rəngi: bej, əhəngdaşı tonunda;
- istifadə temperaturu: +5 °C – +30 °C;
- nisbət: 25 kq quru qarışığa 7 litr maye komponent;
- örtüyün qalınlığı: 3-10 mm;
- sıxılmada möhkəmlik: quru halda ≥ 10,0 MPa, su hopdurulmuş halda ≥ 7,0 MPa;
- şaxtaya davamlılıq: F 25-dən az olmayaraq;
- sərfiyyat: 1 mm qalınlıq üçün 1,6 kq/m².
Qablaşdırma və qiymət
Quru komponent 25 kq-lıq kisədə təqdim olunur, qiyməti 19,65 AZN-dir. Maye komponent rəsmi məlumata görə 7 litrlik plastik bidonlarda buraxılır. Qiyməti və xüsusiyyətləri ilə tanış olun və Temir.az saytında sifariş edin.
Xüsusiyyətlər
- Seriya
- FASNATURAL 300
Texniki məlumat
Məhsul haqqında
FASNATURAL 300 F məhsulu toz və maye tərkibli (komponent A və komponent B) olmaqla ikikomponentlidir.
Toz tərkibi. Əhəngdaşı əsaslı, şaxtaya, istiyə, suya və xarici təsirlərə qarşı davamlı yüksək möhkəmliyə malik, fasadda üzlük plitələrin və paduqaların hazırlanması üçün istifadə olunan quru qarışıqdır.
Maye tərkibi. Akrilik əsaslı emulsiya polimeridir.
TŞ AZ 3143489-006-2016 saylı texniki şərtin və ГОСТ 9479-84 saylı dövlət standartının tələblərinə uyğundur.
İstifadə sahələri
Bu məhsuldan:
- izolyasiya lövhələrinin üzərinə xüsusi avadanlıqla avtomatik üsulla çəkməklə üzlük plitələrin və paduqaların (pəncərələrin qırağı, altlıqları və s. yerlər üçün) hazırlanmasında istifadə olunur.
Üstünlükləri
- ağlay daşını əvəz edir;
- su hopmur;
- şaxtada çatlamır;
- binalarda fasadın yükünü 11 dəfəyə kimi azaldır;
- daha ucuz başa gəlir;
- məhsulun müqaviməti təbii daşa nisbətən daha yüksəkdir;
- bu məhsulla yerinə yetirilən işlər daha tez başa gəlir;
- yanmır, odadavamlıdır.
İstifadə qaydaları
Səthin hazırlanması. Səth yapışmağa mane olan qalıqlardan təmizlənməli, səthin düz səviyyədə və möhkəm olmasına diqqət edilməlidir. FASNATURAL 300 F tətbiq olunmazdan öncə tələb olunan dekorasiyaya uyğun izolyasiya bloklarından üzlük lövhələr və paduqalar hazırlanmalıdır.
Qarışdırılması. 25 kq-lıq FASNATURAL 300 F quru qarışığı (Komponent A) 7 L mayenin (Komponent B) üzərinə ehmalca boşaldılır və 3 dəqiqə saxlanılır, sonra mikser və ya əl aləti ilə homogen qarışıq əmələ gələnə kimi qarışdırılır. Hazırlanan qarışıq 60 dəqiqə ərzində istifadə olunmalıdır.
Tətbiqi. Hazırlanmış FASNATURAL 300 F qarışığı xüsusi avadanlıqla avtomatik olaraq izolyasiya bloklarından kəsilib hazırlanmış üzlük lövhələrin, paduqaların və ya hazır daş yunu lövhələrinin üzərinə çəkilir və hazırlanır. Üzərinə FASNATURAL 300 F qarışığı çəkilmiş lövhələr və paduqalar quruyana kimi saxlanılır (min 7 gün) və quruduqdan sonra öncədən hazırlanmış səthə PENOFLEX 5 yapışdırıcısı və ya digər oxşar məhsul ilə yapışdırılır. Lövhələrin bir-biri ilə birləşdiyi aralıqlar FASNATURAL 300 F qarışığı ilə doldurulur. İş bitdikdən sonra səthdə cilalanma işi aparılır. FASNATURAL 300 F məhsulunun çəkilməsi və cilalanması həm avtomatik, həm də mexaniki üsullarla həyata keçirilə bilər.
Tövsiyələr. FASNATURAL 300 F məhsulunun istifadə olunduğu mühitin temperaturu +5 °C-dən aşağı və +30 °C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+30 °C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən maye və ya quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Texniki göstəricilər
| Rəngi | bej (sarıya çalan açıq-qəhvəyi, təbii əhəngdaşı rəngində) |
| İstifadə temperaturu | +5 °C – +30 °C |
| Su / quru qarışıq | 7 litr su / 25 kq quru qarışıq |
| İstifadə müddəti | 45 dəqiqə |
| Örtüyün qalınlığı | 3-10 mm |
| Sıxılmada möhkəmlik həddi | havada quru halda — 10,0 MPa, az olmamalı su hopdurulmuş halda — 7,0 MPa, az olmamalı |
| Şaxtaya davamlılıq markası | F 25-dən az olmamalı |
| Qablaşdırma | Quru qarışıq: 3 qatı kraft kağızı, 1 qatı polietilendən ibarət olan 25 kq-lıq kisə Maye qarışığı: 7 l-lik plastik bidonlar |
Sərfiyyat
Üzlük lövhələrin və paduqaların ölçülərindən asılı olaraq FASNATURAL 300 F qarışığının sərfiyyatı dəyişkəndir. 1 m² üçün 1 mm qalınlığında 1,6 kq FASNATURAL 300 F qarışığı sərf olunur.
Saxlama müddəti və qaydası
Toz tərkibli qarışıq açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində bir-birinin üstündə maksimum 10 ədəd kisə olmaqla, maye tərkibli komponent isə plastik bidonlarda üst-üstə 3 cərgə olmaqla 12 ay saxlanıla bilər.
Xəbərdarlıqlar
- FASNATURAL 300 F qarışığının kimyəvi qatqılarla zəngin olduğunu nəzərə alaraq dəriyə və gözə düşdükdə dərhal su ilə yuyun;
- istifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
- yuxarıdakı göstəricilər +23 °C±2 °C temperatur və 50% ±5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
Zəmanət və texniki dəstək
- texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
- “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
- şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
Tez-tez verilən suallar
FASNATURAL 300 F neçə komponentlidir?
İkikomponentlidir: əhəngdaşı əsaslı quru toz (A) və akrilik əsaslı maye polimer (B); 25 kq toza 7 litr maye götürülür.
Paduqa üçün sərfiyyat nə qədərdir?
1 mm qalınlıqda 1 m² üçün 1,6 kq qarışıq sərf olunur, ümumi miqdar isə lövhə və paduqaların ölçüsündən asılıdır.
Material yanğına davamlıdırmı?
Bəli, rəsmi məlumata görə FASNATURAL 300 F yanmır və odadavamlıdır.