Temir.az
FASNATURAL 400 – qəliblərdə tökmə bəzək məmulatları üçün quru qarışıq, 25 kq
Matanat A

FASNATURAL 400 – qəliblərdə tökmə bəzək məmulatları üçün quru qarışıq, 25 kq

Satıcı: Matanat A

19,47 ₼ / kisə

✓ Mövcuddur

1

Təsvir

FASNATURAL 400 qəliblərə tökmə üsulu ilə bəzək məmulatları, memarlıq elementləri və daş kompozitləri hazırlamaq üçün patentləşdirilmiş əhəngdaşı əsaslı quru qarışıqdır. 25 kq-lıq kisədə satılır.

FASNATURAL 400 tökmə bəzək qarışığı ağlay daşından yonulan dekor elementlərinə alternativ olaraq qəliblərdə fasad bəzəkləri hazırlamaq üçün yaradılıb. Patentləşdirilmiş, əhəngdaşı əsaslı, birkomponentli qarışıq istiyə, suya və şaxtaya qarşı davamlıdır.

Harada istifadə olunur?

  • Qəliblərdə tökmə üsulu ilə bəzək məmulatlarının hazırlanmasında;
  • karniz, sütun və digər memarlıq elementlərinin istehsalında;
  • bəzəkli daş kompozitlərinin düzəldilməsində.

Qəliblər əvvəlcə təmizlənir və MA Oil 100 və ya oxşar qəlib yağı ilə yağlanır. Bəzək elementlərini həm qəlibə tökməklə, həm də əvvəlcədən tökülüb qurudulmuş bloklardan dəzgahda kəsməklə əldə etmək mümkündür. Tökmə zamanı qəlib ən geci 1 gün sonra açılır, kəsmə üçün nəzərdə tutulan bloklar isə ölçüsündən asılı olaraq ən azı 12 saat qəlibdə saxlanılır.

Üstünlükləri

  • ağlay daşından olan bəzək məmulatlarını əvəz edir;
  • su hopdurmur və şaxtada çatlamır;
  • müqaviməti təbii daşdan yüksəkdir.

Texniki göstəricilər

  • Rəngi: bej, təbii əhəngdaşı tonunda;
  • istifadə temperaturu: +5 °C – +30 °C;
  • su nisbəti: 25 kq-a 5,0-5,5 litr su;
  • istifadə müddəti: 80 dəqiqə;
  • sıxılmada möhkəmlik: quru halda 10,0 MPa, su hopdurulmuş halda 7,0 MPa (az olmayaraq);
  • şaxtaya davamlılıq: F 25-dən az olmayaraq;
  • TŞ AZ 150028866-006-2022 və ГОСТ 9479-84 tələblərinə uyğundur.

Qablaşdırma və qiymət

Məhsul 25 kq-lıq kisədə satılır, qiyməti 19,47 AZN-dir. Sərfiyyat qəliblərin ölçüsündən asılıdır. Qiyməti və xüsusiyyətləri ilə tanış olun, Temir.az saytında onlayn sifariş edin.

Xüsusiyyətlər

Seriya
FASNATURAL 400

Texniki məlumat

Məhsul haqqında

Əhəngdaşı əsaslı, birkomponentli, şaxtaya, istiyə, suya və xarici təsirlərə qarşı davamlı yüksək möhkəmliyə malik, fasadda üzlük plitələrin yaradılması üçün istifadə olunan patentləşdirilmiş quru qarışıqdır. TŞ AZ 150028866-006-2022 saylı texniki şərtin və ГОСТ 9479-84 saylı dövlət standartının tələblərinə uyğundur.

İstifadə sahələri

Bu məhsuldan:

  • qəliblərdə tökmə üsulu ilə bəzək məmulatlarının hazırlanmasında;
  • memarlıq elementlərinin hazırlanmasında;
  • yerdə bəzəkli daş kompozitlərinin düzəldilməsində istifadə olunur

Üstünlükləri

  • Ağlay daşından hazırlanmış bəzək məmulatlarını əvəz edir;
  • Su hopmur;
  • Şaxtada çatlamır;
  • Məhsulun müqaviməti təbii daşa nisbətən daha yüksəkdir;

İstifadə qaydaları

Səthin hazırlanması. FASNATURAL 400 məhsulunu qəliblərə tökülməmişdən öncə qəliblər təmizlənməli və MA Oil 100 qəlib yağı və ya digər oxşar məhsul ilə yağlanmalıdır.

Qarışdırılması. 25 kq-lıq FASNATURAL 400 məhsulu içərisində 5,0-5,5 litr təmiz su olan qaba yavaş-yavaş boşaldılır və 3 dəqiqə saxlanılır, sonra mikser və ya əl aləti ilə homogen qarışıq əmələ gələnə kimi qarışdırılır.

Tətbiqi. Bəzək məmulatları və üzlük daş kompozitləri məhsulu hazır qəliblərə tökməklə və ya əvvəlcədən tökülmüş və qurudulmuş bloklardan xüsusi dəzgahlarla kəsməklə alına bilər. Tökmə üsulu ilə istənilən bəzəkli daş kompozitləri düzəltmək üçün hazırlanmış FASNATURAL 400 qarışığı hazır qəliblərə tökülür və məhsulun artıq hissəsi qəlibin üzərindən sıyrılıb götürülür. Maksimum 1 gündən sonra qəlib açılır və hazır məmulatlar qəlibdən çıxarılır. Kəsmə üsulu ilə bəzəkli ornamentləri hazırlamaq üçün hazır məhsul plastifikator qatılmış və ya adi suyun üzərinə əlavə edilir və 3-5 dəqiqə homogen qarışıq əmələ gələnə kimi qarışdırılır. Hazırlanmış qarışıq qəliblərə doldurulur və kipləşməsi üçün 2-5 dəqiqə ərzində vibrasiya olunur. Ölçüsündən asılı olaraq qarışığın tam bərkiməsi üçün onun minimum 12 saat müddətində qəliblərdə saxlanılması məsləhət görülür. Qarışıq tam bərkidikdən sonra tökülmüş məmulatlar lazım gələrsə, tamamilə quruması və bərkiməsi üçün quruducu sobalara göndərilə bilər.

Tövsiyələr. FASNATURAL 400 məhsulunun istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi bej (sarıya çalan açıq-qəhvəyi, təbii əhəngdaşı rəngində)
İstifadə temperaturu +5°C ÷ +30°C
Su/Quru qarışıq 5,0 - 5,5 litr su/ 25 kq quru qarışıq
İstifadə müddəti: 80 dəqiqə
Sıxılmada möhkəmlik həddi:
  • havada quru halda, az olmamalı
  • su hopdurulmuş halda, az olmamalı
10,0 MPa
7,0 Mpa
Şaxtayadavamlılıq markası F 25-dən az olmamalı
Qablaşdırma 3 qatı kraft kağızı, 1 qatı polietilindən ibarət olan 25 kq-lıq
kisə

Sərfiyyat

Qəliblərin ölçülərindən asılı olaraq sərfiyyat dəyişkəndir.

Saxlama müddəti və qaydası

Açılmamış kisədə, quru şəraitdə, taxta altlıqlar üzərində bir-birinin üstündə maksimum 11 ədəd kisə olmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • FasNatural 400 qarışığının qatqılarla zəngin olduğunu nəzərə alaraq dəriyə və gözə düşdükdə dərhal su ilə yuyun;
  • istifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Мətanət А" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!

Tez-tez verilən suallar

FASNATURAL 400 nə üçün istifadə olunur?

Qəliblərə tökməklə bəzək məmulatları, memarlıq elementləri və dekorativ daş kompozitləri hazırlamaq üçün.

Qəlibi nə vaxt açmaq olar?

Tökmə üsulunda qəlib ən geci 1 gün sonra açılır; kəsmə üçün bloklarda isə qarışığın ən azı 12 saat qəlibdə saxlanması tövsiyə olunur.

25 kq qarışığa nə qədər su lazımdır?

25 kq quru qarışığa 5,0-5,5 litr təmiz su əlavə olunur.