
Təsvir
FİLKRET 100 tökülmüş, ovulmuş və qopmuş beton və suvaq səthlərinin bərpası üçün sement əsaslı, birkomponentli təmir qarışığıdır. 1–5 mm qalınlıqda tətbiq olunur və 25 kq kisədə satılır.
FİLKRET 100 təmir qarışığı sement əsaslı, qatqılarla zənginləşdirilmiş və sukeçirməzlik təmin edən birkomponentli quru qarışıqdır. Zədələnmiş beton və suvaq səthlərini qısa müddətdə bərpa etmək, nazik çatları doldurmaq və sonrakı işlər üçün düz əsas hazırlamaq məqsədilə istifadə olunur. Məhsul AZS 039-2000 (TS 11140-1993) standartının tələblərinə cavab verir.
Harada istifadə olunur?
- tikililərdə bərpa və təmir işlərində;
- boyama, kafel yapışdırma və izolyasiyadan əvvəl səthin düzləndirilməsində;
- nazik çatların doldurulmasında;
- tökülmüş, ovulmuş, qırılmış beton və suvaq hissələrinin bərpasında.
Üstünlükləri
- yalnız su ilə asanlıqla hazırlanır və rahat çəkilir;
- qopuq və qırıq yerlərdə qüsursuz, hamar səth yaradır;
- uzun işləmə müddəti – hazır qarışıq 90–120 dəqiqə ərzində istifadə oluna bilər.
Texniki göstəricilər
- Rəngi: boz
- Tətbiq temperaturu: +5°C ÷ +30°C
- Su nisbəti: 25 kq quru qarışığa 5,5–6,0 litr
- Hazır məhlulun sıxlığı: 1,75 kq/litr
- Qat qalınlığı: 1–5 mm
- Möhkəmlik: əyilmədə 3 N/mm², sıxılmada 15 N/mm², qopma müqaviməti 1 N/mm²
- Sərfiyyat: 1 mm qalınlıq üçün 1,5–2,0 kq/m²
- Saxlama müddəti: 12 ay
Qablaşdırma və qiymət
FİLKRET 100 25 kq-lıq kraft kağız kisələrdə təqdim olunur. Bir kisənin qiyməti 11,96 AZN-dir; 1–5 mm qatda kiçik və orta həcmli təmir işləri üçün sərfəli seçimdir. Qiyməti və xüsusiyyətləri ilə tanış olun və Temir.az üzərindən onlayn sifariş edin.
Xüsusiyyətlər
- Seriya
- FİLKRET 100
Texniki məlumat
Məhsul haqqında
Sement əsaslı, qatqılarla zəngin, materialın sukeçirməzliyini təmin edən, birkomponentli səth təmir qarışığıdır. AZS 039-2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.
İstifadə sahələri
Bu təmir qarışığından:
- tikililərdəki bərpa işlərində;
- boyama, keramika yapışdırma və izolyasiyadan əvvəl səthin düzgünlüyünün təmin olunmasında;
- nazik çatların doldurulmasında;
- tökülmüş, ovulmuş, qırılmış, qopmuş beton, suvaq və s. bu kimi səthlərin təmir olunmasında istifadə olunur.
Üstünlükləri
- rahat hazırlanır və tətbiq olunur;
- tökülmüş, ovulmuş, qopmuş hissələrdə qüsursuz səth əmələ gətirir.
İstifadə qaydaları
Səthin hazırlanması. Səthi yapışmağa mane olan qalıqlardan təmizləyin. Səthin yoxlanılmış və möhkəm olmasına diqqət edin. İstifadə etməmişdən əvvəl səthi nəmləndirin və ya daha yaxşı nəticə əldə etmək üçün Binmader astarla və ya standartlara uyğun istehsal olunmuş digər bu tip məhsulla astarlayın.
Qarışığın hazırlanması. 25 kq-lıq Filkret 100 quru qarışığını 5,5-6,0 litr suyun üzərinə boşaldıb kürəciklər və hava qabarcıqları yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın tərkibindəki maddələrin tam qarışması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
Texniki göstəricilər
| Rəngi | boz |
| İstifadə temperatutu | +50 C ÷+ 300 C |
| İstifadə müddəti | 90-120 dəqiqə |
| Möhkəmlik həddi:
| 3 N/mm² |
| Qopma müqaviməti | 1 N/mm² |
| Qablaşdırma | 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 10 və 25 kq-lıq kisələrdə |
Sərfiyyat
1 mm qalınlıq üçün 1,5-2,0 kq/ m2 qarışıq sərf olunur.
Saxlama müddəti və qaydası
Açılmamış və orjinal kisələrdə sərin və quru yerdə 12 ay saxlanıla bilər. Qısa müddətli saxlama zamanı üç kisə bir-birinin üstünə qoyula bilər. Uzun müddətli saxlama zamanı kisələr bir-birinin üzərinə qoyula bilməz. Ağzı açılmış kisələrdəki məhsul müvafiq saxlanma şəraitində bir həftə ərzində istifadə edilməlidir.
Xəbərdarlıqlar
- Filkret 100 təmir qarışığı sement əsaslı olduğundan istifadə zamanı işin və işçinin təhlükəsizliyi qaydalarina riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
- məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal çoxlu miqdarda su və sabunla yuyun;
- əgər məhsulun udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
- məhsulun istifadə edildiyi yerlərə ərzaq qoymayın;
- uşaqların əli çatmayan yerlərdə saxlayın;
- yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
Zəmanət və texniki dəstək
- texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
- “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
- şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
Əlavə məlumat
Qarışıq üçün tələb olunan vasitələrin miqdarı
| Filkret 100 | 1 kq-lıq məhsul üçün | 25 kq-lıq kisə üçün |
| Qarışdırılma üçün nəzərdə tutulmuş su miqdarı | 0,22 litr | 5, 5 litr |
| İstifadəyə hazır məhlulun sıxlığı | 1,75 kq/litr |
Tətbiqi. Səthdəki qopuq və qırılmış yerləri, çatları mala ilə tam şəkildə doldurun. 1-5 mm arası qalınlıqda istifadə oluna bilər. Hazırlanan qarışığı 90-120 dəqiqə ərzində işlədin.
Tövsiyələr. Filkret 100 təmir qarışığının istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığa su və ya yeni quru qarışıq qətiyyən əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir. Sərtləşdikdən sonra ancaq mexaniki yolla səthdən təmizlənməlidir.
Tez-tez verilən suallar
FİLKRET 100-ün sərfiyyatı nə qədərdir?
1 mm qalınlıq üçün 1 m² səthə 1,5–2,0 kq qarışıq sərf olunur.
Qarışığı hansı qalınlıqda çəkmək olar?
FİLKRET 100 1–5 mm qalınlıqda tətbiq edilir.
25 kq qarışığa nə qədər su lazımdır?
25 kq quru qarışıq 5,5–6,0 litr suya əlavə edilərək qarışdırılır.