
Təsvir
FugaFas 100 daxili və xarici məkanlarda 1-6 mm-lik aralıqlar üçün elastik (flex) sement əsaslı fuqadır. Şaxtaya və ani temperatur dəyişmələrinə davamlıdır, 30-dan çox rəngdə təqdim olunur.
FugaFas 100 fuqa – çətin şəraitdə işləyən səthlər üçün nəzərdə tutulmuş flex aralıq doldurma qarışığıdır. Sement əsaslı formulası qatqılarla zənginləşdirilib: bu qatqılar çatlamaya qarşı müqaviməti artırır, sukeçirməzlik yaradır və rəngin solmasının qarşısını alır. Qarışıq AZS 321-2008 (TSEN 13888) standartına uyğundur.
Harada istifadə olunur?
- Daxili və xarici məkanlarda, o cümlədən fasad, terras və eyvanlarda;
- qranit, keramika, kotto, əhəngdaşı və şüşə mozaikanın 1-6 mm aralıqlarında;
- temperaturun kəskin dəyişdiyi yerlərdə;
- piyada və avtomobil hərəkəti sıx olan döşəmələrdə.
Üstünlükləri
- Şaxtaya və istidən soyuğa ani keçidlərə davamlıdır;
- yüksək sukeçirməzlik və möhkəmlik;
- çatlamır, rəng ləkəsi qoymur, hamar və parlaq səth yaradır;
- +150°C temperaturda 100 bar təzyiqli su ilə yuyulmağa dözür.
Texniki göstəricilər
- İşləmə temperaturu: +5°C ÷ +30°C
- Su nisbəti: 20 kq-a 7,0–7,4 litr (1 kq-a 0,35–0,37 litr)
- Möhkəmlik: əyilmədə 4,5 N/mm², sıxılmada 16 N/mm²
- Hazır qarışığın istifadə müddəti: 2 saat
- Fuqaya başlama: divarda 24 saat, döşəmədə 48 saat sonra
Qablaşdırma və qiymət
Ağ rəngli FugaFas 100 1 kq, 5 kq və 20 kq-lıq qablaşdırmada, rəngli çeşid isə 20 kq-lıq kisədə satılır. Palitrada 30-dan çox çalar var: boz və bej tonlarından tutmuş qara, qəhvəyi, kotto, kərpic, mavi, yaşıl, sarı, narıncı və qırmızıya qədər. Temir.az saytında qiymət 1,70 AZN-dən başlayır və rəngə görə dəyişir. Qiyməti və xüsusiyyətləri ilə tanış olun.
Xüsusiyyətlər
- Seriya
- FUGAFAS 100
Texniki məlumat
Məhsul haqqında
Xarici məkanlar üçün sement əsaslı, materialın keyfiyyətini, istifadə imkanlarını və çatlamaya qarşı müqavimətini artıran, sukeçirməzliyi, rəngin solmamasını və səthin hamarlığını təmin edən qatqılarla zəngin aralıq doldurma qarışığıdır. Sifarişlə istənilən rəngdə istehsal olunur. AZS 321-2008 (TSEN 13888) standartına uyğundur.
İstifadə sahələri
Bu aralıq doldurma qarışığından:
- daxili və xarici məkanlarda;
- qranit, müxtəlif ölçülü keramika, kotto, əhəngdaşı, şüşə mozaika kimi üzlük materialların 1-6 mm məsafəli aralıqlarının doldurulmasında;
- ani temperatur dəyişiklilklərinin olduğu yerlərdə, piyada və maşınların sıx hərəkət etdiyi sahələrin döşəmələrində istifadə olunan üzlük materialların aralıqlarının doldurulmasında istifadə olunur.
Üstünlükləri
- ani temperatur dəyişikliyi (istidən soyuğa - soyuqdan istiyə) olan məkanlarda, yüksək sukeçirməzlik xüsusiyyətinə malik, çox möhkəm, çatlamayan, rəng ləkəsi buraxmayan, hamar və parlaq səth yaradan, şaxtayadavamlı aralıq doldurma qarışığıdır;
- rahat hazırlanır və tətbiq olunur;
- +150 0C temperaturda 100 bar su təzyiqi ilə təmizlənməyə dözümlüdür.
İstifadə qaydaları
Səthin hazırlanması. İstifadə olunan səthlərin aralıqlarının sağlam, quru, təmiz və öliçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir.
Qarışığın hazırlanması. 20 kq quru qarışığı 7,0-7,4 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın. Qarışdırılan zaman su nisbətinə diqqət edin, duru şəkildə istifadə etməyin. Əgər duru şəkildə istifadə etsəniz, bu, çatlara, çökmələrə, asan aşınmalara, tozlanma və rəngin dəyişməsinə səbəb ola bilər.
Tətbiqi. Qarışığı səthə yayıb rezin mala ilə aralıqlara çarpaz hərəkətlərlə doldurun və artığını sıyırıb götürün. 20-30 dəqiqədən sonra nəm süngərlə səthi təmizləyin. Səth quruduqdan sonra quru bezlə təmizləyib parıldadın. Hazırlanan qarışıq 2 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş qarışıq atılmalıdır.
Tövsiyələr. FugaFas 100aralıq doldurma qarışığının istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya quru qarışıq əlavə edilməməlidir. Aralıq doldurma işi sona çatdıqdan 24-48 saat sonra işin icra edildiyi yer istifadəyə verilə bilər. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Texniki göstəricilər
| Rəngi | ağ və müxtəlif rənglərdə |
| İstifadə temperaturu | +50 C - +300 C |
| İstifadə müddəti | 2 saat |
| Su/quru qarışıq | 0,35-0,37 litr su/ 1kq quru qarışıq |
| Möhkəmlik həddi:
| 4,5 N/mm2 |
| Aralıq doldurma işinə başlama vaxtı:
|
|
| Qablaşdırma | 1 kq-lıq laminasıyalı, germetik tripleks paketlərdə, 2 və ya 3 qatı kraft kağızı, 1 qatı polietilendən ibarət olan 5 kq-lıq laminasıyalı paketlərdə və 20 kq-lıq kisələrdə |
Sərfiyyat
Üzlük materialların ölçülərindən, aralıqların enindən və dərinliyindən asılı olaraq sərfiyyatın miqdarı aşağıdakı cədvəldə verilir.
| Üzlük plitələrin ölçüləri, sm | Aralığın dərinliyi - 8 mm | ||||
| Aralığın eni | |||||
| 2 mm q/m2 | 3 mm q/m2 | 4 mm q/m2 | 5 mm q/m2 | 6 mm q/m2 | |
| 10×10 | 500 | 750 | 1000 | 1250 | 1500 |
| 10×20 | 400 | 600 | 800 | 1000 | 1200 |
| 15×15 | 350 | 550 | 700 | 900 | 1150 |
| 15×20 | 300 | 450 | 600 | 750 | 900 |
| 20×20 | 250 | 450 | 600 | 750 | 900 |
| 20×25 | 250 | 350 | 500 | 650 | 800 |
| 20×30 | 225 | 350 | 450 | 575 | 675 |
| 30×30 | 185 | 275 | 350 | 450 | 550 |
Saxlama müddəti və qaydası
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.
Xəbərdarlıqlar
- quru qarışiğın qatqılarla zəngin olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
- istifadə olunan suyun, qabların təmiz olmasına xüsusi diqqət edin;
- quru qarışığa sudan başqa heç bir maddə qatmayın;
- PVA qatmayın;
- yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
Zəmanət və texniki dəstək
- texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
- “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
- şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
Tez-tez verilən suallar
FugaFas 100 çöldə istifadə oluna bilərmi?
Bəli, fuqa həm daxili, həm də xarici məkanlar üçündür, şaxtaya və ani temperatur dəyişmələrinə davamlıdır.
FugaFas 100 hansı rənglərdə var?
Ağ rəng 1, 5 və 20 kq-lıq qablaşdırmada, 30-dan çox rəngli çalar isə 20 kq-lıq kisədə təqdim olunur.
FugaFas 100 ilə FugaFas 200 arasında fərq nədir?
FugaFas 100 1-6 mm-lik aralıqlar üçün, FugaFas 200 isə 6-20 mm-lik geniş aralıqlar üçün nəzərdə tutulub.