
Təsvir
FugaFas 200 təbii daş, qranit və keramika plitələrin 6-20 mm-lik geniş aralıqları üçün flex fuqadır. Daxili və xarici məkanlarda işlədilir, 20 kq-lıq kisədə 30-dan çox rəngdə təqdim olunur.
FugaFas 200 fuqa geniş aralıqlar üçün yaradılmış sement əsaslı flex aralıq doldurma qarışığıdır. Tərkibindəki kimyəvi qatqılar çatlamaya qarşı müqaviməti artırır, suyu keçirməyən və rəngini saxlayan hamar tikiş yaradır. Məhsul TSEN 13888 standartına uyğundur.
Harada istifadə olunur?
- Daxili və xarici məkanlarda, şaquli və üfüqi səthlərdə;
- qranit, keramika, kotto və əhəngdaşı plitələrin 6-20 mm aralıqlarında;
- temperaturun kəskin dəyişdiyi açıq sahələrdə;
- piyada və nəqliyyat hərəkəti sıx olan döşəmələrdə.
Üstünlükləri
- İstənilən ölçülü plitələrin geniş aralıqları üçün uyğundur;
- yüksək sukeçirməzlik və ani temperatur dəyişmələrinə davamlılıq;
- solmur, çatlamır, rəng ləkəsi qoymur;
- daşların kənarlarına möhkəm yapışır.
Texniki göstəricilər
- Aralığın eni: 6-20 mm
- İşləmə temperaturu: +5°C ÷ +30°C
- Su nisbəti: 20 kq-a 5,0–5,4 litr
- Möhkəmlik: əyilmədə 5 N/mm², sıxılmada 17 N/mm²
- Hazır qarışığın istifadə müddəti: 2 saat
- Fuqaya başlama: divarda 24 saat, döşəmədə 48 saat sonra
- Sərfiyyat: məsələn, 30×30 sm plitə və 6 mm aralıqda 650 q/m²
Qablaşdırma və qiymət
FugaFas 200 20 kq-lıq kisədə satılır. Rəng seçimi genişdir – ağ, krem, fil dişi, bej və boz tonlarından qara, qəhvəyi, kotto, kərpic, mavi, yaşıl, sarı, narıncı və qırmızıya qədər 30-dan çox çalar. Temir.az saytında qiymət 11,23 AZN-dən başlayır və seçilən rəngdən asılıdır. Qiyməti və xüsusiyyətləri ilə tanış olun, onlayn sifariş edin.
Xüsusiyyətlər
- Seriya
- FUGAFAS 200
Texniki məlumat
Məhsul haqqında
Xarici məkanlar üçün sement əsaslı, materialın keyfiyyətini və istifadə imkanlarını, çatlamaya qarşı müqavimətini artıran, su keçirməzliyi təmin edən, rəngin solmaması üçün kimyəvi maddələri özündə əks etdirən və səthin hamarlığını təmin edən aralıq doldurma qarışığıdır. İstənilən rəngdə istehsal etmək olur. TSEN 13888 standartına uyğundur.
İstifadə sahələri
Bu aralıq doldurma qarışığından:
- daxili və xarici məkanlarda, şaquli və üfüqi səthlərdə;
- qranit, müxtəlif ölçülü keramika, kotto, əhəngdaşı kimi istənilən üzlük plitələrin aralıqlarının doldurulmasında;
- ani temperatur dəyişiklilklərinin olduğu yerlərdə, piyada və maşınların sıx hərəkət etdiyi sahələrin döşəmələrində 6-20 mm məsafəli aralıqlarının doldurulmasında istifadə olunur.
Üstünlükləri
- rahat hazırlanır və tətbiq olunur;
- solmaya qarşı davamlıdır;
- çatlamır və rəng ləkəsi buraxmır;
- yüksək sukeçirməzlik xüsusiyyətinə malikdir;
- ani temperatur dəyişikliyinə davamlıdır;
- istənilən ölcülü plitələrin aralıqlarının doldurulmasında keyfiyyətli aralıq doldurma qarışığıdır;
- daşların kənarlarına mükəmməl yapışır.
İstifadə qaydaları
Səthin hazırlanması.İstifadə olunan səthlərin aralıqlarının sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth aralığı yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir.
Qarışığın hazırlanması. 20 kq quru qarışığı 5,0-5,4 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın. Quru qarışığın su nisbətinə diqqət edin, duru şəkildə istifadədən uzaq olun. Əgər duru şəkildə istifadə etsəniz, çatlara, çökmələrə, asan aşınmalara, tozlanma və rəngin solmasına və dəyişilməsinə səbəb ola bilər.
Tətbiqi. Hazır qarışıq aralıq doldurma tapançası ilə aralıqlara doldurulur və qarışığın artığı sıyrılıb götürülür. Hazırlanan qarışıq 2 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş qarışıq atılmalıdır.
Tövsiyələr. FugaFas 200 aralıq doldurma qarışığının istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +370C-dən yuxarıdırsa lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı ), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş FugaFas 200 aralıq doldurma qarışığına qətiyyən su və ya quru qarışıq əlavə edilməməlidir. Aralıq doldurma işi sona çatdıqdan 24-48 saat sonra işin icra edildiyi yer istifadəyə verilə bilər. İstifadədən sonra bütün alətlər və ləvazimatlar su ilə təmizlənməlidir. FugaFas 200 aralıq doldurma qarışığı sərtləşdikdən sonra ancaq mexaniki yolla səthdən təmizlənməlidir.
Texniki göstəricilər
| Rəngi | ağ və müxtəlif rənglərdə olan narın toz |
| İstifadə temperaturu | +50 C ÷ +300 C |
| İstifadə müddəti | 2 saat |
| Su/quru qarışıq nisbəti | 0,25-0,27 litr su/ 1kq quru qarışıq |
| Möhkəmlik həddi:
| 5 N/mm2 |
| Aralıq doldurma işinə başlama vaxtı:
|
|
| Qablaşdırma | 1 kq-lıq laminasıyalı, germetik tripleks paketlərdə, 2 və ya 3 qatı kraft kağızı, 1 qatı polietilendən ibarət olan 5 kq-lıq laminasıyalı paketlərdə və 20 kq-lıq kisələrdə |
Sərfiyyat
Üzlük materialların ölçülərindən, aralıqların enindən və dərinliyindən asılı olaraq sərfiyyatın miqdarı aşağıdakı cədvəldə verilirir.
| Üzlük plitələrin ölçüləri, sm | Aralığın dərinliyi 8 mm | ||||
| Aralığın eni | |||||
| 6 mm q/m2 | 10 mm q/m2 | 14 mm q/m2 | 18 mm q/m2 | 20 mm q/m2 | |
| 10×10 | 1800 | 3000 | 4000 | 5100 | 6000 |
| 10×20 | 1400 | 2300 | 3100 | 4000 | 4900 |
| 15×15 | 1150 | 1900 | 2650 | 3400 | 4150 |
| 15×20 | 1100 | 1800 | 2500 | 3200 | 3900 |
| 20×20 | 1100 | 1650 | 2100 | 2600 | 3200 |
| 20×25 | 1000 | 1500 | 2000 | 2500 | 3000 |
| 20×30 | 800 | 1400 | 1900 | 2400 | 2900 |
| 30×30 | 650 | 1100 | 1600 | 2100 | 2600 |
Saxlama müddəti və qaydası
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.
Xəbərdarlıqlar
- quru qarışiğın qatqılarla zəngin olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
- istifadə olunan suyun və qabların təmiz olmasına xüsusi diqqət edin;
- quru qarışığa sudan başqa heç bir maddə qatmayın;
- PVA qatmayın;
- yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
Zəmanət və texniki dəstək
- texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
- “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
- şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
Tez-tez verilən suallar
FugaFas 200 hansı enində aralıqlar üçündür?
FugaFas 200 6-20 mm enində geniş aralıqların doldurulması üçün nəzərdə tutulub.
20 kq FugaFas 200-ə nə qədər su lazımdır?
20 kq quru qarışığa 5,0–5,4 litr su əlavə edilir; qarışığı duru hazırlamaq tövsiyə olunmur.
FugaFas 200 çöl işləri üçün uyğundurmu?
Bəli, fuqa daxili və xarici məkanlarda, o cümlədən temperaturun kəskin dəyişdiyi və hərəkətin sıx olduğu sahələrdə istifadə olunur.