Temir.az
İzoLatexe Eko hidroizolyasiya qarışığı (toz+maye), 2 bar, hamam və balkon üçün
Matanat A

İzoLatexe Eko hidroizolyasiya qarışığı (toz+maye), 2 bar, hamam və balkon üçün

Satıcı: Matanat A

Növ

18,54 ₼ / dəst

✓ Mövcuddur

1

Təsvir

İzoLatexe Eko hamam, tualet, balkon və texniki su məkanları üçün elastik ikikomponentli hidroizolyasiya qarışığıdır. 2 bar su təzyiqinə davamlıdır; 10 kq+4 lt və 25 kq+10 lt dəstlərdə satılır.

İzoLatexe Eko hidroizolyasiya qarışığı hamam, tualet və balkonda kafel altında su keçirməz təbəqə yaratmaq üçün əlverişli həlldir. Dəst sement qatqılı quru toz və akril əsaslı emulsiya polimerindən ibarətdir, TŞ AZS 31 43498-05-2005 texniki şərtinə uyğundur.

Harada istifadə olunur?

  • Hamam, tualet və balkonlarda;
  • terras və texniki su məkanlarında;
  • bünövrə, əsas divar və arakəsmələrdə;
  • beton, suvaq və şap üzərində, kafel və metlax vurulmazdan əvvəl.

Üstünlükləri

  • Elastikdir və səthə yaxşı yapışır;
  • torpaqdakı duzlara və kimyəvi maddələrə davamlıdır;
  • vərdənə və ya fırça ilə rahat çəkilir;
  • kiçik dəst mənzil təmiri üçün, böyük dəst geniş sahələr üçün əlverişlidir.

Texniki göstəricilər

  • Su təzyiqinə müqavimət: 2 bar
  • Qopma müqaviməti: 1 N/mm²
  • Nisbət: 25 kq toza 10 litr maye
  • İşləmə temperaturu: +5°C ÷ +32°C
  • Hazır qarışığın istifadə müddəti: 3 saat
  • Qatlar arası fasilə: 5–6 saat
  • Sərfiyyat: 1-ci qat 1,2 kq/m², 2-ci qat 1,0 kq/m²
  • İstifadəyə vermə: 1 həftədən sonra

Qablaşdırma və qiymət

İzoLatexe Eko iki dəstdə təqdim olunur: 10 kq toz + 4 litr maye və 25 kq toz + 10 litr maye. Temir.az saytında qiymət 18,54 AZN-dən başlayır. Qiyməti və xüsusiyyətləri ilə tanış olun və hamam üçün su izolyasiyasını onlayn sifariş edin.

Xüsusiyyətlər

Seriya
İZOLATEXE Eko

Texniki məlumat

Məhsul haqqında

Toz tərkibi: Sement qatqılı, kimyəvi qatqıları özündə əks etdirəní quru qarışıqdır. Maye tərkibi: Akrilik əsaslı emulsiya polimeridir. TŞ AZS 31 43498-05-2005 texniki şərtin tələblərinə uyğundur. Hamam, tualet, balkon və texniki su məkanları üçün.

İstifadə sahələri

Bu izolyasiya qarışığından:

  • daimi su saxlanılan hovuzlarda;
  • binaların bünövrəsində və balkonlarda;
  • əsas divar və arakəsmələrdə;
  • su anbarlarında;
  • terraslarda;
  • beton, suvaq və döşəmə suvağı kimi səthlərin üzərində;
  • daima su ilə təmasda olan məkanlarda kafel və metlax vurulmazdan öncə istifadə olunur.

Üstünlükləri

  • rahat hazırlanır və tətbiq olunur;
  • torpağın tərkibindəki kimyəvi maddələrə və duzlara qarşı davamlıdır;
  • yüksək yapışma qabiliyyəti və elastikliyi sayəsində suvaq, döşəmə suvağı (şap) və digər səthlərin üzərinə üzlük plitələri yapışdırmazdan əvvəl su keçirməyən möhkəm hidroizolyasiya təbəqəsi yaradır.

İstifadə qaydaları

Səthin hazırlanması. Səth yapışmağa mane olan qalıqlardan təmizlənməli, səthin yoxlanılmış və möhkəm olmasına diqqət edilməlidir. İstifadə olunacaq səthlərdə nöqsan olarsa, MATON 100və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə düzəldilməlidir. İstifadə etməmişdən əvvəl səth BİNMADER astarla və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır.
Qarışığın hazırlanması. 25 kq toz şəklindəki qarışıq maddəsini 10 litr maye tərkibin üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.

Tətbiqi. Hazırlanan qarışığı səthə vərdənə və ya fırça ilə 2 qat çəkin. Qatlar bir-birinə perpendikulyar şəkildə olmalıdır. Qatlar arasındakı vaxt temperaturdan asılı olaraq 5-6 saat ola bilər. Məhsulun tətbiq olunduğu künclərdə çatların əmələ gəlməməsi üçün küncləri ovallaşdırın və qarışığı tor vasitəsilə bərkidin. Hazırlanan qarışıq 3 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş qarışıq atılmalıdır.

Tövsiyələr. Qarışığın tətbiq olunduğu səthi 48 saat müddətinə günəş şüasından, yagıntılardan və tozdan qoruyun və birbaşa günəş işığının düşdüyü yerlərdə istifadə etməyin. Nazik təbəqə şəklində tətbiq olunduğundan piyada və maşınların hərəkətinə məruz qalan səthlərə vurulduqdan sonra səthi beton döşəmə suvağı, keramika kimi qopuyucu üzlük materialı ilə örtün. Qarışığın istifadə olunduğu yerlər istifadəyə verilməzdən və ya örtüklə örtülməzdən əvvəl ən azı1 həftə gözləyin.

Texniki göstəricilər

Rəngi:

  • 1-ci tərkib
  • 2-ci tərkib

boz toz
ağ maye

İstifadə temperaturu

+50C - +320C

Maye/toz nisbəti

10 litr ağ maye/25 kq toz

İstifadə müddəti

3 saat

İstifadəyə verilmə müddəti

1 həftədən sonra

Qatlar arası gözləmə müddəti

5-6 saat

Qopma müqaviməti

1 N/mm2

Su təzyiqinə qarşı müqaviməti

2 bar

Qablaşdırma:

  • toz
  • maye

2 və ya 3 qatı kraft kağızı, 1 qatı polietilendən ibarət olan 10 və 25 kq-lıq kisələrdə4 və 10 litrlik plastik bidonlarda

Sərfiyyat

İzoLatexe Ekohidroizolyasiya qarışığı səthə 2 qat çəkilir.

Birinci qatın sərfiyyatı: 1,2 kq/m2.

İkinci qatın sərfiyyatı: 1,0 kq/m2.

Saxlama müddəti və qaydası

Toz tərkibli komponent açılmamış qablarda, quru şəraitdə, taxta altlıqlar üzərində üst-üstə 10 kisə olmaqla, maye tərkibli komponent isə plastik bidonlarda üst-üstə 3 cərgə olmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • məhsulun sement akrilik əsaslı və kimyəvi qatqılarla zəngin olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • istifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan sınaqlar nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!

Tez-tez verilən suallar

İzoLatexe Eko hamamda kafel altında istifadə oluna bilərmi?

Bəli, qarışıq hamam, tualet və balkonlarda kafel və metlax vurulmazdan əvvəl hidroizolyasiya qatı kimi tətbiq olunur.

1 m² üçün nə qədər İzoLatexe Eko lazımdır?

Qarışıq 2 qat çəkilir: birinci qat üçün 1,2 kq/m², ikinci qat üçün 1,0 kq/m².

Qatlar arasında nə qədər gözləmək lazımdır?

Temperaturdan asılı olaraq qatlar arası fasilə 5–6 saatdır.