
Təsvir
İzoSem sement əsaslı suvaq, şap və betona əlavə edilərək sukeçirməz səth yaradan ağ rəngli toz qatqıdır. 330 q-lıq paket bir kisə (50 kq) sement üçün nəzərdə tutulub.
İzoSem hidroizolyasiya qatqısı sement əsaslı suvaq, şap və beton qarışıqlarına əlavə edilən, ağ rəngli toz şəkilli məhsuldur. Tərkibindəki hidrofob kimyəvi maddələr sementlə reaksiyaya girərək materialın içində görünməyən çat və boşluqların yaranmasının qarşısını alır və nəticədə su keçirməyən səth əmələ gəlir.
Harada istifadə olunur?
- suya və rütubətə məruz qalan suvaq və şap işlərində;
- hamam, mətbəx və balkonlarda kafel altındakı suvaq və şapda;
- yağış və çirkab sularla təmasda olan fasad suvaqlarında;
- içməli su anbarlarında və üzmə hovuzlarında;
- zirzəmi, tunel və bünövrə betonlarında.
Üstünlükləri
- suvaq, şap və betona sukeçirməzlik qazandırır;
- təzə beton və məhlulda hava qabarcıqlarını azaldaraq keyfiyyəti və müqaviməti artırır;
- portlandsementin tutma müddətinə təsir göstərmir;
- dozası sadədir – bir kisə sementə bir paket.
Texniki göstəricilər
- Rəngi: ağ
- Tətbiq temperaturu: +5°C ÷ +30°C
- Həcm kütləsi: 0,4 kq/l
- Dozaj: 300 kq/m³ qarışıqda hər 50 kq portlandsementə 1 paket (330 q)
- Saxlama müddəti: sərin və quru yerdə 2 il
İzoSem quru qarışığa su əlavə edilməzdən əvvəl qatılmalı və iki dəfə qarışdırılmalıdır; su əlavə olunduqdan sonra qatılmır.
Qablaşdırma və qiymət
İzoSem 330 q-lıq laminasiyalı paketlərdə satılır, bir paketin qiyməti 2,37 AZN-dir. Qiyməti və xüsusiyyətləri ilə tanış olun, Temir.az üzərindən onlayn sifariş edin.
Xüsusiyyətlər
- Seriya
- İZOSEM
Texniki məlumat
Məhsul haqqında
İzoSem sement əsaslı suvaq, şap və beton işlərində istifadə olunan, yüksək keyfiyyətli, sukeçirməz səth yaradan, ağ rəngli toz şəkilli qatqı məhsuludur.
İstifadə sahələri
Bu məhsuldan:
- suya və rütubətə məruz qalan inşaat sektorunun müxtəlif sahələrində suvaq və şap işlərində;
- hamam, mətbəx və balkon kimi daima su ilə təmasda olan səthlərdəki keramikaların altındakı suvaq və şap işlərində;
- yağış və çirkab sularla təmasda olan fasad suvaqlarında;
- içməli su anbarlarında;
- üzmə hovuzlarında;
- zirzəmi, tunel, bünövrə və digər yerlərdə istifadə olunan betonlarda sukeçirməzliyi təmin edən qatqı kimi istifadə olunur.
Üstünlükləri
- İzoSem məhluldakı sementlə reaksiyaya girərək tərkibindəki hidrofob xarakterli kimyəvi maddələr sayəsində suvaq, şap və betonun tərkibində görünməyən çat və boşluqların əmələ gəlməsinin qarşısını alaraq sukeçirməyən səth yaradır;
- İzoSem yeni tökülmüş beton və suvaq məhlulunda hava qabarcıqlarını azaldaraq keyfiyyəti və müqaviməti artırır;
- İzoSem portlandsementin donma müddətlərinə heç bir təsir göstərmir.
İstifadə qaydaları
Qarışığın hazırlanması. Tərkibində hidrofob xarakterli kimyəvi qatqılar oldugu üçün suvaq və ya betonun quru qarışıgı hazırlanarkən hər bir kisə sementə bir paket İzoSem əlavə edərək qarışdırın. Sonra qarışıq suyunu əlavə edin.
Tətbiqi. İzoSem qatılmış suvaq, şap və beton hazırlandıqdan sonra tövsiyə olunan bütün üsullarla istifadə edilə bilər.
Tövsiyələr. İzoSem quru qarışığa əlavə olunandan sonra iki dəfə qarışdırılmalıdır. Sonra su əlavə olunmalıdır. Məhlula qarışıq suyu əlavə olunduqdan sonra İzoSem əlavə edilməməlidir.
Texniki göstəricilər
| Rəngi | ağ |
| İstifadə temperaturu | +50C - +300C |
| Həcm kütləsi | 0,4 kq/l |
| Qablaşdırma | 330 qr- lıq laminasiyalı, ağzı açılmamış paketlərdə |
Sərfiyyat
300 kq/m3 qarışıqda hər bir kisə 50 kq-lıq portlandsementə bir paket (330 qr) İzoSem əlavə olunmalıdır. Bu halda sərfəli, sukeçirməz və yüksək müqavimətli bir səth əmələ gəlir.
Saxlama müddəti və qaydası
Sərin və quru şəraitdə 2 il saxlanıla bilər.
Xəbərdarlıqlar
- İzoSem -intərkibində kimyəvi qatqıların olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
- isitifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
- yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
Zəmanət və texniki dəstək
- texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
- “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
- şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
Tez-tez verilən suallar
İzoSem-i hansı nisbətdə əlavə etmək lazımdır?
Hər 50 kq-lıq portlandsement kisəsinə bir paket (330 q) İzoSem əlavə olunur.
İzoSem-i nə vaxt qarışığa qatmaq lazımdır?
Qatqı quru qarışığa su əlavə edilməzdən əvvəl qatılır və iki dəfə qarışdırılır; su əlavə olunduqdan sonra qatılmamalıdır.
İzoSem-in saxlama müddəti nə qədərdir?
Sərin və quru şəraitdə 2 il saxlanıla bilər.