
Təsvir
MA Pool hovuz, hamam, sauna və duş zonaları üçün elastik, sukeçirməz aralıq doldurucudur. 1-6 mm-lik aralıqlar üçün uyğundur, göbələk və yosun əmələ gəlməsinin qarşısını alır.
Hovuz üçün fuqa MA Pool daim su ilə təmasda olan səthlər üçün hazırlanmış sement əsaslı elastik aralıq doldurucudur. Qatqılar materialın çatlamaya və suya qarşı müqavimətini artırır, rəngin solmamasını və hamar səth alınmasını təmin edir. Məhsul AZS 321-2008 (TSEN 13888) standartına uyğundur.
Harada istifadə olunur?
- Hovuz, hamam, sauna və termal bulaq kimi nəmli məkanlarda;
- duş və kran ətrafı kimi daim islanan zonalarda;
- daxili və xarici məkanlarda, şaquli və üfüqi səthlərdə;
- qranit, mərmər, keramika, kotto, əhəngdaşı və şüşə mozaikanın 1-6 mm aralıqlarında.
Üstünlükləri
- Yüksək sukeçirməzlik;
- antibakterial təsir – göbələk, bakteriya və yosun əmələ gəlməsinə mane olur;
- +150°C temperaturda 100 bar təzyiqli su ilə təmizlənməyə dözür;
- solmur, çatlamır, rəng ləkəsi qoymur; PVA əlavə etməyə ehtiyac yoxdur.
Texniki göstəricilər
- İşləmə temperaturu: +5°C ÷ +30°C
- Su nisbəti: 1 kq-a 0,35–0,37 litr, 5 kq-a 1,75–1,85 litr
- Möhkəmlik: əyilmədə 4,5 N/mm², sıxılmada 16,0 N/mm²
- Hazır qarışığın istifadə müddəti: 2 saat
- Fuqaya başlama: divarda 24 saat, döşəmədə 48 saat sonra
- Sərfiyyat: məsələn, 10×10 sm plitə və 2 mm aralıqda 500 q/m²
Qablaşdırma və qiymət
MA Pool 1 kq və 5 kq-lıq qablaşdırmada təqdim olunur; istehsalçı onu ağ və müxtəlif rənglərdə buraxır. Temir.az saytında qiymət 1,80 AZN-dən başlayır. Qiyməti və xüsusiyyətləri ilə tanış olun və onlayn sifariş edin.
Xüsusiyyətlər
- Seriya
- MA Pool
Texniki məlumat
Məhsul haqqında
Hovuzlar üçün sement əsaslı, materialın keyfiyyətini, istifadə imkanlarını, çatlamaya və sukeçirməzliyə qarşı müqavimətini artıran, rəngin solmamasını və səthin hamarlığını təmin edən qatqılarla zəngin, nəm yerlər üçün nəzərdə tutulan elastik aralıq doldurma qarışığıdır. Sifarişlə istənilən rəngdə istehsal olunur. AZS 321-2008 (TSEN 13888) standartına uyğundur.
İstifadə sahələri
Bu aralıq doldurma qarışığından:
- daxili və xarici məkanlarda, şaquli və üfüqi səthlərdə;
- hovuz, hamam, sauna, termal bulaq kimi nəmli məkanlarda;
- duş, kran və bu kimi daima su ilə təmasda olan digər yerlərdə;
- qranit, mərmər, müxtəlif ölçülü keramika, kotto, əhəngdaşı, şüşə mozaika və digər bu kimi üzlük materialların 1-6 mm məsafəli aralıqlarının doldurulmasında istifadə olunur.
Üstünlükləri
- rahat hazırlanır və tətbiq olunur;
- solmaya qarşı davamlıdır, çatlamır və rəng ləkəsi buraxmır;
- yüksək sukeçirməzlik xüsusiyyətinə malikdir;
- antibakterial xüsusiyyəti sayəsində üstündə göbələk, bakteriya və yosun əmələ gəlməsinə mane olur;
- +1500 C temperaturda 100 bar su təzyiqi ilə təmizlənməyə dözümlüdür.
İstifadə qaydaları
Səthin hazırlanması.İstifadə olunan səthlərin aralıqlarının sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir.
Qarışığın hazırlanması.20 kq quru qarişiğı 7,0-7,4 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
Tətbiqi. Qarışığı səthə yayıb rezin mala ilə aralıqlara çarpaz hərəkətlərlə doldurun və artığını sıyırıb götürün. 20-30 dəqiqədən sonra səthi nəm süngərlə təmizləyin. Səth quruduqdan sonra quru bezlə təmizləyib parıldadın. Hazırlanan qarışığı 2 saat ərzində işlədin. İstifadə müddəti keçmiş qarışığı atın. Quru qarışığa əlavə edilən su nisbətinə diqqət edin, duru şəkildə istifadədən uzaq olun. Əgər duru şəkildə istifadə etsəniz bu, çatlara, çökmələrə, asan aşınmalara, tozlanma və rəngin dəyişməsinə səbəb ola bilər.
Tövsiyələr. MA Poolaralıq doldurma qarışığının istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş MA Pool aralıq doldurma qarışığına qətiyyən su və ya quru qarışıq əlavə edilməməlidir. Aralıq doldurma işi sona çatdıqdan 24-48 saat sonra işin icra edildiyi yer istifadəyə verilə bilər. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Texniki göstəricilər
| Rəngi | ağ və müxtəlif rənglərdə |
| İstifadə temperaturu | +50 C ÷ +300 C |
| İstifadə müddəti | 2 saat |
| Su/quru qarışıq nisbəti | 0,35-0,37 litr su/ 1kq quru qarışıq |
| Möhkəmlik həddi:
| 4,5 N/mm2 |
| Aralıq doldurma işinə başlama vaxtı:
| 24 saatdan sonra |
| Qablaşdırma | 1 kq-lıq laminasıyalı, germetik tripleks paketlərdə, 2 və ya 3 qatı kraft kağızı, 1 qatı polietilendən ibarət olan 5 kq-lıq laminasıyalı paketlərdə və 20 kq-lıq kisələrdə |
Sərfiyyat
Üzlük materialların ölçülərindən, aralıqların enindən və dərinliyindən asılı olaraq sərfiyyatın miqdarı aşağıdakı cədvəldə verilir.
| Üzlük plitələrin ölçüləri, sm | Aralığın dərinliyi-8 mm | ||||
| Aralığın eni | |||||
| 2 mm q/m2 | 3 mm q/m2 | 4 mm q/m2 | 5 mm q/m2 | 6mm q/m2 | |
| 10×10 | 500 | 750 | 1000 | 1250 | 1500 |
| 10×20 | 400 | 600 | 800 | 1000 | 1200 |
| 15×15 | 350 | 550 | 700 | 900 | 1150 |
| 15×20 | 300 | 450 | 600 | 750 | 900 |
| 20×20 | 250 | 450 | 600 | 750 | 900 |
| 20×25 | 250 | 350 | 500 | 650 | 800 |
| 20×30 | 225 | 350 | 450 | 575 | 675 |
| 30×30 | 185 | 275 | 350 | 450 | 550 |
Saxlama müddəti və qaydası
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.
Xəbərdarlıqlar
- quru qarışiğın qatqılarla zəngin olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
- istifadə olunan suyun, qabların təmiz olmasına xüsusi diqqət edin;
- qarışığa sudan başqa heç bir maddə qatmayın;
- PVA qatmağa ehtiyac yoxdur;
- yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
Zəmanət və texniki dəstək
- texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
- “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
- şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
Tez-tez verilən suallar
MA Pool fuqasını hovuzda istifadə etmək olarmı?
Bəli, MA Pool məhz hovuz, hamam, sauna və daim su ilə təmasda olan digər səthlər üçün nəzərdə tutulub.
Fuqa təzyiqli su ilə yumağa davamlıdırmı?
İstehsalçının məlumatına görə, MA Pool +150°C temperaturda 100 bar su təzyiqi ilə təmizlənməyə dözümlüdür.
Hansı ölçüdə aralıqlar üçün uyğundur?
MA Pool 1-6 mm enində aralıqların doldurulması üçün nəzərdə tutulub.