
Təsvir
Matanat A FASKER – keramoqranit, iri ölçülü plitə və dekorativ daş üçün C2TE sinifli, şaxtaya və istiyə davamlı yapışdırıcıdır. Daxili və xarici işlərdə, fasadda, hovuzda və yerdən isitmə olan səthlərdə istifadə olunur.
FASKER plitə yapışdırıcısı Matanat A-nın iri ölçülü üzlük materialları üçün hazırladığı yüksək performanslı, sement əsaslı boz qarışıqdır. Xüsusi polimer əlavələri və nanotexnologiya sayəsində şaxtaya və istiyə davamlıdır, EN 12004-2 standartı üzrə C2TE sinfinə aiddir.
Harada istifadə olunur?
- Daxili və xarici məkanlarda keramoqranit və iri formatlı plitələrin döşənməsi
- Təbii və dekorativ daş, “kabançik” tipli dekorativ kərpicin müxtəlif hündürlüklərdə vurulması
- Hamam və sanitar qovşaqlar, balkonlar, üzmə hovuzları, yerdən isidilən döşəmələr
- Köhnə keramikanı sökmədən üzərinə yeni plitə yapışdırılması
- Piyada və yük hərəkəti sıx olan sahələr
Üstünlükləri
- Temperatur fərqlərinə və şaxtaya qarşı dayanıqlı
- Sürüşmə 0,5 mm-dən çox deyil – divarda ağır plitə yerində qalır
- Hazır qarışıq 2 saat ərzində işlənə bilir
- İri plitələr üçün kombinə üsulla (səth + plitə arxası) tətbiqə uyğun
Texniki göstəricilər
- Standart: EN 12004-2, C2TE
- İstifadə temperaturu: +5°C ÷ +30°C
- Su miqdarı: 25 kq üçün 6,0–6,5 litr
- Yetişmə müddəti: 3–5 dəqiqə
- Yapışma müqaviməti: ≥ 1 N/mm² (28 gün)
- Fuqa vurmaq: divarda 24 saat, döşəmədə 48 saat sonra
- Sərfiyyat: 1 mm qat üçün 1,28 kq/m²; 6 / 8 / 10 mm daraq ilə 3,9 / 5,1 / 6,4 kq/m²
- Saxlama: quru şəraitdə 12 ay
Qablaşdırma və qiymət
FASKER 25 kq-lıq kisədə təqdim olunur, qiyməti 9,27 AZN-dir. Qiyməti və xüsusiyyətləri ilə tanış olun, Temir.az üzərindən onlayn sifariş edin.
Xüsusiyyətlər
- Seriya
- FASKER
Texniki məlumat
Məhsul haqqında
Sement əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, xüsusi polimer əlavəli, şaxtaya və istiyə davamlı, nanotexnologiyalı yüksək performanslı plitə və dekorativ daş yapışdırıcısıdır. EN 12004-2 standartının C2TE sinfinə uyğundur.İstifadə sahələri
Bu plitə yapışdırıcısı: Daxili və xarici məkanlarda keromoqranit kimi iri ölçülü plitələrin yapışdırılmasında; Təbii daşlar, dekorativ daşlar, dekorativ kərpic (“kabançik”) və bu kimi üzlük materialların müxtəlif yüksəkliklərdə yapışdırılmasında; Temperatur fərqlərinin olduğu sement əsaslı səthlərdə, sanitar qovşaqlarında, balkonlarda, üzmə hovuzlarında, yerdən isidilən səthlərdə iri ölçülü kafel, keramika və keramoqranit kimi üzlük plitələrin yapışdırılmasında; Öncədən yapışdırılmış keramikaların üzərinə qopartmadan yeni keramikaların yapışdırılmasında; Çox sayda piyada və yük gediş-gəlişinin olduğu məkanlarda.İstifadə qaydaları
Səthin hazırlanması
İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl FİLKRET təmir qarışığı və ya digər oxşar məhsul ilə düzəldilməlidir. Eyni zamanda istifadə olunacaq səth əvvəlcədən nəmləndirilməli, ROKOL Binder astar və ya digər oxşar məhsul ilə astarlanmalıdır. Qarışığın hazırlanması. 25 kq quru qarışığı 6.0-6.5 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın. Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın. Tətbiqi. Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. İri ölçülü plitələrin yapışdırılmasında kombinələşdirilmiş (bu üsulda yapışdırıcı həm səthə çəkilir, sonra daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) yapışdırma üsulundan istifadə edin. Səthin üzərinə çəkilmiş qarışığa plitəni yapışdırma müddəti həmin qarışığın üzərinə barmaqla azca toxunmaqla (basmaqla) müəyyən edilir. Qarışıq barmağa yapışarsa, onda plitələri səthə yapışdırmaq olar. Əgər səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, onda onu sıyırıb atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq onu daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır. Böyük ölçülü üzlük materiallarla işlədiyiniz zaman, yapışdırma işini üfüqi istiqamətdə icra edin və başa çatan sıra ilk müqavimət gücünə çatmamış, sonrakı üst sıraya keçməyin. Şaquli istiqamətlərdə hər 3.5 m-dən bir genişlənmə aralığı buraxın. Hazırlanan qarışıq 2 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışıq istifadə üçün məsləhət görülmür. Aralıq doldurma işi divarda 24 saat, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir. Tövsiyələr. İstifadə edildiyi səthin temperaturu FASKER üçün +5°C-dən aşağı və +30°C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+30°C-dən çox), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İsti döşəmə sistemi üzlük plitələrin tətbiqi zamanı deaktiv vəziyyətdə saxlanılmalıdır. Tətbiq olunmuş yapışdırıcı və aralıqdoldurucu məhsulları tam quruduqdan sonra isitmə sistemi mərhələli şəkildə istismara verilməli, temperatur isə tədricən artırılmalıdır. Suhopması yüksək olan keramikalar istifadədən öncə su ilə doydurulmalıdır. İstifadə müddəti keçmiş FASKER qarışığına qətiyyən su və ya yeni quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alətlər və ləvazimatlar su ilə təmizlənməlidir. FASKER sərtləşdikdən sonra ancaq mexaniki yolla səthdən təmizlənməlidir.Texniki göstəricilər
Rəngi boz rəngli quru qarışıq İstifadə temperaturu +5°C ÷ +30° C Su/quru qarışıq 2.6-2.75 l su/10 kq quru qarışıq 6.0-6.5 I su/25 kq quru qarışıq Qarışdırıldıqdan sonra gözləmə müddəti: 3-5 dəqiqə İstifadə müddəti 2 saat Aralıq doldurma işinə başlama vaxtı: • divarda 24 saatdan sonra • döşəmədə 48 saat sonra Yapışma müqaviməti ≥ 1N/mm2 (28 gündən sonra) Sürüşmə ≤ 0.5 mm Qablaşdırma: Quru qarışıq 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 10 və 25 kq-lıq kisələrdəSərfiyyat
İstifadə zamanı yapışdırıcının səthə çəkilmiş qalınlığından və dişli daraqlı malanın ölçülərindən asılı olaraq 1 m2-ə sərf olunan quru qarışığın miqdarı (kq-la).| FASKER, (kg) | 1 mm qalınlıq üçün quru qarışığın sərfiyyatı (kq/m2) | Qarışdırılacaq suyun miqdarı (litrə) 25 kq üçün | Daraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar, (kq/m²) | ||
| 6 mm | 8 mm | 10 mm | |||
| 25 | 1.28 | 6.0 - 6.5 | 3.9 | 5.1 | 6.4 |
Saxlama müddəti və qaydası
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində üst-üstə maksimum 11 kisə olmaqla 12 ay saxlanıla bilər. XƏBƏRDARLIQLAR FASKER yapışdırıcısının sement əsaslı, mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun; İstifadə qaydalarında qeyd edilməyən heç bir maddə qatmayın; Yuxarıdakı göstəricilər +23°C (±2°C) temperatur və 50% (±5%) rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.Zəmanət və texniki dəstək
Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır.Tez-tez verilən suallar
FASKER ilə keramoqranit yapışdırmaq olarmı?
Bəli, yapışdırıcı daxili və xarici məkanlarda keramoqranit kimi iri ölçülü plitələr üçün nəzərdə tutulub və C2TE sinfinə uyğundur.
1 m² üçün nə qədər FASKER sərf olunur?
1 mm qat üçün təxminən 1,28 kq/m² gedir; 6, 8 və 10 mm dişli mala ilə sərfiyyat müvafiq olaraq 3,9, 5,1 və 6,4 kq/m² olur.
Plitə yapışdırıldıqdan nə qədər sonra fuqa vurmaq olar?
Divarda 24 saatdan, döşəmədə isə 48 saatdan sonra aralıqları doldurmağa başlamaq olar.