Temir.az
Matanat A Flex elastik plitə yapışdırıcısı (boz) soba və buzxanalar üçün
Matanat A

Matanat A Flex elastik plitə yapışdırıcısı (boz) soba və buzxanalar üçün

Satıcı: Matanat A

16,96 ₼ / kisə

✓ Mövcuddur

1

Təsvir

Matanat A Flex boz rəngli, elastik və yüksək performanslı plitə yapışdırıcısıdır, ani temperatur dəyişikliyi olan sobalarda, buzxanalarda və isti döşəmədə istifadə üçün hazırlanıb. EN 12004-1 C2TE S1 sinfinə uyğundur, 25 kq kisənin qiyməti 16,96 AZN-dir.

Matanat A Flex plitə yapışdırıcısı kəskin temperatur fərqlərinə məruz qalan səthlər üçün yaradılmış elastik, boz rəngli, sement əsaslı qarışıqdır. Nano texnologiya və xüsusi qatqılar sayəsində yapışdırıcı donma-ərimə dövrlərinə tab gətirir. Məhsul EN 12004-1 standartının C2TE S1 sinfinə uyğundur, yəni gücləndirilmiş və deformasiyaya qabil yapışdırıcıdır. Elastikliyi sayəsində yapışdırıcı əsasın və plitənin genişlənib-daralmasını kompensasiya edir, bu da çatların və qopmaların qarşısını almağa kömək edir.

Harada istifadə olunur?

  • Sobaların fasadında və buzxanalarda, soyuq hava anbarlarında
  • Aşağıdan isidilən döşəmə sistemlərində
  • Terraslarda və bağ ərazilərinin tərtibatında
  • Keramika, qranit, odadavamlı və dekorativ kərpicin beton, suvaq, döşəmə suvağı üzərinə yapışdırılmasında
  • Köhnə keramikanın üstündən yeni plitə vurulmasında

Üstünlükləri

  • Donma-ərimə şəraitində etibarlı işləyir
  • Sobalarda +200°C-yə, buzxanalarda -50°C-yə qədər temperatura davamlıdır
  • Rahat işlənir, ustanı yormur
  • Şaxtaya və istiyə davamlıdır

Texniki göstəricilər

  • Standart: EN 12004-1, C2TE S1
  • Tətbiq temperaturu: +5°C – +30°C
  • Su miqdarı: 25 kq üçün 6,0–6,5 litr
  • Hazır qarışığın istifadə müddəti: 2 saat
  • Aralıq doldurma: divarda 24, döşəmədə 48 saatdan sonra
  • Sərfiyyat: 1 mm qat üçün 1,28 kq/m²
  • Saxlama müddəti: 12 ay

Qablaşdırma və qiymət

Yapışdırıcı boz rəngdədir və 25 kq-lıq kisədə satılır. Matanat A Flex-in qiyməti 16,96 AZN-dir. Qiyməti və xüsusiyyətləri ilə tanış olun və Temir.az saytında onlayn sifariş edin.

Xüsusiyyətlər

Seriya
Flex

Texniki məlumat

Məhsul haqqında

Sement əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, ani temperatur dəyişilməsinə davamlı, Nano texnologiyalı, birkomponentli, boz rəngli, elastik, yüksək performanslı plitə yapışdırıcıdır. EN 12004-1 standartının C2TE S1 sinfinin tələblərinə uyğundur.

İstifadə sahələri

Bu plitə yapışdırıcısı:

  • ani temperatur dəyişikliklərinin (donma-ərimə) olduğu yerlərdə;
  • soyuq hava anbarlarında və buzxanalarda;
  • sobaların fasadında;
  • aşağıdan isidilən sistemlərdə;
  • terraslarda və bağçaların tərtibatında;
  • beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə döşəmə və divar keramikaları, qranit, odadavamlı kərpic, dekorativ kərpic kimi üzlük materialların yapışdırılmasında;
  • əvvəllər yapışdırılmış keramikanın üstündən keramika yapışdırılmasında istifadə olunur.

Üstünlükləri

  • Ani temperatur dəyişikliklərinin (donma-ərimə) olduğu yerlərdə asanlıqla tətbiq olunur;
  • Soba (+200ºC -+ 2ºC) və buzxanalarda (-50º-+2ºC) yüksək və aşağı temperatura davamlı əvəzolunmaz yapışdırıcıdır;
  • Rahat işlənir və ustanı yormur;
  • Şaxtaya və istiyə davamlıdır.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərinin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ, parafin və digər qalıqlardan tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, bir gün əvvəl Filkret təmir qarışığı və ya oxşar məhsulla doldurulmalıdır. Tətbiq olunacaq səth əvvəlcədən nəmləndirilməli, ROKOL Binder astar və ya digər məhsulla astarlanmalıdır.
Qarışığın hazırlanması. 25 kq-lıq quru qarışığı ehmalca 6,0 - 6,5 litr suyun üzərinə boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
Tətbiqi. Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. Temperatur dəyişikliklərinin yüksək olduğu yerlərdə iri ölçülü plitələrin yapışdırılmasında kombinləşdirilmiş yapışdırma üsulundan (bu üsulla yapışdırıcı həm səthə çəkilir və daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) istifadə edin. Plitənin yapışdırılma müddətini səthin üzərinə çəkilmiş qarışığa barmaqla azacıq toxunmaqla (basmaqla) müəyyən edin. Qarışıq barmağa yapışarsa, o zaman plitələri səthə yapışdırmaq olar. Əks halda səthin üzərinə çəkilmiş qarışıq üz bağayarsa, o zaman onu sıyırıb atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır. Hazırlanan qarışıq 2 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür. Aralıq doldurma işi divarda 24 saatdan, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir.
Tövsiyələr. Matanat A Flex plitə yapışdırıcısı (boz) istifadə olunarkən mühitin temperaturu +5ºC-dən aşağı və +30ºC-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+30ºC-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Su hopması yüksək olan keramikalar istifadədən öncə su ilə doyurulmalıdır.

Texniki göstəricilər

Rəngi boz
İstifadə temperaturu +5º C - +30º C
Su/quru qarışıq 2,4–2,6 litr su / 10 kq quru qarışıq
6,0–6,5 litr su / 25 kq quru qarışıq
Qarışdırıldıqdan sonra gözləmə müddəti 3–5 dəqiqə
İstifadə müddəti 2 saat
Aralıq doldurma işinə başlama vaxtı:
• divarda
• döşəmədə
24 saatdan sonra
48 saatdan sonra
Qablaşdırma 2 və ya 3 qatlı kraft kbozızı və 1 qatlı polietilendən ibarət olan 10 və 25 kq-lıq kisələrdə

EN 12004-1 standartının tələblərinə uyğun olaraqTest nəticələri
Qabıq bağlama müddəti ≥30 dəqiqə 30–40 dəqiqə
Sürüşmə 0
Qopma müqaviməti >1 N/mm² 1,5–2 N/mm²

Üzlük plitələrin ölçülərinə uyğun sahəsiDaraqlı malanın təsviri və dişlərinin ölçüləri, mmYapışdırıcının yayılma qalınlığı, mm
25 sm² 3 mm 1–2
25–100 sm² 4 mm 2–3
100–600 sm² 6 mm 3–4
600–1800 sm² 8 mm 4–5
1800–7200 sm² 10 mm 5–6

Sərfiyyat

İstifadə zamanı yapışdırıcının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın dişlərinin ölçülərindən asılı olaraq 1 m²-ə sərf olunan quru qarışığın miqdarı (kq-la)

Matanat A Flex (boz) (kq)1 mm qalınlıq üçün quru qarışığın sərfiyyatı (kq/m²)Qarışdırılacaq suyun miqdarı (litrə) 25 kq üçünDaraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m²)
3 mm4 mm6 mm8 mm10 mm
25 1,28 6–6,5 1,3 kq 2,6 kq 3,9 kq 5,1 kq 6,4 kq

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, üst-üstə maksimum 11 sıra olmaqla 12 ay saxlanıla bilər

Tez-tez verilən suallar

Matanat A Flex sobaya kafel vurmaq üçün uyğundurmu?

Bəli, istehsalçının məlumatına görə yapışdırıcı sobalarda +200°C-yə, buzxanalarda isə -50°C-yə qədər temperatura davamlıdır.

Yapışdırıcı hansı sinfə aiddir?

Matanat A Flex EN 12004-1 standartının C2TE S1 sinfinin tələblərinə uyğundur.

Plitələr arasındakı aralıqları nə vaxt doldurmaq olar?

Aralıq doldurma divarda 24 saatdan, döşəmədə isə 48 saatdan sonra aparılır.