
Təsvir
Matanat A Flex White ağ rəngli, elastik və yüksək performanslı plitə yapışdırıcısıdır, soba, buzxana, terras və isti döşəmə kimi temperatur dəyişən yerlər üçün uyğundur. EN 12004-1 C2TE S1 sinfinə uyğundur, 25 kq kisənin qiyməti 20,49 AZN-dir.
Matanat A Flex White ani temperatur dəyişikliklərinə davamlı, ağ rəngli elastik plitə yapışdırıcısıdır. Sement əsaslı, birkomponentli qarışıq Nano texnologiya və xüsusi qatqılarla hazırlanıb və EN 12004-1 standartının C2TE S1 sinfinə cavab verir. Ağ rəngi sayəsində mərmər, kotto və açıq tonlu plitələrlə işləmək üçün xüsusilə münasibdir.
Harada istifadə olunur?
- Donma-ərimə dövrləri olan yerlərdə
- Soyuq hava anbarlarında, buzxanalarda və sobaların fasadında
- Aşağıdan isidilən döşəmə sistemlərində, terraslarda və bağ tərtibatında
- Keramika, kotto, mərmər, qranit, odadavamlı və dekorativ kərpicin yapışdırılmasında
- Köhnə keramikanın üstündən yeni plitə vurulmasında
Üstünlükləri
- Asan hazırlanır və rahat tətbiq olunur
- Temperatur fərqləri olan yerlərdə etibarlı nəticə verir
- Yüksək və aşağı temperatura davamlıdır, soba və buzxanalar üçün ideal seçimdir
- Şaquli və üfüqi səthlərdə plitələr yuxarıdan aşağıya yapışdırılır
Texniki göstəricilər
- Standart: EN 12004-1, C2TE S1
- Rəngi: ağ
- Tətbiq temperaturu: +5°C – +30°C
- Su miqdarı: 25 kq üçün 6,0–6,5 litr
- Hazır qarışığın istifadə müddəti: 2 saat
- Sərfiyyat: 1 mm qat üçün 1,28 kq/m²
- Saxlama müddəti: 12 ay
Qablaşdırma və qiymət
Məhsul 25 kq-lıq kisədə təqdim olunur. Matanat A Flex White-ın qiyməti 20,49 AZN-dir. Boz rəngli Matanat A Flex variantı da mövcuddur. Qiyməti və xüsusiyyətləri ilə tanış olun və Temir.az saytında onlayn sifariş edin.
Xüsusiyyətlər
- Seriya
- Flex
Texniki məlumat
Məhsul haqqında
Sement əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, ani temperatur dəyişilməsinə davamlı, Nano texnologiyalı, birkomponentli, ağ rəngli, elastik, yüksək performanslı plitə yapışdırıcıdır. EN 12004-1 standartının C2TE S1 sinfinin tələblərinə uyğundur.
İstifadə sahələri
Bu plitə yapışdırıcısı:
- ani temperatur dəyişikliklərinin (donma-ərimə) olduğu yerlərdə;
- soyuq hava anbarlarında və buzxanalarda;
- sobaların fasadında;
- aşağıdan isidilən sistemlərdə;
- terraslarda və bağçaların tərtibatında;
- beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə döşəmə və divar keramikaları, kotto, mərmər, qranit, odadavamlı kərpic, dekorativ kərpic kimi üzlük materialların yapışdırılmasında;
- keramikanın üstündən keramika yapışdırılmasında;
- şaquli və üfüqi səthlərdə yuxarıdan aşağıya doğru keramika və digər üzlük materialların yapışdırılmasında istifadə olunur.
Üstünlükləri
- Rahat hazırlanır və tətbiq olunur;
- Ani temperatur dəyişikliklərinin (donma ərimə) olduğu yerlərdə asanlıqla tətbiq olunur;
- Yüksək və aşağı temperatura davamlı soba və buzxanalarda əvəzolunmaz yapışdırıcıdır.
İstifadə qaydaları
Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərinin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ, parafin və digər qalıqlardan tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, bir gün əvvəl Filkret təmir qarışığı və ya oxşar məhsulla doldurulmalıdır. Tətbiq olunacaq səth əvvəlcədən nəmləndirilməli, ROKOL Binder astar və ya digər məhsulla astarlanmalıdır.Qarışığın hazırlanması. 25 kq-lıq quru qarışığı ehmalca 6,0 - 6,5 litr suyun üzərinə boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
Tətbiqi. Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. Temperatur dəyişikliklərinin yüksək olduğu yerlərdə iri ölçülü plitələrin yapışdırılmasında kombinləşdirilmiş yapışdırma üsulundan (bu üsulla yapışdırıcı həm səthə çəkilir və daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) istifadə edin. Plitənin yapışdırılma müddətini səthin üzərinə çəkilmiş qarışığa barmaqla azacıq toxunmaqla (basmaqla) müəyyən edin. Qarışıq barmağa yapışarsa, o zaman plitələri səthə yapışdırmaq olar. Bu müddət 30 dəqiqədən çox olmamalıdır. Əks halda səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, onda onu sıyırıb atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır. Hazırlanan qarışıq 2 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür. Aralıq doldurma işi divarda 24 saatdan, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir.
Tövsiyələr. Matanat A Flex White plitə yapışdırıcısı (ağ) istifadə olunarkən mühitin temperaturu +5ºC-dən aşağı və +30ºC-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+30ºC-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Su hopması yüksək olan keramikalar istifadədən önc su ilə doydurulmalıdır.
Texniki göstəricilər
| Rəngi | ağ |
| İstifadə temperaturu | +5º C - +30º C |
| Su/quru qarışıq | 2,4–2,6 litr su / 10 kq quru qarışıq 6,0–6,5 litr su / 25 kq quru qarışıq |
| Qarışdırıldıqdan sonra gözləmə müddəti | 3–5 dəqiqə |
| İstifadə müddəti | 2 saat |
| Aralıq doldurma işinə başlama vaxtı: • divarda • döşəmədə | 24 saatdan sonra 48 saatdan sonra |
| Qablaşdırma | 2 və ya 3 qatlı kraft kağızı və 1 qatlı polietilendən ibarət olan 10 və 25 kq-lıq kisələrdə |
| EN 12004-1 standartının tələblərinə uyğun olaraq | Test nəticələri | |
|---|---|---|
| Qabıq bağlama müddəti | ≥30 dəqiqə | 30–40 dəqiqə |
| Sürüşmə | 0 | |
| Qopma müqaviməti | >1 N/mm² | 1,5–2 N/mm² |
| Üzlük plitələrin ölçülərinə uyğun sahəsi | Daraqlı malanın dişlərinin ölçüləri, mm | Yapışdırıcının yayılma qalınlığı, mm |
|---|---|---|
| 3 mm | 1–2 | |
| 25–100 sm² | 4 mm | 2–3 |
| 100–600 sm² | 6 mm | 3–4 |
| 600–1800 sm² | 8 mm | 4–5 |
| 1800–7200 sm² | 10 mm | 5–6 |
Sərfiyyat
İstifadə zamanı yapışdırıcının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın dişlərinin ölçülərindən asılı olaraq 1 m²-ə sərf olunan quru qarışığın miqdarı (kq-la)
| Matanat A Flex White (ağ) (kq) | 1 mm qalınlıq üçün quru qarışığın sərfiyyatı (kq/m²) | Qarışdırılacaq suyun miqdarı (litrə) 25 kq üçün | Daraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m²) | ||||
|---|---|---|---|---|---|---|---|
| 3 mm | 4 mm | 6 mm | 8 mm | 10 mm | |||
| 25 | 1,28 | 6–6,5 | 1,3 kq | 2,6 kq | 3,9 kq | 5,1 kq | 6,4 kq |
Saxlama müddəti və qaydası
Açılmamış kisələrdə, quru şəraitdə, üst-üstə maksimum 11 sıra olmaqla 12 ay saxlanıla bilər
Tez-tez verilən suallar
Matanat A Flex White hansı standarta uyğundur?
Yapışdırıcı EN 12004-1 standartının C2TE S1 sinfinin tələblərinə uyğundur.
Bu yapışdırıcı ilə mərmər yapışdırmaq olar?
Bəli, istehsalçı onu keramika, kotto, mərmər, qranit, odadavamlı və dekorativ kərpic üçün tövsiyə edir.
Hazır qarışıq nə qədər işlənə bilər?
25 kq quru qarışıq 6,0–6,5 litr su ilə hazırlanır və 2 saat ərzində istifadə olunmalıdır.