
Təsvir
Matanat A FugaFil daxili məkanlarda keramika və təbii daş plitələrin 1-6 mm-lik aralıqları üçün sement əsaslı fuqadır. Solmur, çatlamır, antibakterialdır; ağ və geniş rəng çeşidində təqdim olunur.
Matanat A fuqa 1-6 mm (FugaFil) – kafel aralıqlarını səliqəli və uzunömürlü etmək üçün sement əsaslı, nano texnologiyalı aralıq doldurucudur. Tərkibindəki qatqılar çatlamaya qarşı müqaviməti artırır və rəngin uzun müddət solmamasını təmin edir. Məhsul AZS 321-2008 (TSEN 13888) standartına uyğundur.
Harada istifadə olunur?
Daxili məkanlarda – hamam, tualet, mətbəx və yaşayış otaqlarında divar və döşəməyə vurulmuş keramika, mərmər və digər təbii daş plitələrin 1-6 mm enində aralıqlarının doldurulması üçün nəzərdə tutulub.
Üstünlükləri
- Silikon qatqılıdır və antibakterial xüsusiyyətə malikdir;
- solmur, çatlamır, plitə üzərində rəng ləkəsi qoymur;
- plitə kənarlarına möhkəm yapışır;
- asan hazırlanır və rezin mala ilə rahat çəkilir.
Texniki göstəricilər
- Aralığın eni: 1-6 mm
- İşləmə temperaturu: +5°C ÷ +30°C
- Su nisbəti: 1 kq-a 0,35–0,37 litr, 20 kq-a 7,0–7,4 litr
- Möhkəmlik: əyilmədə 4 N/mm², sıxılmada 15 N/mm²
- Hazır qarışığın istifadə müddəti: 2 saat
- Fuqaya başlama: divarda 24 saat, döşəmədə 48 saat sonra
- Sərfiyyat: məsələn, 30×30 sm plitə və 2 mm aralıqda 185 q/m²
Qablaşdırma və qiymət
Fuqa 1 kq, 5 kq və 20 kq qablaşdırmada satılır. Ağ və fil dişi rənglər bütün çəkilərdə, bej, boz, qəhvəyi, tünd göy, dəniz mavisi, yaşıl, qırmızı kimi rənglər isə 1 kq-lıq paketdə təqdim olunur. Qara, yasəmən, bordo, kotto, kərpic və digər xüsusi çalarlar 20 ədəddən başlayan sifarişlə mövcuddur. Temir.az saytında qiymət 1,49 AZN-dən başlayır. Qiyməti və xüsusiyyətləri ilə tanış olun.
Xüsusiyyətlər
- Seriya
- FUGAFİL
Texniki məlumat
Məhsul haqqında
Sement əsaslı, çatlamaya qarşı müqaviməti artıran, rəngin solmamasını və digər fiziki-mexaniki xüsusiyyətləri yaxşılaşdıran qatqılarla zəngin, Nano texnologiyalı aralıq doldurma qarışığıdır. Sifarişlə istənilən rəngdə istehsal olunur. AZS 321-2008 (TSEN 13888) standartına uyğundur.
İstifadə sahələri
Bu aralıq doldurna qarışığından:
- daxili məkanlarda, hamam və tualetlərdə divar və döşəmələrə yapışdırılmış keramikaların, mərmər və digər təbii daşlardan hazırlanmış üzlük plitələrin 1-6 mm məsafəli aralıqlarının doldurulmasında istifadə olunur.
Üstünlükləri
- rahat hazırlanır və tətbiq olunur;
- solmaya qarşı davamlıdır, çatlamır və rəng ləkəsi buraxmır;
- üzlük plitələrin kənarlarına çatlamadan mükəmməl yapışır;
- Nano texnologiyasına əsaslanır;
- silikon qatqılı və antibakterialdır.
İstifadə qaydaları
Səthin hazırlanması.İstifadə olunan səthlərdə aralıqların sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir.
Qarışığın hazırlanması. 20 kq quru qarışığı 7,0-7,4 litr suyun üzərinə ehmalca boşaldıb, kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
Tətbiqi. Qarışığı səthə yayıb, rezin mala ilə aralıqlara çarpaz hərəkətlərlə doldurun və artığını sıyırıb götürün. 20-30 dəqiqədən sonra nəm süngərlə səthi təmizləyin. Səth quruduqdan sonra quru bezlə təmizləyib parıldadın. Hazırlanan qarışığı 2 saat ərzində işlədin. İstifadə müddəti keçmiş qarışığı atın. Quru qarışığa əlavə ediləcək su nisbətinə diqqət edin, duru şəkildə istifadədən uzaq olun. Əgər duru şəkildə istifadə etsəniz, bu çatlara, çökmələrə, asan aşınmalara, tozlanma və rəngin korlanmasına səbəb ola bilər.
Tövsiyələr. FugaFil aralıq doldurma qarışığının istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığına qətiyyən su və ya quru qarışıq əlavə edilməməlidir. Suhopma qabiliyyəti yüksək olan keramikaların aralıqları istifadədən öncə su ilə doyuzdurulmalıdır. Aralıq doldurma işi sona çatdıqdan 24-48 saat sonra işin icra edildiyi yer istifadəyə verilə bilər. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Texniki göstəricilər
| Rəngi | ağ və müxtəlif rənglərdə |
| İstifadə temperaturu | +50 C ÷ 300 C |
| Su/ quru qarışıq nisbəti | 0,35-0,37 litr su/ 1 kq quru qarışıq |
| Möhkəmlik həddi:
| 4 N/mm2 |
| İstifadə müddəti | 2 saat |
| Aralıq doldurma işinə başlama vaxtı:
|
|
| Qablaşdırma | 1 kq-lıq laminasıyalı, germetik tripleks paketlərdə, 2 və ya 3 qatı kraft kağızı, 1 qatı polietilendən ibarət olan 5 kq-lıq laminasıyalı paketlərdə və 20 kq-lıq kisələrdə |
Sərfiyyat
Üzlük materialların ölçülərindən, aralıqların enindən və dərinliyindən asılı olaraq sərfiyyatın miqdarı aşağıdakı cədvəldə verilir.
| Üzlük plitələrin ölçüləri, sm | Aralığın dərinliyi, 8 mm | ||||
| Aralığın eni | |||||
| 2 mm q/m2 | 3 mm q/m2 | 4 mm q/m2 | 5 mm q/m2 | 6 mm | |
| 10×10 | 500 | 750 | 1000 | 1250 | 1500 |
| 10×20 | 400 | 600 | 800 | 1000 | 1200 |
| 15×15 | 350 | 550 | 700 | 900 | 1150 |
| 15×20 | 300 | 450 | 600 | 750 | 900 |
| 20×20 | 250 | 450 | 600 | 750 | 900 |
| 20×25 | 250 | 350 | 500 | 650 | 800 |
| 20×30 | 225 | 350 | 450 | 575 | 675 |
| 30×30 | 185 | 275 | 350 | 450 | 550 |
Saxlama müddəti və qaydası
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.
Xəbərdarlıqlar
- FugaFil quru qarışiğının qatqılarla zəngin olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
- istifadə olunan suyun, qabların təmiz olmasına xüsusi diqqət edin;
- FugaFil quru qarışığına sudan başqa heç bir maddə qatmayın;
- yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
Zəmanət və texniki dəstək
- texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
- “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
- şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
Tez-tez verilən suallar
Matanat A FugaFil fuqası hansı aralıqlar üçündür?
Daxili məkanlarda keramika, mərmər və təbii daş plitələrin 1-6 mm enində aralıqları üçün nəzərdə tutulub.
Fuqanı plitə vurulduqdan nə qədər sonra çəkmək olar?
Divarda plitələr yapışdırıldıqdan 24 saat, döşəmədə isə 48 saat sonra aralıq doldurma işinə başlamaq olar.
Hazırlanmış fuqa nə qədər müddətə işlədilməlidir?
Su ilə qarışdırılmış fuqa 2 saat ərzində istifadə olunmalıdır, vaxtı keçmiş qarışığa su əlavə etmək olmaz.