
Təsvir
Matanat A Granite boz rəngli, sement əsaslı mərmər-qranit yapışdırıcısıdır və ağır yüklü ictimai məkanlarda da etibarlı bərkitmə təmin edir. EN 12004-1 C2TE sinfinə uyğundur, 25 kq kisənin qiyməti 11,92 AZN-dir.
Matanat A Granite mərmər-qranit yapışdırıcısı ağır və iri ölçülü üzlük plitələr üçün hazırlanmış boz rəngli, sement əsaslı, birkomponentli qarışıqdır. Kimyəvi qatqılar və Nano texnologiya ilə zənginləşdirilmiş tərkib yüksək yapışma gücü verir. Məhsul EN 12004-1 standartının C2TE sinfinə uyğundur, yəni gücləndirilmiş, sürüşməyə qarşı davamlı yapışdırıcıdır.
Harada istifadə olunur?
- Daxili və xarici məkanlarda
- İnsan axını və yük maşınlarının hərəkəti çox olan ticarət mərkəzlərində
- Xəstəxana, məktəb və digər ictimai binalarda
- Mərmər, qranit və digər üzlük plitələrin beton, suvaq və döşəmə suvağı üzərinə yapışdırılmasında
Üstünlükləri
- Hazırlanması və tətbiqi rahatdır
- Köhnə mərmər və qraniti sökmədən üzərinə yeni üzlük vurmağa imkan verir
- Plitələr yuxarıdan aşağıya doğru asanlıqla yapışdırılır
- İstiyə və şaxtaya davamlıdır
Texniki göstəricilər
- Standart: EN 12004-1, C2TE
- İş temperaturu: +5°C – +30°C
- Su miqdarı: 25 kq üçün 6,0–6,5 litr
- Hazır qarışığın istifadə müddəti: 2 saat
- Yapışma müqaviməti: >1 N/mm²
- Aralıq doldurma: divarda 24, döşəmədə 48 saatdan sonra
- Sərfiyyat: 1 mm qat üçün 1,42 kq/m²
- Saxlama müddəti: 12 ay
Qablaşdırma və qiymət
Yapışdırıcı boz rəngdədir və 25 kq-lıq kisədə satılır. Matanat A Granite-in qiyməti 11,92 AZN-dir. Qiyməti və xüsusiyyətləri ilə tanış olun, Temir.az saytında onlayn sifariş edin.
Texniki məlumat
Məhsul haqqında
Sement əsaslı, boz rəngli, kimyəvi qatqılarla zəngin, yüksək keyfiyyətli, Nano texnologiyal, birkomponentli, boz rəngli mərmər-qranit yapışdırıcısıdır. EN 12004-1 standartının C2TE sinfinin tələblərinə uyğundur.
İstifadə sahələri
Bu mərmər-qranit yapışdırıcısı:
- daxili və xarici məkanlarda;
- çox sayda piyada və yük maşınlarının hərəkət etdiyi ticarət mərkəzlərində;
- xəstəxana, məktəb və digər iş yerlərində;
- mərmər, qranit vı digər üzlük plitələrin beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə yapışdırılmasında istifadə olunur.
Üstünlükləri
- Rahat hazırlanır və tətbiq olunur;
- Yuxarıdan aşağıya doğru keramika və digər üzlük plitələri, həmçinin köhnə mərmər və qranitləri qopartmadan üzərinə hər növ üzlük materialları asanlıqla yapışdırır;
- İstiyə və şaxtaya davamlıdır.
İstifadə qaydaları
Səthin hazırlanması.İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərinin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ, parafin və digər qalıqlardan tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Filkret təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə doldurulmalıdır. Tətbiq olunacaq səth eyni zamanda əvvəlcədən nəmləndirilməli, ROKOL BİNDER astar və ya standartlara uyğun istehsal edilmiş digər oxşar məhsulla astarlanmalıdır.
Qarışığın hazırlanması. 25 kq-lıq quru qarışığı ehmalca 6,0-6,5 litr suyun üzərinə boşaldıb kürəciklər yox olana qədər qarışdırın. Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
Tətbiqi. Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. İri ölçülü plitələrin yapışdırılmasında kombinələşdirilmiş yapışdırma üsulunun (bu üsulla yapışdırıcı həm səthə çəkilir və daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) tətbiq edilməsi tövsiyə olunur.
Plitənin yapışdırılma müddətini səthin üzərinə çəkilmiş qarışığa barmaqla azacıq toxunmaqla (basmaqla) müəyyən edin. Qarışıq barmağa yapışarsa, onda plitələri səthə yapışdırmaq olar. Əks halda səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, o zaman sıyırıb atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır.
Hazırlanan qarışıq 2 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür. Aralıq doldurma işi divarda 24 saatdan, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir.
Tövsiyələr. "Matanat A" Granite mərmər-qranit yapışdırıcısı( boz) istifadə olunarkən mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Su hopması yüksək olan üzlük plitələr istifadədən öncə su ilə doydurulmalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya yeni quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Texniki göstəricilər
| Rəngi | boz |
| İstifadə temperaturu | +50 C ÷ +300 C |
| Su /quru qarışıq | 2,4 – 2,6 litr su/10 kq quru qarışıq |
| Qarışdırıldıqdan sonra gözləmə müddəti | 3-5 dəqiqə |
| İstifadə müddəti | 2 saat |
| Aralıq doldurma işinə başlama vaxtı:
|
|
| Qablaşdırma | 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət olan10 və 25 kq-lıq kisələrdə |
| EN 12004-1 standartın tələblərinə uyğun olaraq | Test nəticələri | |
| Qabıq bağlama müddəti | ≥30 dəqiqə | 30-40 dəqiqə |
| Sürüşmə |
| 0 |
| Yapışma müqaviməti | >1 N/mm2 | >1,5-2 N/mm2 |
| Üzlük plitələrin ölçüləri | Daraqlı malanın dişlərinin ölçüləri, mm | Yapışdırıcının yayılma qalınlığı, mm |
| 3 | 1–2 | |
| 25-100 sm² | 4 | 2-3 |
| 100-600 sm² | 6 | 3-4 |
| 600-1800 sm² | 8 | 4-5 |
| 1800-7200 sm² | 10 | 5-6 |
Sərfiyyat
İstifadə zamanı yapışdırıcının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın ölçülərindən asılı olaraq 1 m2-ə sərf olunan quru qarışığın miqdarı (kq-la)
| "Matanat A" Granite (boz) mərmər-qranit yapışdırıcısı (kq) | 1 mm qalınlıq üçün quru qarışığın sərfiyyatı (kq/m2) | Qarışdırılacaq suyun miqdarı (litrlə) 25 kq üçün | Daraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m2) | ||||
| 3 mm | 4 mm | 6 mm | 8 mm | 10 mm | |||
| 25 | 1,42 | 6,5 | 1,3 kq | 2,6 kq | 3,9 kq | 5,1 kq | 6,4 kq |
Saxlama müddəti və qaydası
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.
Xəbərdarlıqlar
- "Matanat A" Granite mərmər-qranit yapışdırıcısının sement əsaslı və qatqılarla zəngin olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
- istifadə qaydalarında qeyd edilməyən heç bir maddə qatmayın;
- yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
Zəmanət və texniki dəstək
- texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
- “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
- şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
Tez-tez verilən suallar
Matanat A Granite hansı sinfə aiddir?
Yapışdırıcı EN 12004-1 standartının C2TE sinfinin tələblərinə uyğundur.
Hazırlanmış qarışığı nə qədər müddətdə işlətmək lazımdır?
Su ilə qarışdırılmış kütlə 2 saat ərzində istifadə olunmalıdır.
Sərfiyyat nə qədərdir?
1 mm qalınlıqda quru qarışığın sərfiyyatı 1,42 kq/m²-dir, ümumi sərf malanın diş ölçüsündən asılıdır.