
Təsvir
Matanat A Granite White ağ rəngli, sement əsaslı mərmər-qranit yapışdırıcısıdır, açıq tonlu daş və plitələrdə ləkə yaratmadan yapışdırma üçün uyğundur. EN 12004-1 C2TE sinfinə cavab verir, 25 kq kisənin qiyməti 27,25 AZN-dir.
Matanat A Granite White ağ rəngli mərmər-qranit yapışdırıcısıdır və açıq rəngli təbii daşla işləyərkən xüsusilə seçilir. Sement əsaslı, birkomponentli qarışıq Nano texnologiya və xüsusi qatqılarla zənginləşdirilib, EN 12004-1 standartının C2TE sinfinə uyğundur. Ağ tərkib mərmərin rəngini qoruyur və nazik daşların arxasından görünmür. Qarışıq ağ rəngli olduğu üçün açıq tonlu mərmər və ya ağ qranitlə işləyərkən tikiş yerlərinin səliqəli görünməsinə kömək edir.
Harada istifadə olunur?
- Daxili və xarici məkanlarda
- Piyada və yük maşını hərəkəti intensiv olan ticarət mərkəzlərində
- Xəstəxana, məktəb və digər iş yerlərində
- Mərmər, qranit və digər üzlük plitələrin beton, suvaq, döşəmə suvağı üzərinə yapışdırılmasında
Üstünlükləri
- Asan hazırlanır və rahat işlənir
- Köhnə mərmər və qraniti qopartmadan üzərinə yeni üzlük vurmaq olar
- Plitələr yuxarıdan aşağıya doğru yapışdırılır
- İstiyə və şaxtaya davamlıdır
Texniki göstəricilər
- Standart: EN 12004-1, C2TE
- Rəngi: ağ
- İş temperaturu: +5°C – +30°C
- Su miqdarı: 25 kq üçün 6,0–6,5 litr
- Hazır qarışığın istifadə müddəti: 2 saat
- Qopma müqaviməti: >1 N/mm²
- Sərfiyyat: 1 mm qat üçün 1,28 kq/m²
- Saxlama müddəti: 12 ay
Qablaşdırma və qiymət
Məhsul 25 kq-lıq kisədə satılır. Matanat A Granite White ağ yapışdırıcısının qiyməti 27,25 AZN-dir. Qiyməti və xüsusiyyətləri ilə tanış olun və Temir.az saytında onlayn sifariş edin.
Texniki məlumat
Məhsul haqqında
Sement əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, Nano texnologiyalı, birkomponentli, ağ rəngli mərmər-qranit yapışdırıcısıdır. EN 12004-1 standartının C2TE sinfinin tələblərinə uyğundur.
İstifadə sahələri
Bu mərmər-qranit yapışdırıcısı:
- daxili və xarici məkanlarda;
- çox sayda piyada və yük maşınlarının hərəkət etdiyi ticarət mərkəzlərində;
- xəstəxana, məktəb və digər iş yerlərində;
- mərmər, qranit və digər üzlük plitələrin beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə yapışdırılmasında istifadə olunur.
Üstünlükləri
- Rahat hazırlanır və tətbiq olunur;
- Yuxarıdan aşağıya doğru keramika və digər üzlük plitələri, həmçinin köhnə mərmər və qranitləri qoparmadan üzərinə hər növ üzlük materialları asanlıqla yapışdırır;
- İstiyə və şaxtaya davamlıdır.
İstifadə qaydaları
Səthin hazırlanması.İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərinin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ, parafin və digər qalıqlardan tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Filkret təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə doldurulmalıdır. İstifadə etməmişdən əvvəl səth ROKOL BİNDER Astar və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır.
Qarışığın hazırlanması. 25 kq-lıq tozşəkilli qarışığı ehmalca 6,0 - 6,5 litr suyun üzərinə boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3 - 5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
Tətbiqi. Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. İri ölçülü plitələrin yapışdırılmasında kombinələşdirilmiş yapışdırma üsulunun (bu üsulla yapışdırıcı həm səthə çəkilir və daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) tətbiq edilməsi tövsiyə olunur.
Plitənin yapışdırılma müddətini səthin üzərinə çəkilmiş qarışığa barmaqla azacıq toxunmaqla (basmaqla) müəyyən edin. Qarışıq barmağa yapışarsa, plitələri səthə yapışdırmaq olar. Əks halda səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, onda onu siyirib atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır.
Hazırlanan qarışıq 2 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür. Aralıq doldurma işi divarda 24 saatdan, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir.
Tövsiyələr. Matanat A Granite White istifadə olunarkən mühitin temperaturu +5º C-dən aşağı və +30º C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+30º C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Su hopması yüksək olan üzlük plitələr istifadədən öncə su ilə doydurulmalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya yeni quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alətlər və ləvazimatlar su ilə təmizlənməlidir.
Texniki göstəricilər
| Rəngi | ağ |
| İstifadə temperaturu | +5º C - +30º C |
| Su/quru qarışıq | 2,4–2,6 litr su / 10 kq quru qarışıq 6,0–6,5 litr su / 25 kq quru qarışıq |
| Qarışdırıldıqdan sonra gözləmə müddəti | 3–5 dəqiqə |
| İstifadə müddəti | 2 saat |
| Aralıq doldurma işinə başlama vaxtı: • divarda • döşəmədə | 24 saatdan sonra 48 saatdan sonra |
| Qablaşdırma | 2 və ya 3 qat kraft kağızı və 1 qat polietilendən ibarət olan 10 və 25 kq-lıq kisələrdə |
| EN 12004-1 standartının tələblərinə uyğun olaraq | Test nəticələri | |
|---|---|---|
| Qabıq bağlama müddəti | ≥30 dəqiqə | 30–40 dəqiqə |
| Sürüşmə | 0 | |
| Qopma müqaviməti | >1 N/mm² | 1,5–2 N/mm² |
| Üzlük plitələrin ölçülərinə uyğun sahəsi | Daraqlı malanın təsviri və dişlərinin ölçüləri, mm | Yapışdırıcının yayılma qalınlığı, mm |
|---|---|---|
| 25 sm² | 3 mm | 1–2 |
| 25–100 sm² | 4 mm | 2–3 |
| 100–600 sm² | 6 mm | 3–4 |
| 600–1800 sm² | 8 mm | 4–5 |
| 1800–7200 sm² | 10 mm | 5–6 |
Sərfiyyat
İstifadə zamanı yapışdırıcının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın dişlərinin ölçülərindən asılı olaraq 1 m²-ə sərf olunan quru qarışığın miqdarı (kq-la)
| Matanat A Granite White (ağ) (kq) | 1 mm qalınlıq üçün quru qarışığın sərfiyyatı (kq/m²) | Qarışdırılacaq suyun miqdarı (litrə) 25 kq üçün | Daraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m²) | ||||
|---|---|---|---|---|---|---|---|
| 3 mm | 4 mm | 6 mm | 8 mm | 10 mm | |||
| 25 | 1,28 | 6–6,5 | 1,3 kq | 2,6 kq | 3,9 kq | 5,1 kq | 6,4 kq |
Saxlama müddəti və qaydası
Açılmamış kisələrdə, quru şəraitdə, üst-üstə maksimum 11 sıra olmaqla 12 ay saxlanıla bilər.
Tez-tez verilən suallar
Ağ mərmər-qranit yapışdırıcısı nə üçün lazımdır?
Ağ tərkib açıq rəngli mərmər və daşlarda rəngin dəyişməsinin və arxadan görünmənin qarşısını alır.
Matanat A Granite White hansı standarta uyğundur?
EN 12004-1 standartının C2TE sinfinin tələblərinə uyğundur.
Hazır qarışıq nə qədər müddətə işlədilməlidir?
25 kq qarışıq 6,0–6,5 litr su ilə hazırlanır və 2 saat ərzində işlədilməlidir.