
Təsvir
Matanat A qazbeton və peno-beton yapışdırıcısı yüngül blokların hörülməsi və yapışdırılması üçün sement əsaslı boz qarışıqdır. 25 kq-lıq kisədə təqdim olunur, şaxtaya və istiliyə davamlıdır.
Matanat A qazbeton yapışdırıcısı qaz-beton və peno-beton blokların hörgüsü üçün hazırlanmış birkomponentli, sement əsaslı boz qarışıqdır. Tərkibindəki xüsusi qatqılar və nano texnologiya sayəsində yüngül materiallarla etibarlı birləşmə yaradır, məhsul EN 998-2 standartının tələblərinə cavab verir.
Harada istifadə olunur?
- Suyu güclü hopduran qaz-beton blokların hörülməsində;
- peno-beton və digər yüngül tikinti materiallarının yapışdırılmasında;
- dekorativ üzlük kərpiclərin montajında;
- hörülmüş divarlarda 5 mm-ə qədər çat və boşluqların təmirində.
Üstünlükləri
- Həm hörgü məhlulu, həm də yüngül plitələr üçün yapışdırıcı kimi işlədilir;
- asan qarışdırılır və rahat çəkilir;
- şaxtaya və yüksək temperatura davamlıdır;
- hazır məhlul uzun müddət işlək qalır;
- hörgü ilə yanaşı divardakı kiçik çat və boşluqların təmirinə də yararlıdır.
Hörgüdən əvvəl səth nəmləndirilməli və ya astarlanmalı, divarın şaquli və üfüqi düzlüyü su tərəzisi ilə yoxlanılmalıdır.
Texniki göstəricilər
- Rəngi: boz
- İşləmə temperaturu: +5°C ÷ +30°C
- Su nisbəti: 25 kq quru qarışığa 6,0–7,0 litr su
- Qarışdırdıqdan sonra gözləmə: 3–5 dəqiqə
- Hazır məhlulun istifadə müddəti: 3 saat
- Sərfiyyat: blokun ölçüsündən asılı olaraq 3–8 kq/m² (məsələn, 20×50×20 sm blok üçün 5–8 kq/m²)
- Saxlama müddəti: açılmamış kisədə, quru yerdə 12 ay
Qablaşdırma və qiymət
Yapışdırıcı 25 kq-lıq kisədə satılır. Temir.az saytında 25 kq-lıq kisənin qiyməti 6,45 AZN-dir. Qiyməti və xüsusiyyətləri ilə tanış olun və qazbeton yapışdırıcısını onlayn sifariş edin.
Texniki məlumat
Məhsul haqqında
Sement əsaslı, yüksək nəticələr əldə etməyə imkan verən xüsusi qatqılarla zəngin, Nano texnologiyalı, birkomponentli, boz rəngli qaz-beton və ya peno-beton yapışdırıcısıdır. EN 998-2 standartının tələblərinə uyğundur.
İstifadə sahələri
Bu penobeton yapışdırıcısı:
- suhopması yüksək olan qaz-beton blokların, dekorativ üzlük kərpiclərin, peno-beton və həcm kütləsi az olan digər yüngül materialların hörülməsində və yapışdırılmasında ;
- Hörülən divar səthlərindəki 5 mm-ə qədər boşluq və çatların təmirində istifadə olunur.
Üstünlükləri
- Yüngül inşaat materaillarının hörülməsində hörgü və aralıqların doldurulması qarışığı kimi, həm də yüngül plitələrin səthə yapışdırılmasında ən əlverişli yapışdırıcıdır;
- Rahat hazırlanır və tətbiq olunur;
- Şaxtaya və istiliyə davamlıdır.
İstifadə qaydaları
düzgündürsə, birbaşa hörgü işinə başlamaq olar. Əgər səth düz deyilsə bu zaman sement qum qarışığı ilə ilk sıranın hörülməsi üçün bünövrə təbəqəsinin yaradılması tələb olunur. Hörgü hörüləcək səth eyni zamanda əvvəlcədən nəmləndirilməli və ya ROKOL Binder Astarla və ya digər oxşar məhsulla astarlanmalıdır.
Qarışığın hazırlanması. 25 kq quru qarışığı ehmalca 6,0 - 6,5 litr suyun üzərinə boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
Tətbiqi.Yapışdırıcını hörülən divarın həm səthinə, həm də hörgüdə istifadə olunan materialların yan tərəflərinə eyni qalınlıqda çəkin. Blokların hörülməsinə başlayın. Hörgü zamanı divarın üfüqi və şaquli düzlüyü su tərəzisi ilə yoxlanılmalıdır. Baş vermiş hər hansı bir əyrilik rezin çəkic vasitəsilə düzəlməlidir. Hazırlanan qarışıq 3 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür.
Tövsiyələr. Matanat A Qazbeton və Peno-beton yapışdırıcısı istifadə olunarkən mühitin temperaturu +50C-dən aşağı və 300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş Matanat A Qazbeton və Peno-beton yapışdırıcısına qətiyyən su və ya yeni quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Texniki göstəricilər
| Rəngi | boz |
| İstifadə temperaturu | +5°C ÷ +30°C |
| Su /quru qarışıq | 2,6-2,8 litr su/10 kq quru qarışıq 6,0-7,0 litr su/25 kq quru qarışıq |
| Qarışdırıldıqdan sonra gözləmə müddəti | 3-5 dəqiqə |
| İstifadə müddəti | 3 saat |
| Qablaşdırma | 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietiləndən ibarət olan 10 və 25 kq-lıq kisələrdə |
Sərfiyyat
Hörgüdə istifadə olunan blokların ölçülərindən asılı olaraq 1 m2-ə sərf olunan quru qarışığın miqdarı cədvəldə göstərilmişdir.
| Qaz-betonun ölçülərindən asılı olaraq sərfiyyat | Eni (sm) | Uzunluğu (sm) | Hündürlüyü (sm) | kq/m2 |
|---|---|---|---|---|
| 20 | 50 | 20 | 5-8 | |
| 20 | 70 | 20 | 5-7 | |
| 30 | 50 | 15 | 3-5 | |
| 30 | 70 | 15 | 3-4 | |
| 30 | 50 | 20 | 4-6 | |
| 30 | 70 | 20 | 4-6 |
Saxlama müddəti və qaydası
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 11 kisə olmaqla 12 ay saxlanılmalıdır.
Tez-tez verilən suallar
Matanat A qazbeton yapışdırıcısının 1 m²-ə sərfiyyatı nə qədərdir?
Sərfiyyat blokların ölçüsündən asılıdır və təxminən 3–8 kq/m² təşkil edir. Məsələn, 30×70×15 sm blok üçün 3–4 kq/m², 20×50×20 sm blok üçün 5–8 kq/m² sərf olunur.
Hazırlanmış məhlulu nə qədər müddətdə işlətmək lazımdır?
Qarışdırılmış yapışdırıcı 3 saat ərzində istifadə olunmalıdır. Vaxtı keçmiş məhlula su və ya yeni quru qarışıq əlavə etmək olmaz.
Yapışdırıcı hansı standarta uyğundur?
Matanat A qazbeton və peno-beton yapışdırıcısı EN 998-2 standartının tələblərinə uyğundur.