
Təsvir
Matanat A White sement əsaslı ağ rəngli yapışdırıcıdır, keramika, şüşə mozaika və şüşə blokların daxili və xarici məkanlarda yapışdırılması üçün nəzərdə tutulub. EN 12004-1 C1TE sinfinə uyğundur, 25 kq kisənin qiyməti 15,02 AZN-dir.
Matanat A White keramika yapışdırıcısı ağ rəngli, sement əsaslı, birkomponentli quru qarışıqdır və mozaika ilə keramikanın səliqəli yapışdırılması üçün hazırlanıb. Tərkibindəki xüsusi qatqılar və Nano texnologiya qarışığın işlənmə imkanlarını genişləndirir. Ağ rəngi sayəsində şəffaf və açıq tonlu şüşə mozaikanın arxasından görünmür. Məhsul EN 12004-1 standartının C1TE sinfinə cavab verir.
Harada istifadə olunur?
- Daxili və xarici məkanlarda keramika və mozaika işlərində
- Şüşə mozaika və şüşə blokların yapışdırılmasında
- Köhnə kafeli sökmədən üstündən yeni kafel vurulmasında
- Beton, suvaq və döşəmə suvağı səthlərində
- Aralıqların doldurulmasında
Üstünlükləri
- Asan hazırlanır və rahat tətbiq olunur
- Həm divarda, həm döşəmədə istifadə edilə bilər
- Plitələr yuxarıdan aşağıya doğru sürüşmədən yapışdırılır
- İstiyə və şaxtaya davamlıdır
Texniki göstəricilər
- Standart: EN 12004-1, C1TE
- İş temperaturu: +5°C – +30°C
- Su miqdarı: 25 kq üçün 6,0–6,5 litr
- Hazır qarışığın istifadə müddəti: 3 saat
- Açıq iş vaxtı: ən azı 30 dəqiqə
- Aralıq doldurma: divarda 24, döşəmədə 48 saatdan sonra
- Sərfiyyat: 1 mm qat üçün 1,28 kq/m²
- Saxlama müddəti: 12 ay
Qablaşdırma və qiymət
Yapışdırıcı 25 kq-lıq kisədə təqdim olunur, rəngi ağdır. Matanat A White-ın qiyməti 15,02 AZN-dir. Qiyməti və xüsusiyyətləri ilə tanış olun və Temir.az saytında onlayn sifariş edin.
Xüsusiyyətlər
- Seriya
- White
Texniki məlumat
Məhsul haqqında
Sement əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, Nano texnologiyalı, birkomponentli, ağ rəngli keramika və mozaika yapışdırıcısıdır.
EN 12004-1 standartının C1TE sinfinin tələblərinə uyğundur.
İstifadə sahələri
Bu keramika yapışdırıcısı:
- daxili və xarici məkanlarda;
- şüşə mozaikaların yapışdırılmasında;
- aralıqların doldurulmasında;
- şüşə blokları və köhnə kafelləri qopartmadan kafelin üstündən kafel yapışdırılmasında;
- beton, suvaq, döşəmə suvağı kimi səthlərdə istifadə olunur.
Üstünlükləri
- rahat hazırlanır və tətbiq olunur;
- şaquli və üfüqi səthlərdə istifadə olunur;
- yuxarıdan aşağıya doğru keramika, şüşə mozaika, şüşə bloklar və digər üzlük plitələri asanlıqla yapışdırır;
- istiyə və şaxtaya davamlıdır.
İstifadə qaydaları
Səthin hazırlanması.İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Filkret təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə doldurulmalıdır. İstifadə etməmişdən əvvəl səth ROKOL BİNDER astar və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır.
Qarışığın hazırlanması. 25 kq-lıq tozşəkilli qarışığı 6,0 – 6,5 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın. Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
Tətbiqi. Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. Səthin üzərinə çəkilmiş qarışığa plitənin yapışdırılma müddətini barmaqla həmin qarışığın üzərinə azacıq toxunmaqla (basmaqla) müəyyən edin. Qarışıq barmağa yapışarsa, onda plitələri səthə yapışdırmaq olar. Bu müddət 30 dəqiqədən çox olmamalıdır.Əks halda səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, onda onu sıyırıb atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır.
Hazırlanan qarışıq 3 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür. Aralıq doldurma işi divarda 24 saatdan, döşəmədə isə 48 saatdən sonra icra edilməlidir.
Tövsiyələr. "Matanat A" White istifadə olunarkən mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Suhopma qabiliyyəti yüksək olan keramikalar istifadədən öncə su ilə doydurulmalıdır. Üzmə hovuzlarına şüşə mozaika yapışdırılarkən ön tərəfində kağız olan şüşə mozaikalardan istifadə olunmalıdır. İstifadə müddəti keçmiş "Matanat A" White qarışığına qətiyyən su və ya yeni quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Texniki göstəricilər
| Rəngi | ağ |
| İstifadə temperaturu | +50 C - +300 C |
| Su/quru qarışıq | 2,4-2,6 litr su /10 kq quru qarışıq |
| Qarışdırıldıqdan sonra gözləmə müddəti | 3-5 dəqiqə |
| İstifadə müddəti | 3 saat |
| Aralıq doldurma işinə başlama vaxtı:
|
|
| Qablaşdırma | 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 10 və 25 kq-lıq kisələrdə |
| EN 12004-1 standartının tələblərinə uyğun olaraq | Test nəticələri | |
| Qabıq bağlama müddəti | ≥30 dəqiqə | 30-40 dəqiqə |
| Sürüşmə |
| 0 |
| Yapışma müqaviməti | >0,5 N/mm2 | >1-1,5 N/mm2 |
| Üzlük plıtələrin ölçülərinə uyğun sahəsi | Daraqlı malanın dişlərinin ölçüləri, mm | Yapışdırıcının yayılma qalınlığı, mm |
| 3 | 1–2 | |
| 25-100 sm² | 4 | 2-3 |
| 100-600 sm² | 6 | 3-4 |
| 600-1800 sm² | 8 | 4-5 |
| 1800 sm² | 10 | 5-6 |
Sərfiyyat
İstifadə zamanı yapışdırıcının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın ölçülərindən asılı olaraq 1 m2-ə sərf olunan quru qarışığın miqdarı (kq-la)
| "Matanat A" White keramika yapışdırıcısı (kq) | 1 mm qalınlıq üçün quru qarışığın sərfiyyatı (kq/m2) | Qarışdırılacaq suyun miqdarı (litrlə) 25 kq üçün | Daraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m2) | ||||
| 3 mm | 4 mm | 6 mm | 8 mm | 10 mm | |||
| 25 | 1,28 | 6-6,5 | 1,3 kq | 2,6 kq | 3,9 | 5,1 kq | 6,4 kq |
Saxlama müddəti və qaydası
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.
Xəbərdarlıqlar
- "Matanat A" White yapışdırıcısının sement əsaslı və qatqılarla zəngin olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
- istifadə qaydalarında qeyd edilməyən heç bir maddə qatmayın;
- yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
Zəmanət və texniki dəstək
- texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
- “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
- şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
Tez-tez verilən suallar
Matanat A White hansı standarta uyğundur?
Yapışdırıcı EN 12004-1 standartının C1TE sinfinin tələblərinə uyğundur.
25 kq qarışığa nə qədər su lazımdır?
25 kq quru qarışıq 6,0–6,5 litr su ilə hazırlanır, hazır kütlə 3 saat ərzində işlədilməlidir.
1 m² üçün nə qədər yapışdırıcı sərf olunur?
1 mm qatda sərfiyyat 1,28 kq/m²-dir; ümumi sərf daraqlı malanın diş ölçüsündən asılıdır.