
Təsvir
MATON 200 polimer və liflə möhkəmləndirilmiş, tiksotrop, sement əsaslı struktur təmir qarışığıdır və dərinliyi 4 sm-dən çox olan zədələr üçün təqdim olunur. Mala və ya püskürtmə ilə tətbiq edilir, 25 kq kisədə satılır.
MATON 200 struktur təmir qarışığı polimer və liflərlə möhkəmləndirilmiş, tiksotrop xüsusiyyətli, sement əsaslı birkomponentli materialdır. Axmadan şaquli və tavan səthlərində də qalır, buna görə mala və ya püskürtmə üsulu ilə tətbiq edilir. Məhsul dərinliyi 4 sm-dən çox olan çat və zədələr üçün nəzərdə tutulub və AZS 039-2000 (TS 11140-1993) standartına uyğundur.
Harada istifadə olunur?
- dəmir-beton hissələrin təmirində;
- dəniz tikililərinin və yeraltı sənət abidələrinin bərpasında;
- betonun turşu və duzlardan qorunmasında;
- yüksək dözümlü beton elementlərdə səth pozuntularının təmiri və hamarlanmasında;
- yüngül və orta yüklü döşəmələrin təmirində.
Üstünlükləri
- yalnız su ilə qarışdırılır, asan işlənir;
- yüksək tiksotropluq – səthdən sürüşmür;
- betona güclü yapışır, yüksək təzyiqə dözür;
- su keçirmir, donma-açılmaya, turşu, duz və yağlara davamlıdır, çatlamır.
Texniki göstəricilər
- Rəngi: boz
- Qat qalınlığı: 10–40 mm (daha qalın qat üçün ikinci qat birinci quruduqdan sonra çəkilir)
- Sıxılmada möhkəmlik: 1 gün >20, 7 gün >50, 28 gün >60 N/mm²
- Əyilmədə möhkəmlik (28 gün): >7,0 N/mm²; qopma müqaviməti: >2,0 N/mm²
- İstifadə müddəti (+20°C): 30 dəqiqə; istismara verilmə: 24 saatdan sonra
- Sərfiyyat: 1 mm qalınlıq üçün 1,94 kq/m²
Qablaşdırma və qiymət
MATON 200 25 kq-lıq kisələrdə təqdim olunur, qiyməti 14,83 AZN-dir. Qiyməti və xüsusiyyətləri ilə tanış olun, Temir.az üzərindən onlayn sifariş edin.
Xüsusiyyətlər
- Seriya
- MATON 200
Texniki məlumat
Məhsul haqqında
MATON 200 sement əsaslı, birkomponentli, polimer və lif maddələri ilə möhkəmləndirilmiş, tiksotropik struktur təmir işləri üçün nəzərdə tutulmuş qarışıqdır. AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.
İstifadə sahələri
Bu təmir qarışığından:
- dəmir-beton hissələrin təmirində;
- betonların turşu və duzların təsirinə qarşı qorunmasında;
- dəniz tikililərinin təmirində;
- yerin altında qalan sənət abidələrinin təmiri və qorunmasında;
- yüksək dözümlü beton hissələrin səth pozuntularının təmiri və səthin hamarlanmasında;
- aşınmayan betonlarda dözümlü və sağlam təbəqənin əldə olunmasında;
- yüngül və orta ağırlıqda yüklər üçün nəzərdə tutulmuş döşəmələrdə və səthin təmirində istifadə olunur.
Üstünlükləri
- yalnız su ilə qarışdırılır və asanlıqla istifadə olunur;
- beton səthdə yüksək yapışqanlılıq yaradır;
- yüksək təzyiqə dözümlüdür;
- yüksək tiksotropik xüsusiyyətlərə malikdir;
- su keçirmir;
- donma və açılmaya qarşı davamlıdir;
- turşu, duz və yağların təsirlərinə qarşı dözümlüdür;
- çatlar əmələ gətirmir.
İstifadə qaydaları
Səthin hazırlanması. MATON 200 məhsulunun tətbiq olunacağı səthlər təmiz, sağlam və tozsuz olmalı, səth yapışqanlığı zəiflədən yağlardan, parafinlərdən, paslardan və s. maddələrdən diqqətlə təmizlənməlidir. Kənarları girintili-çıxıntılı olan sahələr mümkün qədər düzləşdirilməlidir. Armatur hissələrdə olan paslar təmizlənməlidir, zəruri hallarda yeni armaturlarla əvəz olunmalıdır, səthdə su axıntısı varsa, qurudulmalı və ya İzoKontakt 1 məhsulu və ya standartlara uyğun istehsal edilmiş bu tipli məhsul ilə axıntının qarşısı alınmalıdır. Məhsulun tətbiq olunacağı səth su ilə doyuzdurulmalı, lakin səthin üzərində su qalmamalıdır.
Qarışığın hazırlanmasıı. Lazım olan su miqdarını xüsusi ölçü qabları vasitəsi ilə qarışdırma qabına boşaldın. MATON 200 məhsulunu yavaş-yavaş əlavə edərək dəqiqədə 400-600 dövriyyəli qarışdırıcı avadanlıq vasitəsilə 4 dəqiqə ərzindəqarışdırın. Təqribən 4 dəqiqə saxlayıb, yenidən 30 saniyə ərzində qarışdırın və məhsuluistifadəyə hazır vəziyyətə ğətirin.
Texniki göstəricilər
| Rəngi | boz |
| İstifadə temperaturu | +50ºC+32Cº |
| Əyilmədə möhkəmlilik həddi:
| >7,0 N/mm2 |
| Sıxılmada möhkəmlilik həddi:
| >20 N/mm2 |
| Qopma müqaviməti:
| >2,0 N/mm2 |
| Elastiklik modulu:
| >20, 0 N/mm2 |
| Tətbiq ediləcək qalınlıq:
| 10 mm |
| İstifadə müddəti:
| 30 dəqiqə |
| İstifadəyə verilmə müddəti:
| 24 saatdan sonra |
| Qablaşdırma | 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə |
Sərfiyyat
1 mm-lik qalınlıq üçün 1,94 kq/m2 məhsul sərf olunur.
Saxlama müddəti və qaydası
Açılmamiş və orijinal qablarda sərin və quru yerdə 12 ay saxlanıla bilər. Qısa müddətli saxlama zamanı üç kisə bir-birinin üzərinə qoyula bilər. Uzun müddətli saxlama zamanı kisələr bir birinin üzərinə qoyula bilməz. Ağzı açılmış kisələrdəki məhsul müvafiq saxlama şərtlərində bir həftə ərzində istifadə edilməlidir. Çatların dərinliyi 4 sm-dən çox olduqda.
Xəbərdarlıqlar
- məhsuldan istifadə zamani işin və işçinin təhlükəsizliyi qaydalarina riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
- məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal çoxlu miqdarda su və sabunla yuyun;
- əgər məhsulun udulması halı baş verərsə dərhal həkimə müraciət edin;
- məhsulun istifadə edildiyi yerlərə ərzaq qoymayın;
- uşaqların əli çatmayan yerlərdə saxlayın;
- yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
Zəmanət və texniki dəstək
- texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
- “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
- şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
Əlavə məlumat
Qarışıq üçün tələb olunan vasitələrin miqdarı
| MATON 200 | 1kq-lıq məhsul üzrə | 25 kq-lıq kisə üzrə |
| Qarışdırılma üçün nəzərdə tutulmuş su miqdarı | 0,16 litr | 4,0 litr |
| İstifadəyə hazır məhlulun sıxlığı | 2,23 kq/litr |
Tətbiqi. Hazırlanmış materialı mala və ya püskürtmə yolu ilə qalınlığı 10-40 mm olmaqla tətbiq edin. Daha qalın təbəqə əldə olunması üçün birinci təbəqənin qurumasını gözləyin və bundan sonra eyni şəkildə ikinci qatı tətbiq edin. Daha hamar səthin əldə olunması üçün material tərəfindən suyun çəkilməsi gözlənilməlidir, bundan sonra firça vasitəsilə səthə əlavə su səpərək taxta maladan istifadə etməklə səthi hamarlayın. Məhsul açıq sahələrdə, xüsusilə isti, quru və ya küləkli mühitdə istifadə olunarsa, 24-48 saat ərzində isladılmış parça, brezent və ya digər kür məhsulları ilə qorunaraq buxarlanmanın qarşısı alınmalıdır.
Tövsiyələr. Təmir üçün nəzərdə tutulmuş MATON 200 təmir qarışığı +200C temperaturda 30 dəqiqə ərzində istifadə olunmalıdır. Açıq şəraitdə iş aparılan zaman 24 saat ərzində səth günəşdən, küləkdən, yağışdan və ya donmadan qorunmalıdır. Sement əsaslı maddələrin istifadə və reaksiya müddətləri mühitin rütubətliliyindən və temperaturdan asılıdır. Aşağı temperatur zamanı hidratasiya müddəti ləngiyir və bu da quruma və fəaliyyət müddətini uzadır. Məhsulun bərkiməsi üçün mühit və səth temperaturu qeyd olunan minumum temperaturdan aşağı düşməməlidir. pH göstəricisi 5,5-dən aşağı olan məhlullardan istifadə olunmamalıdır. Geniş səthlərdə sonuncu beton qat şəklində istifadə olunmalıdır. Məhsul tətbiq olunduqdan sonra vibrator istifadə olunmamalıdır. İstifadə olunduqdan sonra alət su ilə təmizlənməlidir.
Tez-tez verilən suallar
MATON 200 ilə MATON 100 arasında fərq nədir?
MATON 200 tiksotropdur və mala və ya püskürtmə ilə çəkilir, dərinliyi 4 sm-dən çox zədələr üçün təqdim olunur; MATON 100 isə axıcıdır və qəlibə tökülür.
MATON 200-ün sərfiyyatı nə qədərdir?
1 mm qalınlıq üçün 1 m² səthə 1,94 kq qarışıq sərf olunur.
Bir qatda hansı qalınlıqda tətbiq olunur?
Bir qatın qalınlığı 10–40 mm-dir; daha qalın təbəqə üçün birinci qat quruduqdan sonra ikinci qat çəkilir.