Temir.az
MATON 500 tez bərkiyən, yüksək müqavimətli axıcı təmir qarışığı, 25 kq
Matanat A

MATON 500 tez bərkiyən, yüksək müqavimətli axıcı təmir qarışığı, 25 kq

Satıcı: Matanat A

18,54 ₼ / kisə

✓ Mövcuddur

1

Təsvir

MATON 500 qısa müddətdə bərkiyən, axıcı və yüksək müqavimətli sement əsaslı təmir qarışığıdır. Təmir olunmuş sahədə 1 saatdan sonra nəqliyyat hərəkət edə bilir; 25 kq kisədə satılır.

MATON 500 tez bərkiyən təmir qarışığı sement əsaslı, polimerləşdirilmiş, axıcı və qısa müddətdə yüksək möhkəmlik qazanan birkomponentli materialdır. Nəqliyyat axınını uzun müddət dayandırmaq mümkün olmayan yerlərdə təcili təmir üçün idealdır: təmirdən 1 saat sonra səth istifadəyə verilə bilər. AZS 039-2000 (TS 11140-1993) standartına uyğundur.

Harada istifadə olunur?

  • lyuk nərdivanlarının montajında;
  • kanalizasiya quyuları və lyukların divarlarının təmirində;
  • cığır və platforma betonlarının bərpasında;
  • üzərində nəqliyyat hərəkət edən beton səthlərin təmirində.

Üstünlükləri

  • 1 saatdan sonra nəqliyyat hərəkətinə imkan verir;
  • yüksək axıcılıq – qəlibə tökülərək asan tətbiq olunur;
  • yalnız su ilə qarışdırılır;
  • çatlamır, su buraxmır, şaxtaya və istiyə dözümlüdür.

Texniki göstəricilər

  • Rəngi: boz
  • Tətbiq temperaturu: +5°C ÷ +32°C
  • Sıxılmada möhkəmlik: 1 saat >20, 24 saat >45, 28 gün >65 N/mm²
  • Yayılma: >25 sm (öz-özünə)
  • İstifadə müddəti (+20°C): 7 dəqiqə; ilkin tutma: 20 dəqiqədən sonra
  • Qat qalınlığı: 10–40 mm
  • Su nisbəti: 25 kq kisəyə 3,0–3,4 litr
  • Sərfiyyat: 1 mm qalınlıq üçün 2 kq/m²

Qablaşdırma və qiymət

MATON 500 25 kq-lıq kisələrdə satılır, qiyməti 18,54 AZN-dir. Qarışıq çox tez tutduğu üçün kiçik porsiyalarla hazırlanması məsləhətdir. Qiyməti və xüsusiyyətləri ilə tanış olun, Temir.az üzərindən onlayn sifariş edin.

Xüsusiyyətlər

Seriya
MATON 500

Texniki məlumat

Məhsul haqqında

MATON 500 sement əsaslı, birkomponentli, polimerləşdirilmiş, parçalanmayan, axıcı, tez müddət ərzində bərkimə xüsusiyyətlərinə malik təmir işləri üçün nəzərdə tutulmuş qarışıqdır. AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.

İstifadə sahələri

Bu təmir qarışığından:

  • lyuk nərdivanlarının montaj edilməsində;
  • kanalızasiya və lyuklərın divarlarının təmirində;
  • cığır və platforma betonlarının təmirində;
  • üzərində nəqliyyat vasitələrinin hərəkət etdiyi beton səthlərin təmiri və bərpasında istifadə olunur.

Üstünlükləri

  • qısa müddət ərzində yüksək müqavimətə malik olduğu üçün üzərində nəqliyyat vasitələri bir saatdan sonra hərəkət edə bilir;
  • qısa müddət ərzində yüksək müqavimət əldə edilməsi nəticəsində beton səthində pozulma hallarının qarşısı alınır;
  • yalnız su ilə qarışdırılır, qəlibin içinə tökülməklə asan şəkildə tətbiq edilir;
  • yüksək axıcılıq qabiliyyətinə malikdir;
  • çatlamır və su buraxmır;
  • şaxtaya və istiliyə qarşı dözümlüdür.

İstifadə qaydaları

Səthin hazırlanması. Sement əsaslı səthlərin möhkəm, tozsuz və təmiz olması zəruridir. Səth yapışqanlığı zəiflədən yağlardan, parafinlərdən, paslardan və s. maddələrdən tamamilə təmizlənməlidir. Qırılaraq düzəldilən səthin kənarları dik şəkildə kəsilməli, avadanlığın pası təmizlənməli, lazım olarsa, yeni avadanlıq əlavə edilməlidir. Səthdə su axıntısı varsa, qurudulmalı və ya İzoKontakt 1 məhsulu və ya standartlara uyğun istehsal edilmiş bu tipli məhsul ilə bağlanmalıdır. Qarışıq tətbiq ediləcək səthin su ilə doyması təmin edilməli, lakin səthdə sərbəst su qalmamalıdır.

Qarışığın hazırlanması. Lazım olan su miqdarını xüsusi ölçü qabları vasitəsi ilə qarışdırma qabına boşaldın. MATON 500 məhsulunu yavaş-yavaş əlavə edərək dəqiqədə 400-600 dövriyyəli qarışdırıcı avadanlıq vasitəsilə 4 dəqiqə ərzindəqarışdırın. Təqribən 4 dəqiqə saxlayıb, yenidən 30 saniyə ərzində qarışdırın və məhsuluistifadəyə hazır vəziyyətə gətirin.

Texniki göstəricilər

Rəngi

boz

İstifadə temperaturu

+5÷+320 C

Sıxılmada möhkəmlilik həddi:

  • 1 saatdan sonra
  • 24 saatdan sonra
  • 28 gündən sonra

>20 N/mm2
>45 N/mm2
>65 N/mm2

Yayılma

>25sm (öz-özünə)

İlkin tutma müddəti

  • +200C temperaturda

20 dəqiqədən sonra

Tam bərkimə

28 gündən conra

Tətbiq ediləcək qalınlıq:

  • minimum
  • maksimum

10 mm
40 mm

İstifadə müddəti

  • +20 0 C temperaturda

7dəqiqə

İstifadəyə verilmə müddəti

  • +20 0 C temperaturda

1 saatdan sonra

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə

Sərfiyyat

1 mm-lik qalınlıq üçün 2 kq/m2 quru qarışıq istifadə olunur.

Saxlama müddəti və qaydası

Açılmamış və orjinal qablarda, sərin və quru yerdə 12 ay saxlanıla bilər. Qısa müddətli saxlama zamanı üç kisə bir-birinin üstünə qoyula bilər. Uzun müddətli saxlama zamanı kisələr bir birinin üzərinə qoyula bilməz. Ağzı açılmış kisələrdəki məhsul müvafiq saxlama şərtlərində bir həftə ərzində istifadə edilməlidir.

Xəbərdarlıqlar

  • məhsuldan istifadə zamani işin və işçinin təhlükəsizliyi qaydalarina riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal çoxlu miqdarda su və sabunla yuyun;
  • əgər məhsulun udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
  • məhsulun istifadə edildiyi yerlərə ərzaq qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!

Əlavə məlumat

Qarışıq üçün tələb olunan vasitələrin miqdarı

MATON 500

1kq-lıq toz üçün

25 kq-lıq kisə üçün

Qarışdırılma üçün nəzərdə tutulmuş su miqdarı

0,12-0,13 litr

3,0-3,4 litr

İstifadəyə hazır məhlulun sıxlığı

2,32 kq/litr

Tətbiqi. Hazırlanmış qarışığı bir qatla qalınlığı 10 mm-lə 50 mm arasında olmaqla səthə tökün. Qəlibləri 15 dəqiqədən sonra açın. 50 mm-dən qalın səthlərə tətbiq edildıyi halda MOTON 500-ə ağırlığının 1∕2 nisbətində (1 kq dolğu∕2 kq toz) xırda fraksiyalı dolğu (5-10 mm) qarışdırın.

Tövsiyələr. MATON 500 təmir qarışığı +200C temperaturda 7 dəqiqə ərzində istifadə olunmalıdır. Sement əsaslı sistemlərin işləmə və reaksiya sürəti ətraf mühitin və torpağın istiliyinə, həmçinin havadakı rütubətin təsirinə məruz qala bilər. Aşağı temperaturda hidrotasiya ləngiyir, nəticədə platformanın ömrünü və işləmə müddətini artırır. Qarışığın tam bərkiməsi üçün ətraf mühitin və torpağın istiliyi icazə verilən minumum həddən az olmamalıdır. Xırda fraksiyalı dolğu ilə istifadə edildiyi təqdirdə vasitələr quru şəkildə qarışdırılmalı və içərisində quru qarışığın 10%-i qədər su olan vannaya əlavə edilməlidir. MOTON 500-dən torpaq qatının örtülməsi üçün istifadə edilməlidir. Qarışıq istifadə edildikdən sonra bütün alət və avadanlıqlar su ilə təmizlənməlidir.

Tez-tez verilən suallar

MATON 500 ilə təmirdən sonra nə vaxt nəqliyyat hərəkət edə bilər?

+20°C temperaturda 1 saatdan sonra səth istifadəyə verilə bilər.

Hazır qarışığın işləmə müddəti nə qədərdir?

+20°C temperaturda MATON 500 7 dəqiqə ərzində işlənməlidir.

MATON 500-ün sərfiyyatı nə qədərdir?

1 mm qalınlıq üçün 1 m² səthə 2 kq quru qarışıq sərf olunur.