
Təsvir
Penoflex 5 – XPS, EPS və digər istilik izolyasiya lövhələrinin divara yapışdırılması üçün sement əsaslı, polimerlə modifikasiya edilmiş yapışdırıcıdır. Şaxtaya və istiliyə davamlıdır, mantolama işlərində istifadə olunur.
Penoflex 5 yapışdırıcı fasadın istilik izolyasiyası zamanı XPS, EPS və bənzər lövhələrin səthə bərkidilməsi üçün nəzərdə tutulub. Sement əsaslı, polimerlə modifikasiya edilmiş qarışıq AZS 039-2000 (TS 11140-1993) standartının tələblərinə cavab verir.
Harada istifadə olunur?
Məhsul mantolama işlərində istilik izolyasiya lövhələrinin beton, kərpic və digər mineral səthlərə yapışdırılması üçün istifadə edilir. Yapışdırıcı lövhənin kənarlarına xətt şəklində, ortasına isə dairəvi hissələrlə çəkilir, bərkidikdən sonra lövhələr dübellə əlavə olaraq bərkidilir.
Üstünlükləri
- izolyasiya lövhələrinə və betona etibarlı yapışma;
- sadəcə su ilə qarışdırılır, rahat tətbiq olunur;
- şaxtaya və istiliyə davamlıdır;
- hazır qarışıq uzun müddət işlək qalır.
Texniki göstəricilər
- Rəngi: boz
- Tətbiq temperaturu: +5°C – +30°C
- Su/quru qarışıq: 6,0–6,5 l / 25 kq
- Qopma müqaviməti: betonda ≥0,5 N/mm², izolyasiya lövhəsində ≥0,2 N/mm²
- Tətbiq qalınlığı: 3–8 mm
- İstifadə müddəti: 1 saat
- Həcm kütləsi: 1,63 kq/l
- Sərfiyyat: 3 mm qalınlıq üçün 4 kq/m²
Qablaşdırma və qiymət
Penoflex 5 25 kq-lıq kisələrdə satılır, qiyməti 7,93 AZN-dir. Bir kisə təxminən 6,0–6,5 m² səthə lövhə yapışdırmağa kifayət edir. Lövhələrin suvanması üçün eyni seriyadan Penoflex 8 suvağı ilə birlikdə istifadə etmək rahatdır. Qiyməti və xüsusiyyətləri ilə tanış olun, Temir.az saytında onlayn sifariş edin.
Xüsusiyyətlər
- Seriya
- PENOFLEX 5
Texniki məlumat
Məhsul haqqında
Penoflex 5 yapışdırıcısı sement əsaslı, modifikasiyalı polimerləşdirilmiş, istilik izolyasiya lövhələrinin yapışdırılmasında istifadə olunan məhsuldur. AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.
İstifadə sahələri
Bu məhsuldan:
- montalama işlərində istilik izolyasiya lövhələrinin yapışdırılmasında istifadə olunur.
Üstünlükləri
- mükəmməl yapışma qabiliyyətinə malikdir;
- rahat hazırlanır və tətbiq olunur;
- şaxtaya və istiliyə davamlıdır.
İstifadə qaydaları
Səthin hazırlanması. Məhsulun istifadə olunacağı səthlərin sağlam, quru, tozsuz, təmiz və eyni zamanda düz olmasına diqqət etməli, səth yapışma muqavimətini zəiflədən hər cür yağ, pas və parafin qalıqlarlndan tamamilə təmizlənməli və səthdə əlavə qırıntılar qalmamalıdır. Səthdə 5 və ya 20 mm dərinliyində çatlar olarsa, 2 gün öncədən Filkret təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş bu tipli məhsul ilə təmir edilməlidir. İstifadə olunacaq səthin temperaturu 250C-dən yuxarıdırsa, səth nəmləndirilməlidir.
Qarışığın hazırlanması. 25 kq quru qarışığı yavaş-yavaş təmiz bir qaba 6,0-6,5 litr suyun üzərinə boşaldın və kürəciklər yox olana qədər 3-5 dəqiqə qarışdırın. Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin və yenidən 30 saniyə qarışdırdıqdan sonra məhsulu istifadəyə hazır vəziyyətə gətirin.
Tətbiqi. Penoflex 5 yapışdırıcısını istilik izolyasiya lövhələrinin kənarlarına xətt şəklində, orta hissəsinə isə dairə şəklində suvaq malası ilə çəkin. İstilik izolyasiya lövhələrini səthə yapışdırarkən istənilən səviyyə və bərabərlik yaranan kimi yerlərinə otuzdurun. Penoflex 5 yapışdırıcısı bərkidikdən sonra istilik izolyasiya lövhələrini uyğun səthə mexaniki olaraq dubellə (mismarla) bərkidin. İstilik izolyasiya lövhələri səthə yapışdırılan zaman lövhələrin səthindəki yapışdırıcının quruyaraq qabıqlaşmasına yol verilməməlidir.
Tövsiyələr. Istilik izolyasiya lövhələri Penoflex 5 yapışdırıcısı ilə divara yapışdırıldıqdan sonra mutləq səthə uyğun dubellə (mismarla) bərkidilməlidir. Yapışdırıcının istifadə olunacağı mühitin temperaturu +50C–dən aşağı və ya +30 0C–dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti, yağışlı və küləkli havalarda məhsuldan istifadə olunmamalıdır. Xarici məkanlarda istilik izolyasiya lövhələri ilə örtülmüş səth 24 saat günəş şualarından, küləkdən və yağışdan qorunmalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və yeni məhsul əlavə olunmamalıdır.
Texniki göstəricilər
| Rəngi | boz |
| İstifadə temperaturu | +50C ÷+ 300C |
| Su/quru qarışıq nisbəti | 6,0-6.5 litr su/25 kq quru qarışıq |
| Qopma muqaviməti :
| ≥0.5 N/mm 2 ≥0.2 N/mm 2 |
| İstifadə qalınlığı:
| 3 mm 8 mm |
| İstifadə müddəti | 1 saat |
| Həcm kütləsi | 1,63 kq / litr |
| Qablaşdırma | 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə |
Sərfiyyat
Penoflex 5 yapışdırıcısının sərfiyyatı 3 mm qalınlıq üçün 4 kq/m2-dir. 25 kq-lıq Penoflex 5 yapışdırıcısı ilə təxminən 6,0-6,5 m2 səthə istilik izolyasiya lövhələri yapışdırıla bilər.
Saxlama müddəti və qaydası
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimium 10 ədəd olmaqla 12 ay müddətində saxlanıla bilər.
Xəbərdarlıqlar
- Penoflex 5 yapışdırıcısının mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
- istifadə qaydalarında qeyd edilməyən heç bir maddə qatmayın;
- yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan sınaqlar nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
Zəmanət və texniki dəstək
- texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
- “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
- şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
Tez-tez verilən suallar
Bir kisə Penoflex 5 neçə kvadrat metrə çatır?
25 kq-lıq kisə ilə təxminən 6,0–6,5 m² səthə istilik izolyasiya lövhəsi yapışdırmaq olar.
Penoflex 5 ilə yapışdırılan lövhələri dübellə bərkitmək lazımdırmı?
Bəli, yapışdırıcı bərkidikdən sonra lövhələr mütləq səthə uyğun dübellə mexaniki bərkidilməlidir.
Penoflex 5 hansı temperaturda istifadə olunur?
Mühitin temperaturu +5°C ilə +30°C arasında olmalıdır; isti, yağışlı və küləkli havada işləmək tövsiyə edilmir.