Temir.az
ŞPAK-F – fasad və daxili işlər üçün ağ incə üzlük məcunu, 20 kq
Matanat A

ŞPAK-F – fasad və daxili işlər üçün ağ incə üzlük məcunu, 20 kq

Satıcı: Matanat A

16,59 ₼ / kisə✓ Mövcuddur
1

Təsvir

ŞPAK-F əhəngdaşı əsaslı, ağ rəngli incə üzlük məcunudur və fasadda, eləcə də daxili məkanlarda mala ilə vurulur. Elastikdir, rütubətə və şaxtaya davamlıdır, 20 kq-lıq kisədə satılır.

ŞPAK-F fasad üzlük məcunu boya altında hamar, möhkəm səth yaratmaq üçün nəzərdə tutulmuş ağ rəngli şpaklyovkadır. Əhəngdaşı əsaslı, birkomponentli məhsul həm xarici, həm də daxili şaquli səthlərdə polad mala ilə tətbiq olunur.

Harada istifadə olunur?

  • Sement əsaslı suvaqla suvanmış divarlarda;
  • XPS, EPS, daş yunu və poliuretan lövhələrlə üzlənmiş fasadlarda;
  • səthdəki dəlik, çuxur və çatların bərpasında.

Səth təmiz və möhkəm olmalı, tətbiqdən öncə nəmləndirilməli və ya BİNMADER kimi astarla astarlanmalıdır. 3 mm-dən dərin qüsurlar əvvəlcədən MATON və ya analoji təmir qarışığı ilə düzəldilir. Bir neçə qat vurulduqda qatlar arasında 2-3 saat fasilə verilir, ümumi qalınlıq isə 3 mm-i keçməməlidir.

Üstünlükləri

  • yüksək yapışma qabiliyyəti;
  • elastikliyi sayəsində divarda çat əmələ gəlmir;
  • ultrabənövşəyi şüalara, şaxtaya, yağışa və rütubətə davamlıdır;
  • boyanın görünüşünü uzun müddət saxlayır;
  • ekoloji cəhətdən təmizdir.

Texniki göstəricilər

  • Rəngi: ağ;
  • istifadə temperaturu: +5 °C – +30 °C;
  • su nisbəti: 20 kq toza 7,5-8,0 litr su;
  • hazır qarışığın istifadə müddəti: 4 saat;
  • tətbiq qalınlığı: 1,5-3,0 mm;
  • tam quruma: 24 saatdan sonra;
  • sərfiyyat: 1 mm qalınlıq üçün 0,8-1,0 kq/m².

Qablaşdırma və qiymət

ŞPAK-F 20 kq-lıq kisədə satılır, qiyməti 16,59 AZN-dir. Quru yerdə 12 ay saxlanıla bilər. Qiyməti və xüsusiyyətləri ilə tanış olun, Temir.az saytında onlayn sifariş edin.

Xüsusiyyətlər

SeriyaŞPAK-F

Texniki məlumat

Məhsul haqqında

Əhəngdaşı əsaslı, birkomponentli, fasad və daxili məkanlar üçün nəzərdə tutulmuş bəyaz üzlük məcunudur.

İstifadə sahələri

Bu məhsuldan:

  • xarici və daxili məkanlarda şaquli səthlərdə;
  • səthlərdəki dəliklərin, çuxurların və çatların təmirində;
  • sement əsaslı suvaq ilə suvanmış səthlərdə;
  • XPS (sıxlaşdırılmış polistren köpüyü), EPS (genişləndirilmiş polistren köpüyü), daş yunu (preslənmiş mineral pambıq tavalar) və poliuretan tavalarla üzlənmiş səthlərdə istifadə olunur.

Üstünlükləri

  • yüksək bağlayıcılıq xüsusiyyətinə malikdir;
  • ultrabənövşəyi şualara və şaxtaya qarşı dayanıqlıdır;
  • elastik olduğundan divarda çatlar yaranmır;
  • yağışa, rütubətə və nəmə qarşı son dərəcə dayanıqlıdır;
  • boya görünüşünü uzun müddət qoruyub saxlayır;
  • ekoloji cəhətdən təmizdir.

İstifadə qaydaları

Səthin hazırlanması. Səth təmiz, sağlam və nəmli olmalıdır. Səthdə3 mm-dən dərin çatlar və qusurlar olduqda Şpak-F tətbiq olunmazdan ən azı 72 saat əvvəl MATON və ya standartlara uyğun istehsal edilmiş bu tipli digər təmir qarışığı ilə təmir edilməlidir.İstifadədən əvvəl səth mütləq nəmləndirilməli və ya BİNMADER və ya standartlara uyğun istehsal olunmuş bu tipli digər astarla astarlanmalıdır.

Qarışığın hazırlanması. Bir kisə 20 kq-lıq Şpak-F məhsulunu yavaş-yavaş 7,5-8,0 l təmiz suyun üzərinə əlavə edin. Qarışığı mala və ya zəif dövriyyəli əl qarışdırıcısı ilə homogen qarışıq əmələ gələnə kimi qarışdırın. Qarışdırdıqdan sonra 3dəqiqə gözləyin və istifadədən əvvəl yenidən qarışdırın.

Tətbiqi. Polad mala ilə bütün səthə eyni qalınlıqda vurun. Birdən artıq qat vurulduqda qatlar arasında 2-3 saat fasilə verməli, ümumi qalınlıq 3 mm-dən artıq olmamalıdır. Hazırlanmış qarışıq maksimum 4 saat ərzində istifadə olunmalıdır. İstifadə müddəti keçmiş qarışıqdan istifadə edilməməlidir.

Şpak-F su ilə qarışdırıldıqdan sonra gözləmə müddətinə mütləq riayət edilməli, istifadədən əvvəl təkrar qarışdırılmalıdır.Hazırlanan qarışığın içərisinə heç bir əlavə maddə (əhəng, sement, gips və s.) qatılmamalıdır. İstifadədən sonra səth 2-3 gün ərzində nəmləndirilməli, tam quruduqdan sonra səth cilalanmalıdır.

Tövsiyələr. Şpak-F istifadə olunarkən mühitin temperaturu +5°C-dən aşağı və +30°C-dən yuxarı olarsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+30°C-dən yuxarı) və güclü küləkli havalarda və 24 saat ərzində donma təhlükəsi olan səthlərdə istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş məhsuldan istifadə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi

bəyaz

İstifadə temperaturu

+50C÷+300C

Su/toz nisbəti

7,5-8,0 litr su/20 kq toz

İstifadə müddəti

4 saat

Səthə çəkilmə qalınlığı:

  • minimum
  • maksimum


1,5 mm
3,0 mm

Tam quruma müddəti

24 saatdan sonra

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 20 kq-lıq kisələr

Bu göstəricilər +30°C istilik mühiti üçün qəbul olunur. Aşağı istilikdə müddət uzana, yuxarı istilikdə isə qısala bilər.

Sərfiyyat

Səthdən asılı olaraq 1 m2 səthdə 0,8 -1,0 kq (1 mm qalınlıq üçün) qarışıq sərf olunur.

Saxlama müddəti və qaydası

Rütubətsiz və quru şəraitdə, taxta altlıqlar üzərində 10 cərgə olmaqla istehsal tarixindən etibarən 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • Şpak-F qarışığının hazırlanmasında istifadə olunan suyun, qabların təmiz olmasına xüsusi diqqət edin;
  • qarışığa heç bir kimyəvi maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!

Tez-tez verilən suallar

ŞPAK-F-i neçə mm qalınlıqda vurmaq olar?

Tətbiq qalınlığı 1,5-3,0 mm-dir; bir neçə qat vurulduqda qatlar arasında 2-3 saat fasilə verilir və ümumi qalınlıq 3 mm-i keçməməlidir.

1 m² üçün nə qədər məcun lazımdır?

1 mm qalınlıqda 1 m² səthə 0,8-1,0 kq qarışıq sərf olunur.

Hazırlanmış qarışıq nə qədər istifadəyə yararlıdır?

Su ilə qarışdırılmış ŞPAK-F 4 saat ərzində istifadə olunmalıdır.