
Təsvir
STALTOP ŞAP 200 döşəmədəki 10-30 mm-lik hündürlük fərqlərini düzləndirmək üçün sement əsaslı özü yayılan qarışıqdır. Məsaməsiz, aşınmaya davamlı səth yaradır və 20 kq-lıq kisədə satılır.
STALTOP ŞAP 200 özü yayılan şap qalın qatla döşəmə düzləndirmək üçün hazırlanmış sement əsaslı, birkomponentli qarışıqdır. Tərkibindəki kimyəvi qatqılar sayəsində qarışıq öz-özünə yayılır və hamar, məsaməsiz səth əmələ gətirir.
Harada istifadə olunur?
- Laminat, parket, ağac, xalça, PVC və keramika altında bazanın düzləndirilməsində;
- anbarlarda və oxşar obyektlərdə aşınmaya və tozlanmaya davamlı döşəmə üçün.
Səth təmizlənir, qırıq yerlər Filkret təmir qarışığı ilə düzəldilir və BİNMADER astarla astarlanır. 20 mm qalınlıq tələb olunduqda şap 2 qatda tökülür, qatlar arasında temperaturdan asılı olaraq 60-90 dəqiqə gözlənilir.
Üstünlükləri
- hazırlanması və tətbiqi sadədir;
- özü yayılaraq düzgün, məsaməsiz səth verir;
- yüksək yapışma və sıxılma möhkəmliyinə malikdir.
Texniki göstəricilər
- Rəngi: boz;
- istifadə temperaturu: +5 °C – +30 °C;
- su nisbəti: 20 kq-a 4,0 litr su;
- istifadə müddəti: 35 dəqiqə;
- tətbiq qalınlığı: 10,0-30,0 mm;
- bərkimə: ilkin 15-30 dəqiqə, son 60-90 dəqiqə;
- sıxılmada möhkəmlik: 2 gündə 3,0 MPa, 7 gündə 20,0 MPa, 28 gündə 30,0 MPa;
- yapışma müqaviməti: 2,0 MPa;
- 6 saat sonra üstündə gəzmək, 24 saat sonra örtük döşəmək olar;
- sərfiyyat: 1 mm qalınlıq üçün 1,75 kq/m²;
- TS EN 13813 standartına uyğundur.
Qablaşdırma və qiymət
20 kq-lıq kisənin qiyməti 13,91 AZN-dir. Qiyməti və xüsusiyyətləri ilə tanış olun, Temir.az saytında onlayn sifariş edin.
Xüsusiyyətlər
- Seriya
- STALTOP ŞAP 200
Texniki məlumat
Məhsul haqqında
Sement əsaslı, kimyəvi qatqılarla zəngin, məsaməsiz səth yaranmasını təmin edən, birkomponentli döşəmə qarışığıdır. Öz-özünə yayılmaqla tarazlanır. TSEN 13813 -2004 standartına uyğundur.
İstifadə sahələri
Bu məhsuldan:
- ağac, laminat, parket, xalça, PVC, keramika kimi materialları istifadə etməzdən əvvəl düz səthin əldə edilməsində;
- anbar və bu kimi obyektlərdə aşınma və tozlanmaya qarşı davamlı səth əldə edilməsində istifadə olunur.
Üstünlükləri
- hazırlanması və istifadəsi asandır;
- öz-özünə yayılmaqla məsaməsiz, düzgün səth əmələ gətirir.
İstifadə qaydaları
Səthin hazırlanması. Səthin yoxlanılmış və möhkəm olmasına diqqət etməli, səth yapışmağa mane olan qalıqlardan təmizlənməlidir. Səthdə qırılmış və ovulmuş yerlər olarsa, Filkret təmir qarışığı ilə və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla təmir edilməlidir. Səthin suudma qabiliyyətini azaltmaq və müqavimətini artırmaq üçün səth mütləq BİNMADER astarla astarlanmalıdır.
Qarışığın hazırlanması. 20 kq quru qarişığı yavaş-yavaş 4,0 litr suyun üzərinə boşaldıb kürəciklər və hava qabarcıqları yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli mikserdən də istifadə oluna bilər).
Tətbiqi. Hazırlanmış duru qarışığı səthə boşaldın. İstifadə zamanı qarışığın daxilində hava qabarcıqlarıının qalmaması və yayılma əməliyyatının asanlaşması üçün kirpi quruluşlu vərdənədən istifadə edin. Lazım gəldikdə yayılmanı sürətləndirmək məqsədilə polad maladan da istifadə etmək olar. Əgər 20,0 mm qalınlıq tələb olunarsa MA Şap məhsulunu 2 qatda tətbiq edin. Qatlar arasındakı müddət temperaturdan asılı olaraq 60-90 dəqiqə ola bilər. Məhsulun tətbiq olunduğu səthi 24 saat ərzində küləkdən və birbaşa günəş şüalarının təsirindən qoruyun.
Tövsiyələr. MA Şap-ın istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadədən sonra bütün alətlər və ləvazimatlar su ilə təmizlənməlidir.
Texniki göstəricilər
| Rəngi | boz |
| İstifadə temperatutu | +50C - +300C |
| Su/quru qarışıq nisbəti | 4,0 litr su/20 kq quru qarışıq |
| İstifadə müddəti | 35 dəqiqə |
| İstifadə qalınlığı | 10,0 -30,0 mm |
| Bərkiməsi:
| 15-30 dəqiqədən sonra 60-90 dəqiqədən sonra |
| Sıxılmada möhkəmlik həddi:
| 3,0 Mpa 20,0 Mpa 30,0 Mpa |
| Yapışma müqaviməti | 2,0 Mpa |
| İstifadəyə verilmə müddəti | 6 saatdan sonra üstündə hərəkət edilə bilər. 24 saatdan sonra üstünə xalça, parket, keramika və s. döşənə bilər. |
| Qablaşdırma | 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 20 kq -lıq kisələrdə |
Sərfiyyat
1 mm qalınlıq üçün 1 m2-ə 1,75 kq qarışıq sərf oluna bilər.
Saxlama müddəti və qaydası
Bir-birinin üstündə maksimum 10 ədəd olmaqla quru anbarlarda 12 ay saxlanıla bilər.
Xəbərdarlıqlar
- MA Şap-ın sement əsaslı, mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
- istifadə qaydalarında qeyd edilməyən heç bir maddə qatmayın;
- yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
Zəmanət və texniki dəstək
- texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
- “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
- şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
Tez-tez verilən suallar
STALTOP ŞAP 200 neçə mm qalınlıqda tökülür?
Tətbiq qalınlığı 10,0-30,0 mm-dir; 20 mm tələb olunduqda şap 2 qatda tökülür.
Şap nə vaxt istifadəyə hazır olur?
6 saatdan sonra üstündə gəzmək, 24 saatdan sonra isə parket, keramika və digər örtükləri döşəmək olar.
20 kq qarışığa nə qədər su qatılır?
20 kq quru qarışığa 4,0 litr su əlavə edilir.