Temir.az

Gipskarton və profil

10 məhsul

Gipskarton (alçıpan) lövhələr və onlar üçün metal profillər. Lövhələr AĞDAĞ və Ak Deniz markalıdır, 2500×1200 mm ölçüdə: standart (9,5 və 12,5 mm), nəmədavamlı yaşıl — hamam və mətbəx üçün, odadavamlı qırmızı — yanğın təhlükəsi olan yerlər üçün.

Profillər: divar üçün DC (50×50, 75×50, 100×50 mm), tavan üçün TC (60×27) və TU (28×27) — ustalar onları CD və UD profili də adlandırır. Lövhələrin arasını AĞDAĞ FugaPlaster ilə doldurun.

Qiymətləri müqayisə edin və sifarişi onlayn verin — Bakıya çatdırılma, ödəniş çatdırılmada.